cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Sadəcə et

"Sadəcə et" ölkəmizdə tibbi fərqindəliyi artırmaq və tibbi məlumatları daha da aydınlaşdırmaq üçün qurulmuş platformadır. Sadəcə et - lə əlaqə @kananafsar YouTube kanalımız: https://youtube.com/channel/UCQ2gLTbcyjBW7OzDp9zFE3A

Show more
The country is not specifiedThe language is not specifiedThe category is not specified
Advertising posts
201
Subscribers
No data24 hours
No data7 days
No data30 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Photo unavailableShow in Telegram
📍Piylənmə (Obezlik) nədir? Piylənmə-qida ilə alınan enerjinin (kalori) istehlak olunan enerjidən çox olması və artıq enerjinin bədəndə yağ olaraq (20% və ya daha çox) yığılması nəticəsində meydana gələn bir xəstəlik olaraq qəbul edilir, bu da məlumdur ki, sağlamlıq və yaşam keyfiyyətinə mənfi təsir göstərir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən piylənmə, sağlamlığı pozacaq ölçüdə həddindən artıq yağ toplanması olaraq təyin edilir. t.me/ataraksia28
Show all...
Photo unavailableShow in Telegram
📌Çəkisi təxminən 6 kq olan başımızı əyərək bucağı azaldanda boynumuzdakı yük. 👉Günlük həyatınızda bacardığınız qədər dik durmağa çalışın ☑️
Show all...
Photo unavailableShow in Telegram
👀Narsisizm nədir?👀 Narsisizm, yəni özünəvurğunluq bir çox şəxsi xüsusiyyətlərin bir araya gəlməsi nəticəsində meydana çıxır və bu xüsusiyyətlər əslində çox adamda var.✅ Onların yüksək ölçüdə olması tibdə narsistik şəxsiyyət pozuqluğu adlanır. Narsist olduğunu göstərən 9 əlamətl⬇️ 〽️təkəbbür - uğurlarını və qabiliyyətlərini şişirdir; 〽️böyük uğur, güc, ağıl, gözəllik və ya böyük sevgi xülyaları uydurur; 〽️xüsusi və əvəzolunmaz biri olduğuna inanır; 〽️çox bəyənilmək istəyir; xüsusi münasibətə layiq olduğunu düşünür; 〽️öz maraqları üçün başqalarından istifadə edir; 〽️empatiyadan uzaqdır; 〽️başqalarının uğurlarını qısqanır; 〽️başqalarına qarşı sayğısız davranır, özündən razı davranışlar sərgiləyir. "Narsisistik şəxsiyyət pozuqluğunu müalicə etmək çətindir" deyən Lee bildirir ki, müalicənin ən çətin qismi pasienti xəstə olduğuna inandırmaqdır.😌 O, həmçinin qeyd edir ki, yaş artdıqca narsisizm əlamətləri azalır.✔️ Bu xəstəliyin diaqnozunu qoymaq asan,dərəcəsini müəyyənləşdirməksə olduqca çətindir.🥲
Show all...
Show all...
Rentgen müayinəsi həqiqətən xərçəng yaradır? Siqaret təkcə ağciyər xərçəngi yaratmırmış! | Sadəcə et

"Sadəcə et" Azərbaycanda tibbi fərqindəliyi artırmaq üçün qurulmuş könüllülərdən ibarət platformadır. Müxtəlif xəstəliklər və xəstə qrupları ilə davranış barədə platformamızda məlumatlar əldə edə bilərsiniz. Daha çoxu üçün sosial şəbəkə hesablarımız: Instagram -

https://instagram.com/sadeceet_tibb?i...

https://instagram.com/sadeceet_?igshi...

Facebook -

https://www.facebook.com/search/top?q...

Telegram -

https://t.me/sadece_et​​​​​

Əməkdaşlıq üçün: [email protected] Hər hansı bir xəstəliyin səbəblərini bilmək çox vacibdir. Belə olduqda özümüzü həmin xəstəlikdən qoruya bilərik. Həmçinin, xərçəngin səbəblərini bilmək və profilaktik müayinələrlə xərçəngdən qoruna bilərik. Bu dəfə isə könüllümüz Səmayə bizlərə xərçəngin səbəblərindən danışacaq. Bir çoxlarımızın bildiyinin əksinə tibbdə istifadə olunan radiasiya şüaları ilə müayinə - radioloji müayinələr heç də xərçəngin əmələgəlməsinə səbəb olmurmuş. Bu və digər bir çox məlumatar videomuzda. Dəstəyiniz bizim üçün vacibdir. Bunun…

Ayaq burxulması zamanı edilməsi gərəkən nədir? Gündəlik həyatımızda aşıq-daban oynağı bağlarının gərilməsinə, adətən el arasında deyildiyi kimi, ayaq oynaqlarında baş verən burxulmalara tez-tez rast gəlirik. Oynaq bağları və vətərlərinə çox güclü dartılma tipli qüvvə təsir etdikdə, onlar gərilir. Belə bir halda daha ağır zədələnmə, yəni vətərlər, oynaq bağlarının cırılması baş verə bilər. Ehtiyatsız hərəkət edəndə, hamar olmayan səth üzərində gəzdikdə, zərbə dəydikdə, yıxıldıqda baş verən bu hallar özünü ağrı, şişkinlik, qansızma, çətinliklə yerimə və oynaq hərəkətliliyinin azalması kimi əlamətlərlə göstərir. Əgər burxulma şiddətli ağrılar vermirsə, bunu evdə müxtəlif müalicə üsulları ilə ən uzağı 2-3 həftəyə sağaltmaq mümkündür. Amma bağlarda qismən yırtılma olarsa, bu vəziyyətdə xüsusi ayaq sarğıları olan bandajlardan istifadə etmək lazımdır. Burxulma zamanı ağır fəsadlar olmasın deyə, dərhal həkim çağırmaq lazımdır. Həkim gələnə qədər ilk yardım kimi xəstənin ayağını soyuq su ilə yumaq və ya buz qoymaq, sonra ağrı və şişkinliyi azaltmaq məqsədilə oynaq nahiyəsini elastik bintlə sarımaq olar. Lakin bandajı çılpaq ayağa deyil, yumşaq bir corab geyinərək onun üzərinə sarımaq lazımdır. Əks təqdirdə zədələnmiş nahiyə daha çox ağrıya bilər və sağalma müddəti uzanar.İlk yardım üçün xəstənin ayağına rahatlıq vermək lazımdır, piyada gəzmək olmaz. Zədələnmiş nahiyəyə dəsmala bükülmüş buz qoymaq da yaxşı nəticə verir. 1 saat fasilədən sonra yenə 15 dəqiqə buz qoymaq məsləhətdir. Zədələnmiş ayağa bədən səviyyəsindən hündür vəziyyət vermək lazımdır. Bunun üçün ayağı qaldırıb hündür yerə, məsələn, yastığın və s. üzərinə qoymaq olar. Ayaq burxulması vəziyyətində qanı durulducu dərmanlardan və spirtdən istifadə etmək olmaz. Belə hallarda mütləq travmatoloqa müraciət etmək lazımdır. #həkiməsualımvar
Show all...
⚠️ Bir çoxları üçün cinsi yolla ötürülən xəstəliklər dəhşətli hesab olunur, yaxşı gəlin görək: 🔴 Hansı xəstəliklər cinsi xəstəlik hesab olunur? HİV, hepatit B, xlamidiya kimi 30-a yaxın infeksiyadan qaynaqlanan, QİÇS, sarılıq, qonoreya və sifilis kimi cinsi yolla keçən xəstəliklər müalicə olunmazsa, sonsuzluğa və hətta ölümə səbəb ola biləcək sağlamlıq problemləridir. Bəzi CYÖX-lar (Cinsi Yolla Ötürülən Xəstəliklər) müalicə ilə sağalır. Lakin hələ də müalicə olunmayan cinsi xəstəliklər var. 🔴 Necə qoruna bilərəm? Prezervativ tam qoruyur? ⚠️ 99 % hallarda, bəli. Bəzən cinsi əlaqə zamanı prezervativin və s. cırılması ola bilər ki, bu da xoşagəlməz haldır. 🔴 Dostum QİÇS-ə (SPİD) yoluxub, əl verib görüşmüşəm, mənə də keçər? ⚠️Xeyr, əl görüşmə ilə bu xəstəliyə yoluxmaq mümkün deyil. Tibbi mövzular haqqında daha çox məlumat əldə etmək üçün kanalımıza abunə olun ⬇️ https://t.me/sadece_et
Show all...
🔍Xərçəng və alternativ tibb 💡Vacib qeyd: aternativ tibb, o cümlədən, fitoterapiya, homeopatiya və s. heç bir halda xərçəngin (həmçinin digər xəstəliklərin) müalicəsində ənənəvi müalicəni əvəz edə bilməz. Alternativ tibb çoxsaylı araşdırmalarla elmi təməli dəstəklənməmiş və yalnız praktikada “effektiv” olan bir yanaşmadır. 💊Qrip,zökəm və s. yüngül xəstəliklər (həmçinin digər sistem xəstəlikləri) zamanı fitoterapiyanın effektivliyi danılmazdır. Bu vasitələr çoxumuzun istifadə etdiyi ot çayları və digər bitki tərkibli preparatlardır. Yuxarıda qeyd olunduğu kimi bu vasitələr ənənəvi müalicəni əvəz etmir və yalnızca dəstəkləyici, bərpaedici kimi istifadə oluna bilər. Bitki tərkibli preparatlar tərkibində konkret təsiredici maddə (və təbii ki dozalanma da) olmamaqla birlikdə, çox saylı maddələrdən ibarət bir “kokteyl”dirlər. 🧘🏻‍♀️Xərçəng müalicəsi zamanı mövcud narahatlıqları (kemoterapiya və radioterapiya səbəbilə) aradan qaldırmaq üçün həkim məsləhəti ilə bu vasitələrdən istifadə etmək olar. Xəstələrdə müalicələrinə mənfi təsir göstərməyəcək müxtəlif bərpaedici üsullardan istifadə zamanı fiziki və mental cəhətdən müsbət irəliləyişlər olduğu görülüb. Məsələn, meditasiya, idman etmək, musiqi dinləmək, kitab oxumaq və s. xəstələrin fikrini yayındırıb rahatlamalarına səbəb olur. Bizi telegramda izləyin: https://t.me/sadece_et 🔺 Daha çoxu Youtube kanalımızda 🔗 Link bio'da
Show all...
🔍Quduzluq (ing. Rabies) İt,pişik və ya başqa bir heyvan bizi cırmaqlayanda və ya dişləyəndə dərhal fikirləşirik ki, birdən quduz olaram? Bu səbəbdən də bəzən küçədə sevimli dostlarımıza yaxınlaşmağa çəkinirik. Bəs nədir quduzluq? Gəlin qısa bir baxış ataq: Quduzluq heyvanlarda olan və insanlara keçə bilən eyni adlı virus tərəfindən törədilən bir xəstəlikdir. Əksərən itlər olmaqla bir çox ev heyvanında rast gəlinə bilər. Vəhşi təbiətdə mövcud olan bu virus müxtəlif yollarla ev heyvanlarına keçə bilir. Virusa yoluxan heyvanların sonu qaçınılmaz şəkildə ölümdür. Daşıyıcı heyvan başqa bir heyvanı və ya insanı zədələdikdə həmin canlını da yoluxdurur. Quduz virusu tez yayılan virusdur. Erkən müdaxilə olmazsa, təəssüfki, ölümlə nəticələnir. 🐶 Heyvanın quduz olub-olmadığını necə bilək? İlkin mərhələdə heyvanların davranışları dəyişir. Sakit bir heyvandırsa aqressiv və ya əksinə dəyişir. Evdən qaçmağa çalışırlar. Sahibini dinləmir və hətta ona hücum edə bilirlər. İşığa qarşı həssaslaşdıqları üçün qaranlıq yerlərdə gizlənirlər. Tüpürcək ifrazı artığına görə ağızları köpüklənir və təəssüfki 1 həftə içərisində ölürlər. 🤧 İnsanda xəstəlik əlamətləri nədir? Yoluxduğu andan etibarən virus sürətlə beyinə doğri irəliləyir və nəticədə mərkəzi sinir sisteminin iltihablanmasına səbəb olur. İnkubasiya dövrü kifayət qədər dəyişkəndir və ən az 3-4 gündür. İlkin əlamətlər qripə bənzəyir, amma spesifik əlamətlər (yuxusuzluq, halusinasiyalar, göz bəbəklərinin böyüməsi, sudan qorxma və s.) meydana çıxanda artıq çox gec olur. 🕵 Şübhəli hallarda neyləməliyik? Şübhəli bir heyvan sizi cırmaqlasa və ya dişləsə ilk öncə həmin nahiyəni bol su və sabunla yuyun. Daha sonra spirt və ya digər antiseptik məhlullarla həmin nahiyyəni dezinfeksiya edin və vaxt itirmədən xəstəxanaya müraciət edin. Müalicədə ən effektiv yol isə peyvəndləmədir. 🧪 Laborator analiz quduz diaqnozunda istənilən nəticəni vermir, virus qanda aşkarlanmır. Mümkünsə şübhəli heyvan müşahidə altında saxlanılır və ondan biopsiya alınır. Bizi telegramda izləyin: https://t.me/sadece_et 🔺 Daha çoxu Youtube kanalımızda 🔗 Link bio'da
Show all...
Photo unavailableShow in Telegram
🔎 Mif: Təraş saçları daha sürətli uzadır, daha qalın və tünd edir. Ümumi inanclara baxmayaraq, saçlarınızı qırxmaq onların daha qalın və ya daha sürətli uzanmasına səbəb olmur. Bu yanlış anlayış 1928-ci ildə klinik araşdırmalarla müəyyənləşib. Saçınızı (və ya bədəninizdəki artıq tükləri) təraş etmək tüklərin daha sürətli və ya qalın uzanacağı anlamına gəlmir. Təraş edilməmiş saçlar daha incə, ucları isə zəifdir. Saçların yenidən böyüməsini müşahidə etdiyinizdə, nəticədə yenidən böyüyən daha yumşaq, incə hissəni deyil, daha iri kökü görəcəksiniz(bu qədər dərinə getsəniz). Yeni saçların küt kənarı vaxt keçdikcə köhnəlir və əslində olduğundan daha qalın görünür. Həmçinin yeni saçlar daha tünd görünə bilər. Bu, qismən qalınlıqdan qaynaqlanır, lakin yeni saçlar hələ təbii elementlərə məruz qalmadığı üçün də ola bilər.  Günəş şüaları, sabunlar və digər kimyəvi maddələr saçlarınızın rəngini aça bilər. Yəni saçların yeni görünüşünün təraş prosesinə heç bir aidiyyatı yoxdur. #DoğruBilinənYanlışlar
Show all...
⚠️ Palliativ qayğı Xərçəng və müalicəsi fiziki, emosional, sosial və maddi yan təsirlərə səbəb ola bilər. Bu təsirlərin müalicəsinə palliativ və ya dəstəkləyici qulluq deyilir. Palliativ qayğı, xərçəngi yavaşlatmaq, dayandırmaq və ya yox etmək üçün müalicələrə əlavə edilən baxımdır. Xərçəng olduğunuzu öyrəndikdən dərhal sonra palliativ müalicəyə başlaya bilərsiniz. Palliativ qayğının bi çox növü var: 🔸Sosial Sevdiklərinizlə və ya baxıcılarınızla hisslərinizi və yaşadıqlarınızı danışmaq çətin ola bilər.  Və ya bir dəstək qrupuna və ya müalicəyə gediş -gəlişə ehtiyacınız ola bilər.  Bir sosial işçi bu vəziyyətlərdə kömək edə bilər. 🔸Psixoloji Bir dəstək qrupu, məsləhətçi, psixoloq və ya digər mütəxəssis kədər, stress, narahatlıq və ya qəzəb kimiduyğuları başa düşməyinizə və öhdəsindən gəlməyinizə kömək edə bilər. 🔸Mənəvi Bir kilsə, sinaqoq və ya başqa bir qrup kimi bir inanc cəmiyyətinə mənsub olsanız, ruhani lideriniz və ya icma üzvləriniz mənəvi cəhətdən sizə kömək edə bilər.  Xəstəxana keşişi, dindar olsanız da, olmasanız da mənəvi dəstək verə bilər. 🔸Maliyyə Xərçəng müalicəsi bahalı ola bilər. Bir sosial işçi və ya maliyyə məsləhətçisi bu narahatlıqlar üçün palliativ yardım göstərə bilər. Məsələn, tibbi məzuniyyət və ya əlillik ödənişləri üçün müraciət etməyinizə kömək edin ya pulsuz və ya aşağı qiymətə dərman verən proqramlar tapın. 🔸Fiziki Xərçəngin fiziki yan təsirləri və müalicəsi bir çox amillərdən asılıdır. Fiziki yan təsirlərə ağrı, yorğunluq, ürəkbulanma, qusma, iştahsızlıq və s. aiddir. Fiziki yan təsirləri aradan qaldırmağa ürəkbulantı əleyhinə dərmanlar, fizioterapiya və ya sağlam qidalanma kömək ola bilər. Bizi telegramda izləyin: https://t.me/sadece_et 🔺 Daha çoxu Youtube kanalımızda 🔗 Link bio'da
Show all...
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.