cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Cinciva Books | Elektron Kitablar

📍Azərbaycanın ən böyük kitab bazası və heç bir kanalda tapa bilmədiyiniz bir çox kitab ilk dəfə bu kanalda! ✅ İstək və müzakirə qrupu : @cincivabooks ✉ Reklam & müəllif hüququ ilə bağlı əlaqə: @cincizade

Show more
Advertising posts
21 874
Subscribers
-624 hours
-287 days
+14130 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Əziz şagirdlər, abituriyentlər və müxtəlif təhsil pilləsində olan tələbələr ! (Ki bu kanalımızın kütləsinin böyük bir qismi deməkdir.🫠) Yeni tədris ilinin başlaması münasibətilə sizi (və elə özümü) təbrik edirəm ! Ümidvaram, hamımız üçün düşərli, uğurlu, yaxşı mənada yadda qalan bir il olacaq.💙 ▪︎P. S. : Bakıda oxuyanlar : Formula-1 yarışlarına görə, ciddi tıxac problemi var, həftəsonuna qədər də belə olacaq, güman ki. Gecikməmək üçün evdən tez çıxmağı unutmayın. @Cinciva @cincomics @cinciva_facts @audio_kitablar
Show all...
32👍 6🔥 1
Dostlar, Kanalımızın tam təmənnasız işlədiyini və heç bir köməkçi gəlirinin olmadığını bilirsiniz. Həmçinin, admin heyətinin tələbələr olduğunu və yeni kitablar alıb skan etmək üçün ayıra biləcəyi şəxsi maddiyyatın məhdud olduğunu da təxmin edərsiniz.:/ Kanalın fəaliyyətini davam etdirə bilməsi üçün dəstək göstərmək istəsəniz, aşağıdakı kart hesabına kiçik ödəniş edə bilərsiniz : 4169738816682342 P. S. : Elektron versiyasının olmadığını bildiyiniz (və təbii ki, nəşriyyat / müəllif tərəfindən elektronlaşdırılma qadağası qoyulmayıbsa) kitabları pdfləşdirərək (necəsini izah edərik) də bizə və virtual kitabxana oxucularına öz dəstəyinizi göstərə bilərsiniz✨️ Adminlə əlaqə : @Tinuviell @Cinciva @cincomics @cinciva_facts @audio_kitablar
Show all...
29👍 4
Ədəbiyyatın iki ölümsüz klassikasına ilham mənbəyi olmuş iki möhtəşəm tarixi abidə✨️ https://youtu.be/bSkp3YkW1QI?si=VWm2wTDjSrav9EJW
Show all...
NY #1 : Xalq etinasızlığı & Sənətkar toxunuşu

Sözügedən kitablar : Viktor Hüqo - "Paris Notr Dam kilsəsi" Gaston Leroux - "Operadaki Hayalet" Hər iki əsər bir çox nəşriyyat tərəfindən türk, rus, ingilis, alman dillərinə tərcümə edilib. Hüqonun kitabı azərbaycanca da bütün kitab mağazalarında mövcuddur. "Operadakı Hayalet" isə niyə bilmirəm, heç tərcümə olunmayıb. Əlavə qeyd : Bakıda Hüqonun bu əsəri əsasında Azərbaycan Dövlət Musiqili Teatrda "Paris Notr Dama İthaf" tamaşası səhnələşdirilir iki ayda bir. Musiqilər, geyim və dekorlar, rəqslər ilə ölkədəki ən yaxşı tamaşa olduğunu düşünürəm, mütləq bir dəfə baxmağa gedin. Həmçinin, Akademik Dram Teatrında da (əslində bir neçə fərqli məkanda səhnələşdirilib, dəqiqləşdirmək lazımdır) "Edama Məhkumun Son Günü" tamaşası göstərilir. Emosiyanı insana ötürməyi əla bacaran tamaşadır, tövsiyə edirəm.☆ #parisnotrdamkilsəsi #viktorhüqo #gastonleroux #operadakihayalet #victorhugo #notredame #klassika

👍 4
https://youtu.be/KCJdurGJZ90?si=ZUeW-f3YPi9Wcc6X Bookstagramda, booktokda populyar olan kitabları şərh edən yerli kitab kanalları demək olar ki, yox səviyyəsindədir. Türklərə, ruslara alternativ axtarırsınızsa, mənim kanalıma bir göz gəzdirərsiniz.🫠
Show all...
Niyə Populyardır ? #1 : Adına "plagiat" deməyək, "ilhamlanmaq" deyək⚡️

"The Powerless Trilogy" : 1. Powerless 1.5 Powerful (novella) 2. Reckless 3. Fearless Bu arada, videoda heç kim "The Hunger Games" bənzərliyindən danışmır demişəm, amma sonradan araşdıranda bəzi xarici saytlarda seriyanın elə "THG ilə fantastikanın harmanı" kimi təqdim olunduğunu gördüm. Ancaq bookstagramlar bu oxşarlığa heç toxunmur və sanki çox orijinal, özünəməxsus bir seriya oxuyubmuşlar kimi danışırlar. P. S. : Seriya yazıçının debüt (çıxış) romanı imiş. İlk ciddi qələm təcrübəsi kimi pis deyil demək olar, amma bu qədər "ilhamlanılmaq" və belə fantastik PR çalışması aparılması məni çox qıcıqlandırdı və obyektiv yanaşmaqdan uzaqlaşdırdı açığı. Bəlkə də, sıfır bilgi, sıfır önyarğı ilə, həmçinin, bənzədilən heç bir kitabı heç bir seriyanı tanımadan oxusanız, daha xoş bir romantasy təcrübəsi olar, idk. #laurenroberts #powerless #powerlesstrilogy #paedyngray #kaiazer

10👍 5🔥 1😍 1
#3 "Wayward Children" 10+ kitablıq seriyadır. Tərcümə olunmadığı üçün hamısını paylaşmıram. Seriyadan istədiyiniz biri olsa, qrupda və ya şərhlərdə paylaşaram.🌻 #englishbooks @cinciva EPUB format
Show all...
Beneath the Sugar Sky @cinciva.epub5.45 MB
8🔥 2👍 1
#2 Türk dilinə "Sopalar ve Kemikler" adı ilə tərcümə olunub, hələ ki, elektronlaşdırılmayıb. #englishbooks @cinciva EPUB format
Show all...
Down Among the Sticks and Bones @cinciva.epub5.27 KB
👍 6 3🔥 1
#1 #englishbooks @cinciva EPUB format
Show all...
Every Heart a Doorway (Seanan McGuire) @cinciva.epub9.39 KB
5👏 2👍 1
▪︎1-ci kitab. 📌 "Hugo" , "Nebula" və "Lotus" ən yaxşı novella mükafatlarına layiq görülən kitab. Lewis Carroll ("Alisa Möcüzələr Ölkəsində") və C. S. Lewis ("Narnia Xronikaları") klassikalarının modern versiyası. • İthaki Yayınları, 2023 ▪︎Fantastika, uşaq ədəbiyyatı | 160 səhifə #Türkcə @cinciva #ilkbizdə
Show all...
Her Kalp Bir Eşik - Seanan McGuire @cinciva.pdf2.97 MB
7👍 2🔥 1
Dostlar, Youtube platformasında aktivləşdim, nəhayət ki.☆ Kitablar barədə 10-15 dəqiqəlik videolarım olacaq. Və bir çox bookstagramda, booktuberdə görüb qıcıqlandığım şeyi etməməyə - sadəcə əsərin mövzusundan danışmayıb, sadəcə əsərə tərif yağdırmayıb hərtərəfli tənqidini aparmağa çalışacağam. İlk videoma / şərhimə keçid üçün : https://youtu.be/LNdbd4XQ2Pg?si=C-Cm-tBuhGwvPLy1
Show all...
İncəsənət Klassikaları #1 : Hamının tanıdığı "mən" VS İçimizdəki gizli "mən"

Robert Luis Stivenson (1850 - 1894) : Şotlandiyalı yazıçı, şair, səyyah. 2018-ci ildə hazırlanmış statistikaya əsasən bütün dünyada əsərləri ən çox tərcümə olunmuş 49 yazıçı arasında 26-cı yerdədir. Ailəsinin mühafizəkar dini dəyərlərini və Viktoriya dönəminin qoyduğu tələbləri rədd etmiş, heç vaxt təhsil və iş karyerasına ciddi məsuliyyətlə yanaşmamış, romantik bir xarakterlər bohem stildə yaşamışdır. Uşaqlıqdan etibarən bütün həyatını xəstəliklərlə boğuşaraq, öz səhhəti üçün daha ideal məkanı və həyat tərzini axtararaq keçirmiş, nəhayət, 44 yaşında beyin qanaxmasından vəfat etmişdir. Ən önəmli və ona sağlığında və ölümündən sonra ciddi reputasiya qazandıran əsəri bir uşaq romanı olaraq qələmə aldığı "Dəfinə Adası"dır. (Treasure Island) Yazıçı üslubu hər romanında dəyişsə də, fikrən hər zaman "Dr. Jekyll and Mr. Hyde" hekayəsindəki təməl düşüncəsinə sadiq qaldı, hər insanın yaxşı və pisin bir kəsişməsi olduğuna inandı, əsərlərindəki xarakter inkişafları həmişə bu istiqamətdə oldu. Bəs siz bu yazıçının qələmini bəyənirsiniz ? #robertlouisstevenson #robertluisstivenson #treasureisland #dəfinəadası #drjekyllandmrhyde

18👍 9🔥 2😍 2
#englishbooks @cinciva EPUB format
Show all...
The Girl Who Speaks Bear @cinciva.epub2.21 MB
8💅 2👍 1
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.