cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəsmi "Telegram" kanalı

Show more
Advertising posts
4 963
Subscribers
-324 hours
-47 days
-7430 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Show all...
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində qaçaqmalçılığa qarşı mübarizə sahəsində təxirəsalınmaz tədbirlər davam etdirilir. Sentyabr ayının 10-da saat 01:37-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən Xəzər dənizinin cənub hissəsində İran İslam Respublikasından şimal istiqamətinə hərəkət edən naməlum üzmə vasitəsi aşkar olunub. Aşkarlanmış hədəfin saxlanılması məqsədilə sahil nəzarəti bölmələri aidiyyəti üzrə məlumatlandırılıb, dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmisi dərhal həmin istiqаmətə göndərilib, sahil xəttinin qapadılması üzrə təxirəsalınmaz tədbirlər görülüb və təqibetmə əməliyyatına başlanılıb. Sərhəd pozucusu üzmə vasitəsinin bortunda olan naməlum əşyanı dənizə atıb, ərazidən uzaqlaşmağa cəhd göstərərkən sərhəd gəmisi tərəfindən xəbərdarlıq atəşi açılıb. Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri və sərhəd gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində kiçik həcmli üzmə vasitəsilə dövlət sərhədini pozaraq Azərbaycan Respublikası ərazisinə keçməyə cəhd göstərən İran İslam Respublikası vətəndaşı 1995-ci il təvəllüdlü Bəhnam Bəndə Muhamməd saxlanılıb. Axtarış tədbirlərinin davamı olaraq sərhəd pozucusunun təqibetmə əməliyyatı zamanı dənizə atdığı 2098 qutu “Manchester Nano Black” markalı siqaret aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.

👍 12
👍 9
Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində qaçaqmalçılığa qarşı mübarizə sahəsində təxirəsalınmaz tədbirlər davam etdirilir. Sentyabr ayının 10-da saat 01:37-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən Xəzər dənizinin cənub hissəsində İran İslam Respublikasından şimal istiqamətinə hərəkət edən naməlum üzmə vasitəsi aşkar olunub. Aşkarlanmış hədəfin saxlanılması məqsədilə sahil nəzarəti bölmələri aidiyyəti üzrə məlumatlandırılıb, dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmisi dərhal həmin istiqаmətə göndərilib, sahil xəttinin qapadılması üzrə təxirəsalınmaz tədbirlər görülüb və təqibetmə əməliyyatına başlanılıb. Sərhəd pozucusu üzmə vasitəsinin bortunda olan naməlum əşyanı dənizə atıb, ərazidən uzaqlaşmağa cəhd göstərərkən sərhəd gəmisi tərəfindən xəbərdarlıq atəşi açılıb. Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri və sərhəd gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində kiçik həcmli üzmə vasitəsilə dövlət sərhədini pozaraq Azərbaycan Respublikası ərazisinə keçməyə cəhd göstərən İran İslam Respublikası vətəndaşı 1995-ci il təvəllüdlü Bəhnam Bəndə Muhamməd saxlanılıb. Axtarış tədbirlərinin davamı olaraq sərhəd pozucusunun təqibetmə əməliyyatı zamanı dənizə atdığı 2098 qutu  “Manchester Nano Black” markalı siqaret aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir. https://www.dsx.gov.az/news/1801
Show all...
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində qaçaqmalçılığa qarşı mübarizə sahəsində təxirəsalınmaz tədbirlər davam etdirilir. Sentyabr ayının 10-da saat 01:3

👍 8
Photo unavailableShow in Telegram
19-20 sentyabr 2023-cü il  tarixlərində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə keçirilən tariximizin şanlı səhifələrindən olan bir günlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Show all...
👍 11🙏 3
Show all...
Peşəkar Çövkən Liqasında I dövrənin oyunları yekunlaşıb

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Novxanı Atçılıq Mərkəzində Peşəkar Çövkən Liqasının l dövrəsi 9-cu turun oyunları ilə yekunlaşıb. Sentyabrın 17-də saat 16:00-da “Zəfər” və “Ağstafa Dilbaz” çövkən komandaları arasında baş tutan gərgin mübarizə “Zəfər” komandasının 9-0 hesablı böyük üstünlüyü ilə, saat 17:00-da “Sərhədçi” və “Embawood” komandaları arasında keçirilən günün ikinci oyunu “Sərhədçi” komandasının 3-0 hesablı qələbəsi ilə, günün son oyunu isə saat 18:00-da “Polad” və “Köhlən” komandaları arasında keçirilib. Baş tutan mübarizə “Polad” komandasının 5-0 hesablı qələbəsi ilə başa çatıb. Turun növbəti oyunları sentyabrın 18-də keçirilib. Saat 16:00-da baş tutan ilk qarşılaşma “Omar” komandasının “Qarabağ” komandası üzərində 3-0 hesablı qələbəsi, saat 17:00-da baş tutan qarşılaşma “Elit” komandasının “Şirvan” komandası üzərində 6-0 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, 10 komandanın mübarizə apardığı Peşəkar Çövkən Liqasında ll dövrənin 1-ci turunun oyunları 24-25 sentyabr 2024-cü il tarixlərində baş tutacaq.

👍 7
Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Novxanı Atçılıq Mərkəzində Peşəkar Çövkən Liqasının l dövrəsi 9-cu turun oyunları ilə yekunlaşıb. Sentyabrın 17-də saat 16:00-da “Zəfər”“Ağstafa Dilbaz” çövkən komandaları arasında baş tutan gərgin mübarizə “Zəfər” komandasının 9-0 hesablı böyük üstünlüyü ilə, saat 17:00-da “Sərhədçi”“Embawood” komandaları arasında keçirilən günün ikinci oyunu “Sərhədçi” komandasının 3-0 hesablı qələbəsi ilə, günün son oyunu isə saat 18:00-da “Polad”“Köhlən” komandaları arasında keçirilib. Baş tutan mübarizə “Polad” komandasının 5-0 hesablı qələbəsi ilə başa çatıb. Turun növbəti oyunları sentyabrın 18-də keçirilib. Saat 16:00-da baş tutan ilk qarşılaşma “Omar” komandasının “Qarabağ” komandası üzərində 3-0 hesablı qələbəsi, saat 17:00-da baş tutan qarşılaşma “Elit” komandasının “Şirvan” komandası üzərində 6-0 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, 10 komandanın mübarizə apardığı Peşəkar Çövkən Liqasında ll dövrənin 1-ci turunun oyunları 24-25 sentyabr 2024-cü il tarixlərində baş tutacaq. https://www.dsx.gov.az/news/1800
Show all...
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Novxanı Atçılıq Mərkəzində Peşəkar Çövkən Liqasının l dövrəsi 9-cu turun oyunları ilə yekunlaşıb.Sentyabrın 17-də saat 16:00-da “Zəfər” və “Ağstafa Dilba

👍 8
Show all...
Yeni tədris ilinin başlanması münasibətilə DSX-nin Xüsusi Məktəbində tədbir kеçirilib

Sentyabr ayının 16-da yeni tədris ilinin başlanması münasibətilə Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində tədbir kеçirilib. Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Tədbirdə peşəkar sərhədçi kadrların yetişdirilməsində mühüm rol oynayan hərbi təhsil ocağının tarixinə qısa nəzər salınıb, tədrisin təşkilinin təkmilləşdirilməsindən, maddi-texniki bazanın möhkəmləndirilməsindən ətraflı söz açılıb. Bildirilib ki, respublikamızda təhsilin inkişafı üçün çox əhəmiyyətli işlər görülür, yeni nailiyyətlər əldə edilir. Bu işlərin təməlində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təhsilə, gəncliyə olan diqqəti, gələcəyə olan məqsədyönlü siyasəti dayanır. Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin tapşırıqlarına əsasən burada təhsil alan kursantların intellektual, hərbi-texniki bilik səviyyələrinə, dünya görüşlərinə, etiket və nəzakət qaydalarına diqqət yetirilir, onların sərhədçi ruhunda tərbiyə olunmasına xüsusi əhəmiyyət verilir. Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin kursantlarının dövlətimiz üçün lazımlı kadrlara, mətin, mübariz, cəmiyyətdə xüsusi nüfuz və hörmətə layiq olan sərhədçi zabitlərə çevriləcəkləri, onların intizamı, hərbi xidmətə məsuliyyətli münasibəti sayəsində sərhədlərimizin toxunulmazlığının daim təmin olunacağı qürur hissi ilə qeyd edilib. Valideynlər təhsil ocağına baxış keçirərək kursantlar üçün yaradılmış yüksək şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Övladlarına tədrisə məsuliyyətlə yanaşmağı, nümunəvi davranış, yüksək nizam-intizam nümayiş edirməyi tövsiyə ediblər. Tədbirin sonunda xatirə fotoşəkilləri çəkdirilib.

👍 9
🫡 9👍 2
Sentyabr ayının 16-da yeni tədris ilinin başlanması münasibətilə Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində tədbir kеçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Tədbirdə peşəkar sərhədçi kadrların yetişdirilməsində mühüm rol oynayan hərbi təhsil ocağının tarixinə qısa nəzər salınıb, tədrisin təşkilinin təkmilləşdirilməsindən, maddi-texniki bazanın möhkəmləndirilməsindən ətraflı söz açılıb. Bildirilib ki, respublikamızda təhsilin inkişafı üçün çox əhəmiyyətli işlər görülür, yeni nailiyyətlər əldə edilir. Bu işlərin təməlində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təhsilə, gəncliyə olan diqqəti, gələcəyə olan məqsədyönlü siyasəti dayanır. Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin tapşırıqlarına əsasən burada təhsil alan kursantların intellektual, hərbi-texniki bilik səviyyələrinə, dünya görüşlərinə, etiket və nəzakət qaydalarına diqqət yetirilir, onların sərhədçi ruhunda tərbiyə olunmasına xüsusi əhəmiyyət verilir. Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin kursantlarının dövlətimiz üçün lazımlı kadrlara, mətin, mübariz, cəmiyyətdə xüsusi nüfuz və hörmətə layiq olan sərhədçi zabitlərə çevriləcəkləri, onların intizamı, hərbi xidmətə məsuliyyətli münasibəti sayəsində sərhədlərimizin toxunulmazlığının daim təmin olunacağı qürur hissi ilə qeyd edilib. Valideynlər təhsil ocağına baxış keçirərək kursantlar üçün yaradılmış yüksək şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Övladlarına tədrisə məsuliyyətlə yanaşmağı, nümunəvi davranış, yüksək nizam-intizam nümayiş edirməyi tövsiyə ediblər. Tədbirin sonunda xatirə fotoşəkilləri çəkdirilib. https://dsx.gov.az/news/1799
Show all...
Yeni tədris ilinin başlanması münasibətilə DSX-nin Xüsusi Məktəbində tədbir kеçirilib

Sentyabr ayının 16-da yeni tədris ilinin başlanması münasibətilə Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində tədbir kеçirilib.Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhi

👍 7
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.