cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

“İrəli” İctimai Birliyi

إظهار المزيد
مشاركات الإعلانات
772
المشتركون
لا توجد بيانات24 ساعات
-47 أيام
-1730 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Photo unavailableShow in Telegram
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 2-8 sentyabr tarixlərində Göygöl Olimpiya İdman Kompleksində "Region tələbələrinin liderlik məktəbi II" layihəsi keçiriləcək. Düşərgənin keçirilməsində məqsəd region gənclərinin fəallığının artırılması, komanda quruculuğu, nitq mədəniyyəti və idarəetmə sahəsində bilik və bacarıqlarını formalaşmaqdır. Tələblər: - Yaş aralığı: 18-27 yaş; - İctimai-sosial fəaliyyəti ilə fərqlənən gənclər; - Bakalavr və magistr tələbələri. Qeydlər: Anket suallarına verilən cavablar və müəyyən olunan iştirakçı meyarları əsasında seçilən gənclər müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə mərhələsini uğurla tamamlayan gənclər təşkilatı komanda tərəfindən seçiləcəklər. Düşərgə qaydaları və proqram barədə iştirakçılara seçildikdən sonra məlumat veriləcək. Son qeydiyyat tarixi: 19 avqust, saat 15:00 Qeydiyyat üçün: https://forms.gle/KSCcoN4oTPkmFnEw6 Məkan: Göygöl OİK Tarix: 2-8 sentyabr 2024-cü il #AZEyouth #birkimibirlikdə #GənclərDüşərgəsi
إظهار الكل...
Photo unavailableShow in Telegram
Əziz mədəniyyətsevərlər! 😍 “MədəniyyətimİZ” proqramı çərçivəsində növbət görüşün qonağı Azərbaycanın Xalq şairi, akademik Nəriman Həsənzadə olacaq. Görüş Mədəniyyət Nazirliyi (@culture.gov.az) və Gənclər və İdman Nazirliyinin (@gencleridmannazirliyi), “LIBRAFF” kitab mağazaları şəbəkəsinin (@libraff.az) dəstəyi, “İRƏLİ” İctimai Birliyinin (@ireli_pu) təşkilatçılığı ilə həyata keçiriləcək. 🗓️ Tarix: 12 avqust, 17:00 📍 Məkan: “LIBRAFF” (Park Akademiya filialı) 🔗 İştirak üçün BİO-dakı linkə keçid edə bilərsiniz. #ireli2024 #birkimibirlikdə #libraff #Azerbaijan #MədəniyyətimİZ #ÖzMədəniyyətiniPaylaş #ShareYourCulture #mədəniyyət
إظهار الكل...
2
Photo unavailableShow in Telegram
🏛️ Əziz gənclər, “İRƏLİ” Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Azərxalça” sərgi salonuna ekskursiyamız baş tutacaq. İştirak etmək üçün qeydiyyatdan keçməyə tələsin! 💚 🗓️Tarix: 12 avqust, saat 15:00 📍Məkan: İçərişəhər, Kiçik qala 🔗İştirak üçün: chat.whatsapp.com/FbEKRs8WHJNGsyz0hjUU14 #ireli2024 #Azerbaijan
إظهار الكل...
Photo unavailableShow in Telegram
Gənclər və İdman Nazirliyi tərəfindən avqustun 16-dan 18-dək Qubada "Gənc idman liderləri" proqramı çərçivəsində "Gənclərin liderlik, idarəetmə və effektivlik simulyasiyası" keçiriləcək. Layihənin məqsədi 🎯 gənclərin idarəetmə, əsaslandırma, təqdimat sahəsində biliklərini artırmaq, onlarda idman vasitəsilə komanda işi, liderlik və əzmkarlıq kimi əsas bacarıqları inkişaf etdirməkdir. Layihəyə simulyasiya konfranslarında iştirak təcrübəsi olan, idarəetmə, liderlik və natiqlik bacarıqlarına güvənən 30 gənc seçiləcək. 📍Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksi 🗓️ 16-18 avqust 2024-cü il Qeydiyyat üçün: https://forms.gle/qNGkGLa5f54ms4xZ9 Son qeydiyyat tarixi: 11.08.2024, saat 15:00 #Gənclərİdman #AZEgənclər #birkimibirlikdə
إظهار الكل...
👍 1
Photo unavailableShow in Telegram
إظهار الكل...
🔥 2 1
Photo unavailableShow in Telegram
“Maarifçi” tələbə-məzun təcrübə proqramına sən də qoşul! “Maarifçi”nin növbəti uğur hekayəsini sən yaz! Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi növbəti “Maarifçi” tələbə-məzun təcrübə proqramını elan edir! Proqrama qoşularaq təcrübə əldə edən və uğur hekayəsini yazan növbəti “Maarifçi” siz ola bilərsiniz. Bu proqramda sizi təcrübə və inkişaf imkanları gözləyir. Hədəflərinizə çatmaq və təhsil sistemində karyeranızı qurmaq üçün bu əvəzolunmaz şansı qaçırmayın! Müraciət üçün keçidə daxil ola bilərsiniz: https://l24.im/y4rZ
إظهار الكل...
👍 1
Photo unavailableShow in Telegram
Əziz mədəniyyətsevərlər! 😍 “MədəniyyətimİZ” proqramı çərçivəsində növbəti musiqili görüşün qonağı Azərbaycanın xalq artisti, milli sənət xadimi Akif İslamzadə olacaq. Layihə Mədəniyyət Nazirliyi (@culture.gov.az) və Gənclər və İdman Nazirliyinin (@gencleridmannazirliyi), Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. 🗓️ Tarix: 6 avqust, 16:00 🏛️ Məkan: Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi 🔗 Qeydiyyat linki: forms.gle/6m5sE2HQS6EqTpGd9 #ireli2024 #Azerbaijan #MədəniyyətimİZ #ÖzMədəniyyətiniPaylaş #ShareYourCulture #mədəniyyət
إظهار الكل...
Photo unavailableShow in Telegram
Azərbaycan İdman Akademiyası Sizi 15-16 avqust 2024-cü il tarixlərində keçiriləcək “Dayanıqlı gələcək naminə gənclərin iştirakı: İqlim, İdman və İnnovasiya” adlı Foruma dəvət edir! 🎉🌱 🎯 Forumun Məqsədləri: 🌡️ İştirakçıları iqlim dəyişikliyinin təsiri və davamlılığın təşviqində idmanın rolu haqqında maarifləndirmək; 🌍 Məktəbliləri və gəncləri iqlim fəaliyyəti və davamlılıq təşəbbüslərində fəal rol oynamağa həvəsləndirmək; 💡 İqlim dəyişikliyini həll etmək üçün innovativ həlləri və ideyaları təşviq etmək; 🤝 Məktəblilər və gənclər arasında şəbəkələşmə və əməkdaşlıq imkanlarını yaratmaq; 🌐 Müzakirələri və fəaliyyətləri Azərbaycanda keçiriləcək COP29 Konfransı ilə uyğunlaşdırmaq. 👥 Kimlər iştirak edə bilər: 14-18 yaşlı məktəblilər; 18-29 yaşlı universitet tələbələri və gənc mütəxəssislər. 📍 Məkan: Azərbaycan İdman Akademiyası 📅 Tarixlər: 15-16 avqust 2024-cü il Əlavə məlumat və qeydiyyatdan keçmək üçün [https://forms.gle/kBzsjU4pDUpZAwyEA] səhifəsinə daxil olun. 📞 Əlaqə üçün: +994558990376! 🌍
إظهار الكل...
👍 1
💥 “SAY: İRSİMİZ”düşərgəsinə qeydiyyat başa çatıb! Düşərgədə iştirak üçün müraciət edən gənclərə təşəkkür edir, növbəti mərhələdə uğurlar arzulayırıq. Müsahibə mərhələsinə dəvətlər ilə bağlı məlumat almaq üçün e-poçt ünvanınızı aktiv saxlamağı unutmayın. 💚 Qeyd edək ki, layihə “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir. #SAYisback #SAY #ireli2024 #birkimibirlikdə
إظهار الكل...
👍 2
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.