cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

REAL TV

REAL TV Rəsmi Xəbər kanalı

Show more
Advertising posts
4 803
Subscribers
-624 hours
-157 days
-3430 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

KİV: İsrail 15 ildir ki, Livanda peycerləri partlatmaq üçün əməliyyat hazırlayır İsrail 15 ildir ki, Livan ərazisində peycerləri partlatmaq üçün əməliyyat planlaşdırır. "Report" xəbər verir ki, bu barədə ABC telekanalı mənbələrə istinadən məlumat yayıb. Mənbə İsrailin Livanın müxtəlif ərazilərində partlayan rabitə vasitələrinin istehsalı ilə məşğul olduğunu təsdiqləyiblər: "Bunun üçün İsrail peycerlərin istehsalı ilə əlaqəli olduğu iddia edilən bir neçə şirkət yaradıb. Üstəlik, bu müəssisələrin bəzi işçiləri əslində kimin üçün işlədiklərini belə bilmirdilər". ABC qeyd edir ki, bu təşkilatlardan biri Budapeştdə qeydiyyatdan keçmiş "BAC Consulting" idi və müqaviləyə əsasən, o, Tayvanın "Gold Apollo" şirkətinin brendi altında peycerlər istehsal etməli idi. Lakin Macarıstan hökumətinin nümayəndəsi telekanala bildirib ki, bu qurğular Macarıstanda yoxdur, "BAC Consulting" isə sadəcə vasitəçi olub və ölkədə heç nə istehsal etmir. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi bu cür əməliyyatları mülki şəxslər üçün çox təhlükəli hesab edir və buna görə də öz fəaliyyətində bu cür taktikalardan imtina edir. Son məlumatlara görə, sentyabrın 17 və 18-də Livanda rabitə qurğularının partlaması nəticəsində 37 nəfər ölüb, 287 nəfərin vəziyyəti isə ağırdır. REAL
Show all...
👍 1
İsrail ordusu sakinlərə xüsusi təhlükəsizlik tədbirləri görməyi əmr edib İsrail ordusu ölkənin bəzi şimal bölgələrində dinc sakinlərə göstərişlər verib, yerli sakinləri xüsusi təhlükəsizlik tədbirləri görməyə və sığınacaqlardan çox da uzaqlaşmamağa çağırıb. APA xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin bəyanatında deyilir. Təlimatlar Livanla həmsərhəd ərazilərə, İsrailin nəzarətində olan Colan təpələrinin şimal hissəsinə, həmçinin Safed şəhəri də daxil olmaqla sərhəddən bir qədər məsafədə yerləşən bir neçə yaşayış məntəqəsinə aiddir. Yerli sakinlərə məskunlaşma ərazilərində hərəkəti minimuma endirmək, böyük toplaşmalardan qaçmaq, qəsəbə darvazalarına nəzarət etmək və qorunan binalara yaxın olmaq tövsiyə olunur. REAL
Show all...
İsrail qırıcıları Livanda "Hizbullah"ın 100-ə yaxın hədəfini vurub İsrail Hərbi Hava Qüvvələri Livanın cənubuna bir sıra irimiqyaslı zərbələr endirib. "Report" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti teleqramda məlumat yayıb. Məlumata görə, iki saat ərzində "Hizbullah" hərəkatının 100-ə yaxın atıcı qurğusu və digər infrastruktur obyektləri hücuma məruz qalıb. Zərbələrin hədəfi olan raket buraxılış sistemlərində 1 000-ə yaxın mərmi olub və onlar İsrail ərazisinə atəş açmağa hazırlaşırmış. Hərbi Hava Qüvvələrinin qırıcıları bu zərbələri Hərbi Kəşfiyyat İdarəsi və İsrail Müdafiə Qüvvələrinin Şimal Komandanlığı ilə koordinasiyalı şəkildə həyata keçirib. REAL
Show all...
👍 1
COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda 350 elektrik avtobusundan istifadə olunacaq. "Report" xəbər verir ki, bu barədə COP29-un sədrliyinin "X" sosial şəbəkəsindəki paylaşımında deyilir. Qeyd olunur ki, noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək COP29-a hazırlıqla bağlı mühüm irəliləyiş əldə olunub. Son yeniliklərə Bakı Olimpiya Stadionunda işlərin tezliklə başa çatdırılması daxildir. Bundan əlavə, sərnişindaşınmanın asanlaşdırılması üçün 350 elektrik avtobusu nəzərdə tutulub, "bnetwork" vasitəsilə əlavə 4 000 otaq əlçatan olacaq və tədbirin qlobal səviyyədə işıqlandırılması üçün müvəqqəti media mərkəzi yaradılacaq.
Show all...
Çempionlar Liqasında Liqa mərhələsinin I turuna yekun vurulub UEFA Çempionlar Liqası Liqa mərhələsi, I tur 19 sentyabr 20:45 "Srvena Zvezda" (Serbiya) – "Benfika" (Portuqaliya) 1:2 Milson, 86 - Kerem Aktürkoğlu, 9, Orkun Kökçü, 29 20:45 "Feyenoord" (Niderland) – "Bayer" (Almaniya) 0:4 Florian Virtz 5, 36, Alexandro Qrimaldo, 30, Timon Vellenreyter, 44-öz qapısına 23:00 "Atalanta" (İtaliya) – "Arsenal" (İngiltərə) 0:0 23:00 Atletiko (İspaniya) – "Leypsiq" (Almaniya) 2:1 Antuan Qrizmann, 28, Xose Mariya Ximenez, 90 - Benjamin Şeşko, 4 23:00 "Brest" (Fransa) – "Şturm" (Avstriya) 2:1 Uqo Maqnetti, 23, Abdallah Sima, 56 - Edmilson Fernandeş, 45+1-öz qapısına 23:00 "Monako" (Fransa) – "Barselona" (İspaniya) 2:1 Maqnes Aklauçe, 16, Corc İllenixela, 71 - Lamin Yamal, 28
Show all...
00:39
Video unavailableShow in Telegram
Prezident İlham Əliyev 20 Sentyabr - Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib:
Show all...
PREZİDENTt-HAZR.mp414.77 MB
Azərbaycanda Dövlət Suverenliyi Günüdür Azərbaycanda Dövlət Suverenliyi Günüdür. APA-nın məlumatına görə, Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixində imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanıb. Cəmi 23 saat davam edən və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilib. Nazirlər Kabinetindən verilən məlumata görə, Dövlət Suverenliyi Günü hələlik iş günü hesab edilən bayram günü olacaq. REAL
Show all...
00:56
Video unavailableShow in Telegram
Prezident İ.Əliyev Ağdamda səfərdə olub Dövlət başçısı görülən işlərlə tanış olub, açılışlarda iştirak edib
Show all...
PREZIDENT AGDAM QISA+ HAZIR.mp421.43 MB
Photo unavailableShow in Telegram
Azərbaycan, Qazaxıstan, Türkiyə, Pakistan, Qətər və Özbəkistan xüsusi təyinatlılarının iştirakı ilə Qazaxıstanda keçirilən "Sonsuz qardaşlıq - III" çoxmillətli təlimi başa çatıb.
Show all...
3👍 2
01:15
Video unavailableShow in Telegram
Üzeyir Hacıbəylinin ev muzeyi bərpadan sonra
Show all...
video5431539032637069407.mp46.66 MB
3👍 1
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.