cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Ya Sarallah

 بسم الله الرحمن الرحيم اَللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَعَجِّلْ فَرَجَهُم 📞 @qemler_esiri

Show more
Advertising posts
363
Subscribers
No data24 hours
-17 days
-530 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Düşünürəm ki, Azərbaycanda fəaliyyət göstərən möminlər Həzrət Yunisin həyatını çox oxumalıdırlar. Elə biz də, hamımız. Bütün ümidlər o Həzrətin xalqından üzüldüyü halda gizli istedadı üzə çıxdı. Tövhidə meyl istedadı, bir toplum olaraq ona tərəf qayıtmaq istedadı. Sadəcə qəflət içində idilər və bir ilahi xəbərdarlıq onları dəstə - dəstə Allaha və vəlisinə tərəf qaytardı. Bu arada bizim də Yunisiyyə zikrinə ehtiyacımız çoxdur: "La ilahə illa ənt, subhanəkə inni kuntu minəz-zalimin" İlahi, tövbə edirəm zalım olmaqdan, bəndələrinə layiqincə xidmət edə bilməməyimdən və sənin üçün az işləməkdən! Orxan Məmmədov
Show all...
3
Əgər istəyiriksə imam Məhdi (ə.f) hədəfinə çatsın, bunun üçün ideal bir ümmət tərbiyə etmək lazımdır. İdeal ümmət üçün isə İmam və ümmət arasında ideal bir rabitə lazımdır. Yəni ideal təşkilatın olması lazımdır. Misal. Allahın Rəsulu (s) Taif şəhərinə gedir. Zahirən müvəffəq olmur. Səbəblərdən biri budur ki, onunla şəhər əhalisi arasında rabitə yox idi. Yəni kimlərsə orda olub, Peyğəmbər (s) üçün iş görsün, bu, yox idi. Amma Yəsribdə müvəffəq olur. Səbəbini başa düşmək üçün isə birinci və ikinci Əqəbə beyətini mütləq mütailə edin. Artıq Yəsribdə Peyğəmbərin (s) bir təşkilatı var idi. Onun üçün işlər görürdü və zəmin hazırlayırdı. Besətin 12-ci və 13-cü ilindəki iki beyətin məzmununu oxuyun. Yəni biz də məsum üçün iş görmək istəyiriksə, o beyətə gərək müraciət edək. Görək prinsipləri nə idi. Orxan Məmmədov https://t.me/Qafsimurq Kanala üzv olmaqla və həqiqətləri paylaşmaqla informasiya savaşında yardımçı olun
Show all...
Simurq (𝒪𝓇𝓍𝒶𝓃 𝑀ə𝓂𝓂ə𝒹𝑜𝓋)

Әziz dostlar, bu kanal vasitәsilә Azərbaycan xalqından gizlədilmiş həqiqətləri açıqlamaq üçün fəaliyyətimizə başlayırıq!

👍 1
Repost from N/a
Photo unavailableShow in Telegram
‼️Son günlərdə Azərbaycanın şimal bölgəsində mühüm hadisələr yaşanır. Belə ki, Qusar rayon camaatının şahidi olduqları hadisələr Azərbaycan KİV-də lazımı səviyyədə işıqlandırılmır. Əldə etdiyimiz məlumata görə Azərbaycan Sərhəd Qoşunları və Xüsusilə Xidmət Orqanları ilə "Meşə Qardaşları" vəhhabi terror təşkilatı arasında silahlı qarşıdurma yaranıb. Bu qarşıdurmanın yaranma səbəbi isə rayon camaatının dediyinə görə təqaüddə olan FHN işçisinin Qusar meşələrinin birində (ehtimalən Hil kəndinə yaxın) bu terror şəbəkəsinə aid bunker və silah anbarının görməsi və keçmiş FHN işçisinin gördüyü səhnənin yayılmaması üçün onun "Meşə Qardaşları" tərəfindən qətlə yetirilməsi olub. Rayon camaatının dediklərinə görə də, Rayonun dağlıq kəndlərinin girişində postlar qurulub. Kəndlərə giriş və çıxış çox ciddi şəkildə yoxlanılır. "Meşə Qardaşları" ilə Azərbaycan Xüsusi Xidmət Orqanları arasındakı qarşıdurma iki həftə ərzində fasilələrlə davam edir. Hətta rayon camaatı silah səslərinin belə eşitdiklərini qeyd edir. Arada bu qarşıdurmalar gecə saatlarında da davam edir. Yayılan məlumata görə terrorçulardan bir neçəsi zərərsizləşdirilib. Biri isə özünü partladıb. Təsdiqlənməmiş məlumatlara görə isə Azərbaycan Xüsusi Xidmət Orqanları arasında da itki (yaralı və ya ölü) var. Biz sizlərə Azərbaycanda vəhhabilərin təhlükələri və bunların xalqa qarşı düşmənin çirkli planlarından xəbərdar etmişdik. Vəhhabilərin Azərbaycanda kök salması elə Heydər Əliyevin hakimiyyətə gəlişindən bir müddət sonra start verildi. Azərbaycanın şimal bölgəsində "Meşə Qardaşları" adlı vəhhabi terrorçuların peyda olması, onların Bakının müəyyən "paintball" mərkəzlərindəki təlimləri də məhz Heydər Əliyevin siyasəti idi. Bu təlimlər hələ də Azərbaycanın paytaxt, şimal və qərb ərazilərində davam edir. Və son günlərdə Azərbaycanın şimal bölgəsində yaşanan bu hadisələr düşmənin gələcək planlarından olduğu istisna edilmir. Azərbaycanda yaşanan hadisələri diqqətlə izləyirik və sizlərə ətraflı məlumat veriləcək. Bizi izləməkdə qalın. Kanala üzv olun 👉 @cihad313
Show all...
👍 4
Repost from Ar-Rad Fələstin
⚡️İsrail Qəzzaya davam edən hücumlarda 1000-ə yaxın məscidi qəsdən dağıdıb. 2023-cü il oktyabrın 7-dən etibarən İsrailin Qəzzanın müsəlmanların müqəddəs yerlərinə hədəfə aldığı hücumlar nəticəsində 1000-ə yaxın məscid tamamilə və ya qismən dağıdılıb. Hücumlar nəticəsində Qəzza zolağının müxtəlif yerlərində ibadət yerləri və ətrafdakı binalar dağıntı və külə çevrilib. #Əqsa_fırtınası #Fələstin #İşğalçı_İsrail_Rejimi T.me/ar_rad_quds
Show all...
😢 1
00:59
Video unavailableShow in Telegram
İmam Zamanın (ə) müqabilində yaradılmış saxta qəhrəmanlar © Şeyx Orxan Məmmədov T.me/azerbaycan_arasdirma_merkezi
Show all...
35.70 MB
👍 3
00:14
Video unavailableShow in Telegram
☄️Ata və anaları ilə vidalaşan qəzzalı uşaqlar... #Əqsa_fırtınası #Fələstin #İşğalçı_İsrail_Rejimi T.me/ar_rad_info
Show all...
6.44 KB
😢 4
Repost from Sus Danışma!
Photo unavailableShow in Telegram
Bunu da gördük... Ukrayna cəbhələrində döyüşən iki Azərbaycanlı və Erməni əsgərlərin mehriban şəkili. T.me/Sus_Danishma
Show all...
👎 1
Repost from Maide.Az/MaideTV
00:50
Video unavailableShow in Telegram
Ali Rəhbər Ayətullah Xamenei: في الكافي عَنْ أَبِي عَبْدِ اللَّهِ (ع) ، إنَّ في حِكمَةِ آلِ داوودَ : يَنبَغي لِلمُسلِمِ العاقِلِ أن يَكونَ لَهُ ساعَةٌ يُفضي بِها إلى عَمَلِهِ فيما بَينَهُ وبَينَ اللّه ِ عز و جل ، وساعَةٌ يُلاقي إخوانَهُ الَّذينَ يُفاوِضُهُم ويفُاوِضونَهُ في أمرِ آخِرَتِهِ ، وساعَةٌ يُخلّي بَينَ نَفسهِ ولَذّاتِها في غَيرِمُحرَّمٍ ، فَإِنَّها عَونٌ عَلى تِلكَ السّاعَتَينِ .  "Kafi" kitabında İmam Sadiqdən (ə) "Ali-Davudun hikməti"ndə belə qeyd olunduğu nəql olunur: "Ağıllı müsəlman vaxtının bir hissəsini özü ilə Allah-Taala arasındakı əməlini möhkəmləndirməyə ayırmalı, bir hissəsini axirətlə bağlı işlərində bir-birindən faydalanmaq üçün qardaşları ilə görüşə sərf etməli, bir hissəsini də haram olmayan ləzzətlərdən faydalanmağa həsr etməlidir. Çünk bu, digəri iki vaxta köməkdir." Maide.Az - Maarif bölümü https://t.me/MaideTV #ağıllımüsəlman #müsəlman #vaxt #əməl #axirət #dost
Show all...
agilli musalman - ali rehber~1.mp418.52 MB
👍 2
Repost from Maide.Az/MaideTV
HƏYATIN SONU İmam Əli (ə) buyurmuşdur: اسْتَعِدُّوا لِلْمَوْتِ فَقَدْ اظَلَّكُمْ، وَ كُونُوا قَوْماً صيحَ بِهِمْ فَانْتَبَهُوا، وَ عَلِمُوا انَّ الدُّنْيا لَيْسَتْ لَهُمْ بِدارٍ فَاسْتَبْدَلُوا؛ “Sizi kölgəsinə alan (sizə yaxınlaşan və nişanələri görünən) ölümə hazırlaşın. Onlar üçün zəng çalındıqda agah (oyaq) olan və dünyanın onların (əbədi yaşayış) yeri olmadığını bilən, sonra isə (onu axirətlə) əvəz edən qövm kimi olun.” (“Nəhcül-bəlağə”, xütbə 64.) ŞƏRH VƏ TƏFSİR İmam Əli (ə) bu dərinmənalı hədisdə bəşər həyatının sonunu təsvir edərək dünyanın mahiyyətini və “ölüm” adlı böyük bir təhlükənin pusquda əyləşdiyindən söz açır və insanlara qəflət yuxusundan ayılıb doğru yola yönəlmək üçün xəbərdarlıq edir. “Fəqəd əzəlləkum” (sizləri kölgəsinə alan) ifadəsi yaxın gələcəkdə böyük bir hadisənin baş verəcəyi zaman işlənir. “Filan ağac sizin üzərinizə kölgə salmışdır və siz də onun kölgəsində istirahət edirsiniz” – ibarəsindən ağacla sizin aranızdakı fasilənin olduqca az olduğunu başa düşmək olar. Hədisdə qeyd olunan həmin ibarədən üç sual qarşıya çıxır: Birinci sual: Kölgə nədən kinayədir? Cavab: Bir çox hadisələrdən kinayə ola bilər. Müxtəlif xəstəliklər, qəfil ölümlər, infarktlar, zəlzələlər, qəzalar və bu kimi insan həyatında baş verən hadisələr də bu qəbildəndir. İkinci sual: Ölüm bu qədər yaxındırsa, onda onun üçün hazırlıq görmək lazımdır. Bəs, necə hazırlıq görməliyik? Cavab: Tövbə, özünütərbiyə, camaatın haqqını ödəmək, yaxşı əməllər yerinə yetirmək, insanlara yardım, həmişə Allahı yad etmək və bu kimi əməllərlə özümüzü ölümə hazırlamalıyıq. Üçüncü sual: İmam Əlinin (ə) kəlamı kimlərə aiddir? Cavab: “Fəqəd əzəlləkum” (sizləri kölgəsinə alan) ifadəsindən anlaşılır ki, bu kəlam bütün insanlara aiddir və ölüm hamının üstünə kölgə salacaqdır. Bəlkə də, çağdaş dünyamızda qəfil ölümlərin artımı bir cəhətdən ilahi lütf və mərhəmətdir! Belə ki, nəfsi istəklər keçmişə nisbətən daha da artdığı və insanlar ölümdən qafil olduğundan qəfil ölümlər onları bu qəflətdən ayılda bilər. “Və kunu qəvmən sihə bihim fəntəbəhu” (Onlar üçün zəng çalındıqda agah (oyaq) olan bir qövm kimi olun) – ibarəsi gecə yarısı nagahan bir karvanın rəhbərinin fəryadı ilə yuxuya getmiş karvan əhlinin yuxudan ayılaraq yola düşməsinə işarədir. Dünya və insanlar da karvan əhlini və düşərgə saldıqları məkanı xatırladır ki, həmin məkan insanlar üçün əbədi deyil, ötəri və müvəqqətidir. Bəs, insan karvanlarına xəbərdarlıq zəngi çalan kimdir? İmam Əli (ə) buyurur: كَفى بِالْمَوْتِ واعِظاً؛ “Əgər öyüdverən istəyirsinizsə, ölüm ən yaxşı öyüdverəndir.” (“Biharul-ənvar”, 6-cı cild, səh. 132,s 77-ci cild, səh. 137 və 388.) Ölüm, dilsiz dili ilə nə deyir? Ölüm dilsiz olsa da, bir dünya səs-sədası var! Demək, ölümlər, qəbiristanlıqlar, xəstəliklər və digər hadisələr bütünlüklə xəbərdarlıq, oyanış və hərəkət zəngidir. Əfsus ki, onu eşidən qulaq azdır! “Və`ləmu ənnəd-dunya ləysət ləhum bidarin fəstəbdəlu.” (Dünyanın özlərinin əbədi yaşayış yeri olmadığını bilən, sonra isə onu axirətlə əvəz edən bir qövm kimi olun.) İndi ki, qəflət yuxusundan ayılıb dünyanın əbədi yox, qonaq evi olduğunu anlamısınız, öz dünyanızı axirətlə dəyişin, artıq dayanmayın və kifayət qədər azuqə götürüb karvan əhli ilə birgə yolunuza davam edin. Şəkk-şübhə yoxdur ki, bizim hamımızı bu karvanla birgə aparacaqlar və bütün karvan əhlinin axır-aqibəti, sözsüz ki, ölümdür. Belə isə, nə yaxşı olar ki, qəflət yuxusundan ayılaraq bu səfər üçün münasib azuqə hazırlayaq! Maide.Az - Maarif bölümü https://t.me/MaideTV #ölüm #həyat #şəkk #şübhə #nəhcül_bəlağə
Show all...
👍 2
00:45
Video unavailableShow in Telegram
🫦🫦🫦 ☄️ Sionist rejim Qəzzada məktəbi bombalayıb... #Əqsa_fırtınası #Fələstin #İşğalçı_İsrail_Rejimi T.me/ar_rad_info
Show all...
8.78 MB
😢 3
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.