cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

QADINLAR ÜÇÜN ELM MƏCLİSİ

Advertising posts
2 631
Subscribers
+124 hours
+17 days
+5430 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Uşağın güclü himməsinə baxın.... 🌳TƏRCÜMƏ🌳 + Adın nədir? . - Abdullah + Hardansan? . - Buxaradan. + Bəqiyə (bəqi qəbirsanlığına) gəlmisən, niyə? - Peyğəmbərdən (salləllahu aleyhi va səlləm) varid olub ki, "Kim cənazəni (bir rəvayətdə: müsəlmanların cənazəsini) cənazə namazı qılınana kimi imanla və əcrini Allahdan umaraq təqib edərsə, ona 1 Qırat yazılar. Kim də cənazəni dəfn edənədək onu təqib edərsə, ona 2 Qırat yazılar." Dedilər: "İki Qırat nədir?" Dedi: "İki əzəmətli dağ mislində bir şey." Başqa rəvayətdə isə İbn Ömər (radıyəllahu ənhumə) deyir: "Biz neçə qiratları əldən verdik..." + Allahul Mustə'ən (Kömək istənilən Allahdır)... Bəs Qurandan nə qədər əzbərləmisən? . - Tam, Allaha həmd olsun. + Quranı tam əzbərləmisən? . - Bəli. +MaşaAllah. Neçənci sinifdə oxuyursan? - 5'ci ibtidai sinifdə. + MaşaAllah. Allah səni müvəffəq etsin! Tərcümə: @senxatirlat
Show all...
👍 20 13😢 7
👆🏼Bu da dərsdə dediyim o taciq qonşumuz idi.
Show all...
8
Repost from Sən Xatırlat
Uşağın güclü himməsinə baxın.... 🌳TƏRCÜMƏ🌳 . . + Adın nədir? . . - Abdullah . . + Hardansan? . . - Buxaradan. . . + Bəqiyə (bəqi qəbirsanlığına) gəlmisən, niyə? . . - Peyğəmbərdən (salləllahu aleyhi va səlləm) varid olub ki, "Kim cənazəni (bir rəvayətdə: müsəlmanların cənazəsini) cənazə namazı qılınana kimi imanla və əcrini Allahdan umaraq təqib edərsə, ona 1 Qırat yazılar. Kim də cənazəni dəfn edənədək onu təqib edərsə, ona 2 Qırat yazılar." Dedilər: "İki Qırat nədir?" Dedi: "İki əzəmətli dağ mislində bir şey." Başqa rəvayətdə isə İbn Ömər (radıyəllahu ənhumə) deyir: "Biz neçə qiratları əldən verdik..." . . + Allahul Mustə'ən (Kömək istənilən Allahdır)... Bəs Qurandan nə qədər əzbərləmisən? . . - Tam, Allaha həmd olsun. . . + Quranı tam əzbərləmisən? . . - Bəli. . . + MaşaAllah. Neçənci sinifdə oxuyursan? . . - 5'ci ibtidai sinifdə. . . + MaşaAllah. Allah səni müvəffəq etsin! Tərcümə: @senxatirlat
Show all...
Repost from Sən Xatırlat
00:45
Video unavailable
video.mp43.88 MB
10
👆🏼Dərsdə dediyim hadisə budur
Show all...
13
💎 Atakana heyran qalanlar bir də 8 yaşlı Furqanın həqiqi hekayəsini oxusunlar. 👑 Furqan artıq çoxdan hafizdir. Dörd il əvvəl baş verən bu ibrətli hadisəni yəqin ki, bir çoxlarınız xatırlayırsınız. O qədər təsir etmişdi ki, dərhal yazıb paylaşmışdım. Aşağıdakı həmin məqaləni xatırlatma niyyətilə təkrar oxuya bilərsiniz. 🔺 8 yaşındakı  uşaq elə dərs verdi ki, utandığımdan  "yerə girdim" desəm az olar...  Vallahi  bu uydurma hekayə  falan deyil, biraz əvvəl  başıma gələnlərdir. Vaxtı da yazım biləsiniz ki biraz əvvəl baş verib.(15.06.2015 saat 9:36, Mədinə şəhəri)  Bizim binanın başında səth deyilən yer var. Səhər tezdən, sübhdən sonra  uşaqları orda havaya, günəşə çıxarırıq. Bugün heç kim yox idi. Saat 8-ə işləmiş Tacikistandan olan bir ailənin dörd uşağı özləri anasız səthə oynamağa gəldilər. Böyük  qardaş olan Furqanın 8 yaşı  var. O, balaca 4-5 yaşında  olan  bacılarını növbə ilə velosipedlə  sürürdü. Bir də baxdım ki, bacısını velosipedə mindirəndə minik duasını kəlimə-kəlimə  dedirtdi ("Subhənəlləzi səxxara lənə həzə..." ilə başlayan duanı) sonra sürdü.  Biraz keçdi  uşağa qarşı maraq oyandı məndə. Soruşdum "Qurandan nə qədər  bilirsən?". "İyirmi iki cüz" dedi. Dedim birdən səhv başa düşərəm Quranda 22 rəqəmini göstərdim ki "bu qədər  yəni?". Təsdiqləyib  8 cüzü qaldığını dedi. Heyrətə gəlmişəm sadəcə maşaAllah barakaLlah deyə bildim.  Sonra harda öyrənirsən deyə soruşdum  "evdə" dedi. "Kim öyrədir, anan?" Deyə  soruşdum "yox, özüm tək öyrənirəm" dedi. Sonra Quranı verdim ki, Rahmən surəsini oxusun. Mən mündəricata baxıb  surənin səhifəsini  axtarmaq istədim, o isə aldı Quranı mündəricata  baxmadan  Rahmən  surəsini  açdı və oxumağa başladı. SubhənAllah  əslində əzbər  bilirdi, arada Qurana da baxırdı. O qədər  gözəl təcvidlə oxudu ki, heyran qaldım. Sonra mən cəmi iki cüz bildiyimi dedim, güldü. Nə dedi bilirsiniz? Qurandan ayə gətirdi mənə. Dedi "Allah Quranda nə deyir bilirsinizmi?" Məryəm  surəsi  97-ci ayəni dedi.   فَإِنَّمَا يَسَّرْنَاهُ بِلِسَانِكَ لِتُبَشِّرَ بِهِ الْمُتَّقِينَ وَتُنْذِرَ بِهِ قَوْمًا لُدًّا  *"Biz onu (Quranı) sənin dilinlə asanlaşdırdıq ki, onunla müttəqilərə müjdə verəsən və inadkarlara xəbərdarlıq edəsən."* Bu ayəni başa düşməyim üçün 2-3 dəfə təkrarladı. Dedi ki, "bu dəlildir ki, əslində Quran asandır. Sadəcə  onu mənasını dərk edərək oxuduqda, anlamağa çalışdıqda, əzbəri artırdıqda onu  öyrənmək asanlaşır, Allah asanlaşdırır."  Mən hələ də şokdaydım balaca uşağın mənə tövsiyə etməsinə  heyran oldum. Bununla bitmədi. Özü SubhənAllah  ərəbcə elə  gözəl  danışır ki, bir çox ərəblərdən də yaxşı fussa ilə danışır. Arada nəyisə deyəndə çətinlik çəkdim, gözümün içinə diqqətlə  baxırdı, məni başa düşməyə çalışırdı. Dedim ki, ərəb dilini yaxşı bilmirəm. Başın yellədi mənə nə dedi bilirsiniz? "Ərəb  dilini bilməmək heç yaxşı deyil. Allah nə deyir bilirsiniz?" Bu sualı  bir  də verdi mənə. "Allah  nə deyir bilirsiniz?" Susdum onun cavabını gözlədim. Yenə Quran ayəsi ilə mənə dərs verdi.   إِنَّا جَعَلْنَاهُ قُرْآنًا عَرَبِيًّا لَعَلَّكُمْ تَعْقِلُونَ  *"Biz Quranı ərəbcə nazil etdik ki, onu anlayasınız."* (Zuxruf surəsi  3-cü ayə)  SubhənAllah  ayəni oxudu sonra dedi ki, "ərəb dilini öyrənmək  lazımdır ki, Quranı anlaya biləsən."  Söz tapmırdım  uşağa  deməyə. Bir də mənə  dedi ki "sabah bura saat neçədə gələcəksiniz məndə kitab var gətirim ərəb dilini öyrənin " )))  Arada anası ilə gələndə fikir vermişik ki, anası onlarla ərəb dilində danışır. Uşaqları necə gözəl  yetişdirib heyran oldum. Həm də fikir vermişəm ki, o tacik qadın səthə havaya çıxanda başqa bacılar kimi yığışıb söhbət  etmir. Çəkilir bir kənara  əlində  ya Quran ya da mətn kitabı daim nə isə oxuyur. Əslində elə ananın belə də oğlunun olmağı təəccüblü deyil.  Allah bizləri də müvəffəq  eləsin, həm  özümüzü, həm də balalarımızı islam əxlaqı ilə tərbiyələndirə bilək, Allahın Kəlamı  Quranı və Quranın dili olan Ərəbcəni  ən gözəl  və ixlaslı  şəkildə öyrənək  və balalarımıza öyrədə bilək...  ✍🏼T.Ummu  Muhəmməd  https://telegram.me/islamdaterbiye Kanalımız Mədinə tələbəsi Vüqar Qurbanovun nəzarətindədir
Show all...
🌱İslamda Uşaq Tərbiyəsi🌱

✍️ Mədinə İslam universitetinin məzunu Vüqar Qurbanov Paylaşılan materialların və məqalələrin səhihliyinə nəzarət edir. 🌱Öldükdən sonra əməl dəftərimizi açıq saxlayacaq salih övladlar yetişdirmək niyyəti ilə... Instagram.com/islamda_terbiye

👍 12😢 4 2
⚠️ Sonuncu dərs. Elm tələbəsinin ədəbləri mövzusu bitir bu gün inşəAllah
Show all...
12
📣📣📣 Əssələmu aleykum. İndi dərsimiz oldu
Show all...
10👍 1
Assalamu aleykum 5deq. dersimiz olacaq inshaAllah
Show all...
17👍 6
📣📣📣indi təfsir kanalında dərsimiz var https://t.me/+dMh4xRcnH-1kZjU0
Show all...
📜Təfsir 🌼Qadınlar üçün

⛔️ Kanal qadınlar üçündür. Kişilərin kanala qoşulmasına və ya səsləri dinləməsinə qətiyyən halallıq verilmir. Linki burdan kopyalayıb qadınlar arasında paylaşa bilərsiniz.

https://t.me/+dMh4xRcnH-1kZjU0

11👍 5
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.