cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Tender-Satınalma-Təchizat (TST)

💼 🔄 #Təchizat zəncirinin idarə olunmasına, #satınalma'ların təşkilinə və #müqavilə'lərə dair məlumatlar, vakansiyalar, məsləhət və təlim xidmətləri 📌 www.tst.com.az 👥 https://t.me/TST_qrup

Show more
Advertising posts
808
Subscribers
+424 hours
+157 days
+4830 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Show all...
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 495 nömrəli Qərarı ilə təsdiq edilmiş “Satınalma güzəştinin tətbiqi Qaydası”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının Nazirlər Kabineti

2
Təlimlərimizdə iştirak etmiş və hal-hazırda iş axtarışında olan şəxslər varsa bizə məlumat (ad soyad və iştirak etdikləri təlimin adı) verə bilərsiniz uyğun olduğu halda bu sahədə axtarış edən satınalan təşkilatlarla əlaqələndirək
Show all...
👍 12 8
Dövlət satınalmalarında şikayətlərə dair 04.09.2024 16:00 Hörmətli təchizatçılar, Keçirilmiş satınalma prosedurlarında yol verilən pozuntulara dair Dövlət Xidmətinə ünvanlanan müraciətlərə aşağıdakı məlumatları daxil etməyinizi və firma rekvizitləriniz olan blankda (olduğu halda) göndərməyinizi xahiş edirik: - satınalan təşkilatın adı; - satınalma predmeti və müsabiqə nömrəsi; - adından müraciət edilən fiziki şəxsin adı, atasının adı və soyadı və ya hüquqi şəxsin adı; - fiziki və ya hüquqi şəxsin VÖEN-i; - müraciət nümayəndə vasitəsilə təqdim edildikdə, nümayəndənin adı, soyadı və atasının adı; - müraciət edən şəxsin birbaşa əlaqə vasitələri (mobil nömrə və (və ya) elektron poçt) və ünvanı; - şikayətin məzmunu; - “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun hansı maddəsinin tələblərinin pozulmasına dair istinadlar; - əsaslandırıcı sübutlar. Şikayətin mətni oxunaqlı olmalı, şikayətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunun 54-cü maddəsinə əsasən Kənarlaşdırılmış və ya iştirak etməyən təchizatçılar satınalma müqaviləsi qüvvəyə minənə qədər öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 15 (on beş) iş günü ərzində satınalan təşkilata şikayət verə bilərlər və satınalan təşkilat kənarlaşdırılmamış təchizatçılar tərəfindən gözləmə müddətində verilən şikayətləri 5 (beş), digər hallarda isə 10 (on) iş günü ərzində araşdıraraq müvafiq qərar qəbul etməlidir. Bu səbəbdən, şikayətlərin effektiv və səmərəli təhlili üçün bütün hallarda pozuntu barədə gözləmə müddətinin sonuna qədər ilk öncə satınalan təşkilata müraciət etməyiniz, tövsiyə olunur. Yalnız satınalan təşkilat tərəfindən müraciətinizə yuxarıda nəzərdə tutulan müddət ərzində münasibət bildirilmədikdə və ya verilmiş şikayətlə bağlı satınalan təşkilatın qərarı ilə razılaşmadığınız halda birbaşa nəzarət orqanına müraciət etməyiniz xahiş olunur. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunun 55.4-cü maddəsinə əsasən nəzarət orqanı verilmiş şikayəti 20 (iyirmi) iş günü ərzində araşdıraraq müvafiq qərar qəbul edir. Nəzarət orqanına müraciət etdikdən sonra bu müddət ərzində digər əlaqə vasitələrilə nəzarət orqanına və ya digər dövlət orqanlarına eyni məzmunlu müraciət göndərməməyiniz və nəzarət orqanının qərarını gözləməyiniz tövsiyə olunur. Məlumat üçün bildiririk ki, Dövlət Xidmətinə təqdim edilən müraciətdə yuxarıda göstərilənlərin nəzərə alınmaması müraciətin baxılmamış saxlanılması ilə nəticələnə bilər. Müraciətdə aşağıdakı hallardan biri aşkar edildiyi halda şikayət təmin edilmir: - konkret pozuntu barədə məlumat verilməməsi; - müddət tələblərinə əməl edilməməsi; - zəruri sübutların təqdim edilməməsi.
Show all...
Esatinalma

Dövlət satınalmalarının vahid internet portalı.

👍 10
Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2024-cü il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılaraq 3-cü kateqoriya dövlət orqanı statusundan 2-ci kateqoriya dövlət orqanı statusuna yüksəldilmiş və dövlət xidmətinin bütün səlahiyyətləri yeni agentliyə ötürülmüşdür. https://www.tst.com.az/post/dovlet-satinalmalarina-nezaret
Show all...
Dövlət satınalmalarına nəzarət

Tender Satınalma Təchizat | BLOQ

👍 16🆒 2
Show all...
Dövlət satınalmalarına nəzarət

Tender Satınalma Təchizat | BLOQ

Photo unavailableShow in Telegram
😥Deyir "İmam üçün ağlayanda, bir az da Yezid üçün də ağlamaq lazımdır" :) Bazarda təkcə cığal satınalan təşkilatlar yox, həm də təchizatçılar var. Dürüst təchizatçılar cığal satınalan təşkilatlardan necə əziyyət çəkir, eyni qaydada dürüst satınalan təşkilatlar da belələrindən əziyyət çəkir. Belələri qanunvericilik ilə tanış olmadan, öz imkanlarına baxmadan hansı satınalma gəldi təklif göndərib ya satınalanları ora-bura şikayət edib işləri yavaşlatmaqla şantaj edirlər, ya da normal təklif vermiş təchizatçılarla sövdələşməyə gedib gəlir əldə etməyə çalışırlar...
Show all...
👍 8😁 4🤯 1
Photo unavailableShow in Telegram
Yeni satınalma qanunvericiliyini öyrənə bilmədikləri, öyrənmək istəmədikləri, qanunvericiliyi bilən əməkdaşları işə almadıqları və ya işə aldıqlarına lazımi dəyər vermədikləri üçün bəzi satınalan təşkilatların (satınalma komissiyalarının) bugünkü vəziyyəti...
Show all...
👍 14 1
Photo unavailableShow in Telegram
Hörmətli səhifə izləyiciləri, 🙊 Sosial şəbəkə hesablarımıza dövlət satınalmaları qanunvericiliyi ilə bağlı çoxsaylı suallar gəlir və hər birini cavablamaq mümkün olmur. 👥 Teleqramda bu məqsədlə yaradılmış qrupumuz (t.me/TST_qrup) mövcuddur. Qrupda iştirakçıların sualları həm təlimlərimizin məzunları, həm kənardan qoşulanlar, imkan olduqca isə Elşən m. tərəfindən aktiv cavablandırılır, eləcə də iştirakçılar tərəfindən yanlış cavablanmış suallar olduqda düzəlişlər edilir. 🙏 Bu arada qrupda aktiv iştirak edən hər bir üzvə Azərbaycanda dövlət satınalmaları sahəsində çalışan mütəxəssisləri və sahibkarları maarifləndirmə istiqamətində göstərdikləri dəstəyə görə minnətdarlığımızı bildiririk.
Show all...
👍 1
Photo unavailableShow in Telegram
📆 Bu ilin sonuna kimi keçirilməsi planlaşdırılan tədbirlərimizin qrafikini təqdim edirik. ℹ️ Müvafiq tədbirlər barədə ətraflı və aktual (xüsusilə tarixlər barədə) məlumat almaq üçün veb səhifəmizdə təlim bölməsinə (tst.com.az/telim) daxil olmağınız xahiş olunur.
Show all...
🆕 SƏNƏDLƏRƏ DƏYİŞİKLİK EDİLDİ ✅ Şərtlər toplusununun nümunəvi formalarında tenderdə 3-dən az iştirakla müsabiqənin baş tutması, ✅ Ehtimal olunan qiyməti 30 min manatdan az olan kotirovkanın ləğv edilib orta sahibkarlıq subyektinin iştirakı ilə təkrar keçirilməsi ✅ təkliflərin açılış vaxtı ilə bağlı 1 saat səhvini aradan qaldırılması ✅✅ Çərçivə sazişi ilə bağlı nümunəvi formanın əlavə edilməsi
Show all...
👍 6 2👏 2
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.