cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

Sevdalı kino

إظهار المزيد
مشاركات الإعلانات
459
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
+130 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Kann festivalının əsas müsabiqəsinə düşmüş İsrail rejissoru Nadav Lapidin "Ahed’s Knee" (2021) filminə "ortabab" və italyan Aliçe Rorvaxerin "La chimera" (2023) filminə sadəcə, "yaxşı" demək olar. "Yaxşı"nı da könülsüz deyirəm. Lapidin filmindən yazmışam, həvəsiniz olsa oxuyarsız. Rorvaxerə gəlincə... ən zəngin kino məktəblərindən biri italyanlara məxsusdur. Müasir italyan kinosu bütün mənalarda italyan klassikasına uduzur. Magik realizm estetikasının kinoda ifadəsi çətindir. Rorvaxer magik realizmi hekayəsinə sanki güclə soxuşdurur. Kadrı baş ayaq göstərmək yenilik deyil, kinodili heç deyil, üstəlik, dramaturji bəraəti də yoxdur. Ümumən, dünya kinosu tükənmişlik sindromu yaşayır. p.s. Lapidin filmi haqda yazım həm də ingiliscəyə çevrilib. Ələkbər Əliyevə təşəkkür edirəm https://azlogos.eu/s%c9%99n%c9%99t-v%c9%99-siyas%c9%99tin-qarsidurmasi-ahedin-dizi-v%c9%99-estetik-z%c9%99iflik/ https://aze.media/aheds-knee-the-clash-of-art-and-politics/ (ingiliscə)
إظهار الكل...
Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik – Azlogos

İsrail rejissoru Nadav Lapidin, 2021-ci il Kann kinofestivalının əsas müsabiqə proqramında yer almış "Ahedin dizi" (Ahed's Knee, film İsrail, Fransa və Almaniya

👍 6 2
Gənc rejissor Atanur Nəbiyevanın hissiyatlı vizual gözü var. "Evsiz qalmış ay" sənədli filmini maraqlı təsvir həlləri ilə işləyib. Film çəkilməsi üçün büdcə olmalıdır, aydındır, amma istedad da olsun gərək. https://aki.az/az%c9%99rbaycan-ail%c9%99si-s%c9%99n%c9%99dli-kinonun-fokusunda/
إظهار الكل...
Azərbaycan ailəsi sənədli kinonun fokusunda

4
1968-ci ildə uşaq kinosu ilə bağlı Maarif Nazirliyi və Kinematoqrafiya Komitəsi birgə maraqlı bir əmr imzalayıb. Əmrdə uşaq kinosunun problemləri hərtərəfli işıqlandırılıb və praktik yanaşama ilə həll yolu göstərilib. Linkdə əmrlə ətraflı tanış ola bilərsiz. Ümumiyyətlə, müstəqillik illərində kinonun, həmçinin, uşaq kinosunun inkişafı üçün ən çox Əbülfəz Qarayevin nazir olduğu vaxtlarda geniş imkanlar vardı. Üstəlik, onun nazir olduğu dövrdə uşaq kinosu ilə bağlı maddənin yer aldığı "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı" qəbul edilmişdi və proqramın yerinə yetirilməsi üçün maliyyə də ayrılmışdı... Uşaq kinosu təkcə Mədəniyyət nazirliyinin yox, Təhsil nazirliyinin də maraq dairəsində olmalıdır. Heç olmasa, məktəblərdə uşaqların estetik zövqünün formalaşması məqsədilə dərslər tədris oluna bilər. Hətta bu əmrdən yararlanaraq, hər iki nazirliyin uşaq kinosunun dirçəlməsi istiqamətində praktik işlər görməsi mümkündür. https://aki.az/usaq-kinosu-xilas-sovetl%c9%99rd%c9%99dir/
إظهار الكل...
Uşaq kinosu: Xilas sovetlərdədir

👍 8 2
Türk seriallarında aktyorların əksəriyyətinin oyunu bir birindən fərqlənmir: eyni cür ağlayırlar, kədərlənirlər, qəzəb (hirslənən kimi də əşyaları sındırıb dağıdırlar) və sevgilərini ifadə edirlər, təəcüblənirlər, heyrətlənirlər və s. Baş rolları oynayan aktyorların çoxu fərqli seriallarda demək olar ki, obrazların fərdi xüsusiyyətlərini göstərmir, ya göstərə bilmir. Bu, onların çoxunun keçmiş model olması ilə əlaqəli deyil. Ona qalsa, Kvanç Tatlıtuğ da model olub. Amma onun "Aşkı memnu"dakı ifası ilə "Kuzey Güney" dəki ifası arasında nə qədər kəsin fərq var. Yaxud "Ailə" serialında sadəcə səsi, intonasiyası, gözləri ilə obrazına indiviuallıq qazandıran Kvanç var. Aktyorun obrazını, ilk baxışda xırda görünən vərdişlərlə təqdimatı vacibdir. "Yarğı"da Pınar Denizin personajı həyəcanlananda təngnəfəs olur və su içməyə başlayır (düzdür, bəzi epizodlarda onun da zəif ifası var). Bu kimi detallar obrazın bütünlüyü, fərdiliyi üçün vacibdir. Aktyorun həyat təcrübəsi onun rollarına sözsüz ki, təsirini göstərir. Ərini vaxtsız itirmiş Özgü Namal uzun fasilədən sonra kinoya qaytdı, yaşadığı itki, sarsıntı onun "Kızıl Gonçalar"dakı rolunu dərin və dolğun oynamasına imkan verir. Ümumən isə türk seriallarında ikinci plan aktyorları (Uğur Hakan Polat, Erkan Avçı, Kannda ən yaxşı qadın roluna görə mükafat almış Merve Dizdar və d) əksərən baş rol ifaçıların oyununu kölgədə qoyur. Bəxti gətirmiş aktyorlardan biri Halit Ergencdir. "Möhtəşəm yüz il" də o, aktyor kimi zəhmət çəkmir, qadınları qucaqlayıb, öpüb-oxşayıb, yüksək qonorarını alıb qoyub cibinə.
إظهار الكل...
👍 12🥰 1
Yaxınlarda Ədliyyə Nazirliyi Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin və İdarə Heyətinin yeni tərkibinin səlahiyyətlərini təsdiq edib. İdarə Heyətinin tərkibində mən də yer alıram. Sentyabrda İdarə Heyətinin ilk iclası baş tutmalıdır. Və gündəliyə təklif edilən məsələlər arasında Kino Agentliyinin fəaliyyəti də var. Gerisi linkdə. https://aki.az/kino-agentliyinin-f%c9%99aliyy%c9%99ti-aki-nin-idar%c9%99-hey%c9%99tind%c9%99-muzakir%c9%99-olunacaq/
إظهار الكل...
Kino Agentliyinin fəaliyyəti AKİ-nin İdarə Heyətində müzakirə olunacaq

👍 5 4
İngilis rejissoru Maykl Pauellin, dövrünə görə novator sayılan, Antonioninin “Blowup”, Brayan de Palmanın “"Dressed to Kill" filmlərinə təsir göstərmiş "Peeping Tom" (1960) onun karyerasında böyük çata səbəb olmuşdu... Pauell bankdakı işini ataraq, çəkiliş meydanlarında yemək, qəhvə daşıyıbmış. Sonralar Hiçkoka, onun ilk filmlərinin ssenarisini yazmaqda kömək edib. 1930-cu illərdən azbüdcəli trillerlər və komediyalar çəkməyə başlayıb. "Peeping Tom" filminin süjetinə görə, kinooperator köməkçisi Mark modelləri, fahişələri, aktrisaları çəkəndə ştativin iti ucları ilə onları qətlə yetirir və bu prosesi lentə alır. Sonra isə o, cinayət yerində araşdırma aparan polislərin fəaliyyətini çəkir... Senzura nəticəsində çılpaq qadın təsvirləri filmdən yığışdırıldı, qətl hadisələrinin əks olunduğu kadrlar qısaldıldı. Cəmiyyəti qıcıaqlandıran həm də rejissorun “Qırmızı başmaqlar”dan sonra məşhurlaşan balerina Moyra Şireri qurban roluna çəkməsiydi. Şirkətlər onun layihələrini maliyyələşdirməkdən imtina etdilər və rejissor Amerikada, Avstraliyada çalışmağa məcbur oldu. Film baş rolun ifaçısı Byomun karyerasına da təsir etdi. Tamaşaçılar onu “Sissi” filmindən imperator Frans İosif roluna görə sevmişdilər. Ona görə aktyorun manyak qatil obrazını həzm edə bilmirdilər. Zorakılığın açıq nümayişinə görə film bəzi Avropa ölkələrində qadağan olundu. İllər sonra film ən yaxşı trillerlərdən biri sayıldı. Məhz burda ilk dəfə qətlin törənməsi zamanı qatil göstərilir, bu isə tamaşaçını qurbanın yox, qatilin hisslərini bölüşməyə vadar edir. Başqa bir cəhət, rejissorun qətl hadisəsini bir növ, filmin necə yaranması prosesi kimi təqdimatıdır. Ona görə səhnələr hissələrə ayrılaraq, müxtəlif baxış bucaqlarından göstərilir.
إظهار الكل...
10👍 1
"Orxan Fikrətoğlunun informasiya manipulyasiyası" yazımı kulis-də yayımlamışdılar. Orxan müəllim yazımı saytdan çıxartdırıb. Müəllim, tənqidə dözümlü olun))
إظهار الكل...
👍 12😁 9 2🤔 1
Orxan Fikrətoğlunun informasiya manipulyasiyası Hazırda Venesiyada kinofestival keçirilir və Azərbaycanı tədbirdə Kino Agentliyi təmsil edir. Kino Agentliyinin rəsmi facebook səhifəsində, həmçinin, saytlarda festivalda iştirakla yayılan informasiyada manipulyativ məqamlar var və belə başa düşürəm ki, bu, təcrübəli jurnalist Orxan Fikrətoğludan qaynaqlanır. Saytlarda yayılan məlumatda deyilir: "Azərbaycan kinosu tarixində ilk dəfə olaraq, festivalda iki film nümayiş olunub. Bunlar İkinci Qarabağ müharibəsinə həsr olunmuş rejissor Emin Əfəndiyevin “Tənha insanın monoloqu” və XX əsr Azərbaycan memarlığını əks etdirən rejissor Şamil Əliyevin “Yaradanlar” filmləridir". Birinci cümlədəki "Azərbaycan kinosu tarixində ilk dəfə olaraq" hissəsi oxucuları və festivallar haqda detallı bilgiləri olmayan saytları (mədəniyyət üzrə müxbirləri) asanlıqla tələyə salır. Təsəvvür yaranır ki, Azərbaycan ilk dəfə Venesiya festivalına qatılır və hər iki film festivalın hansısa mühüm proqramında iştirak edir. Hətta bəzi saytlarda məlumat belə başlıqla yayılıb: "Filmlərimiz ilk dəfə Venesiya festivalında" Venesiya festivalında Əsas müsabiqə, Horizontlar, Qısametrajlı filmlər müsabiqəsi, Müsabiqədənkənar baxış, Venesiya klassikası, Sconfini (eksperimental işlər, janr filmləri, arthauslar və s nümayiş olunur) və digər proqramlar var. Bəz bizim filmlər hansı proqamdadır? Təbii ki, Əsas müsabiqədə, Horizontlarda, hətta Qısa film müsabiqəsində də yoxdur. Çox güman ki, sadəcə müsbiqədənkənar nümayiş olub. Amma bu məlumat belə dəqiq deyil. Bəlkə heç nümayiş də olmayıb. ARKA nın rəsmi səhifəsində isə belə yazılır:"Festivalda Azərbaycan kinosu tarixində ilk dəfə olaraq üç film təqdim olunub" (??). Yenə "ilk dəfə" sözü manipulyativ xarakter daşıyır. Və hansı üç filmdən söhbət gedir? Yəqin ki, Orxan müəllim İlqar Nəcəfin "Quşlar susanda" layihəsini film kimi sırıyır və yumşaq desək, bizi ələ salır. Məlumatda daha sonra yazılır: "Festival çərçivəsində ARKA-nın təşkil etdiyi müsabiqədə qalib gələn layihələrin xarici şirkətlərlə birgə istehsalı üçün prodüserlərin cəlb olunması məqsədilə təqdimatlar da keçirilib. Rejissor İlqar Nəcəfin “Quşlar susanda” film layihəsi ilə yanaşı, ARKA-nın maliyyə dəstəyi ilə həyata keçiriləcək digər film layihələri də xarici prodüserlərə təqdim edilib". Niyə məhz "Quşlar susanda" layihəsi xüsusi vurğulanır? Və Orxan müəllim festivalda hansı prodüserlərlə görüşüb? Bu barədə heç bir məlumat verilmir. Azərbaycan kino tarixində ilk dəfə Elçin Musaoğlunun "Nabat"ı bu festivalın Horizontlar proqramında göstərilib. Daha sonra yenə də ilk dəfə Hilal Baydarovun "Səpələnmiş ölümlər arasında" (müştərək layihədir) Venesiya festivalının əsas müsabiqəsinə düşüb. Amma ARKA nın facebook səhifəsində bu faktlar qeyd olunmur, saytlarda isə yalnız Hilal Baydarovun iştirakı sanki qəsdən dilucu və qeyri dəqiq şəkildə yazılır: "Qeyd edək ki, vaxtilə bu nüfuzlu festivalın tarixində azərbaycanlı rejissor Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” bədii filmi də əsas müsabiqə proqramında yer alıb". Cümləyə "ilk" sözü salınmır və "də" bağlayıcısı ilə Hilal Baydarovun iştirakı əhəmiyyətsizləşdirilir. Əslində cümlə belə olmalıydı: "Qeyd edək ki, Azərbaycan kinosu tarixində ilk dəfə Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” bədii filmi Venesiya Kino Festvalının əsas müsabiqə proqramında yer almışdı". Orxan Fikrətoğlu bununla da kinoda öz rolunu əhəmiyyətini böyütmək istəyir və fikir formalaşdırmağa çalışır ki, məhz onun ARKA ya rəhbərliyi dövründə kinomuz ilk dəfə Venesiya festivalına qatılıb. Təəssüf ki, nazirliyin mətbuat xidmətinin rəhbərliyi də bilgisizlikdən və ya qeyri peşəkarlıqdan informasiyanı emal etmədən, yanlışları düzəltmədən yayır.
إظهار الكل...
👍 19 3
Elçin Musaoğlunun təzəlkcə yayımlanmış "Məryəm" bədii tammetrajlı filminin tizerini yəqin ki, görənlər olub. 1.24 saniyəlik tizerdə Tarkovskinin "Nostalgiya", "Güzgü" və Trierin "Doqvil" filmindən tanış kadrları da sezənlər olmamış deyil. Müəllifin hər hansı rejissorun yaradıcılığına istinadı normaldır, dünya kinosunda bunun yüzlərlə örnəyi var. Kiməsə istinad ya ironik (postmodernizm estetikaya əsasən) xarakter daşıyır, ya da o yeni mənalarla yüklənərək tamamilə fərqli kontekstdə təqdim edilir. Məsələn, Con Burmen "Point Blank" (1967. Burmen maraqlı rejissordur, filmlərini tövsiyə edirəm) trillerinin bəzi epizodlarında Alen Renenin "Last Year at Marienbad"dakı montaj texnikasından, kompozisiyadan, demək olar ki, oxşar məkan və kamera baxış bucaqlarından istifadə edir. Amma səhnələrdəki fərqli məqsəd, tapşırıq, məzmun, personaj, intonasiya, ritm və s. sayəsində rejissor onu "kopya" etmir, özününküləşdirir. Yaxud, Eyzenşteynin məşhur Odessa pilləkənləri ilə uşaq arabasının diyirlənməsi səhnəsini Brayan de Palma "The Untouchables" filmində öz üslubuna, hekayəsinə uyğunlaşdırır. Elçin Musaoğlu, kino cameəmizdə Tarkovskinin yaradıclığını həqiqi mahiyyətini anlayan az adamlardan biridir. "Məryəm"də ondan necə bəhrələndiyini isə bilmirəm. Hərçənd, tizerdən aldığım informasiya yeni nəsə etdiyini demir təəssüf ki. Hər halda filmə baxanda daha aydın təsəvvür yaranacaq.
إظهار الكل...
👍 10 6
"Tağıyev:Neft" filminin treyleri yayımlanıb. Yaradıcı heyəti təbrik edirəm, prokatda olsa baxacam. Təsvirlər keyfiyyətlidir, dekorasiyalar, məkanlar əladır və dövrün atmosferini hiss edirsən. Lakin treyleri zəif işləyiblər, cəlbediciliyi yoxdur, dublayjda qüsurlar var, xüsusən, uşağın danışığındakı qeyri təbiilik qulağı narahat edir. Qurban İsmayılov yenə ənənəvi manerasında oynayıb, hər halda treylerdən aldığım ilk təəssürat bu oldu. Treylerə kinoinfo.azın səhifəsindən baxdım. Və xəbər lentində gözümə Orxan Ağazadənin, "Kinomexanikin qayıdışı" tammetrajlı sənədli filminin Cənubi Koreyada EIDF EBS Kino Festivalında Qran-Priyə layiq görülməsi xəbərini oxudum. Orxanı təbrik edirəm, çox istedadlı rejissordur. "Kinomexanikin qayıdışı"nın treyleri yaradıcı işlənib, hekayənin ruhunu duyursan.
إظهار الكل...
14👍 3
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.