cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Xeyirin Açarı

"Nə xoş o insanın halına ki, Allah Təala xeyirin açarını onun əlində edib." https://www.instagram.com/xeyirinacari/ ⚠️ Kanalda olan bütün paylaşımları götürüb başqa yerdə paylaşa bilərsiniz.

Show more
Advertising posts
2 759
Subscribers
-224 hours
-37 days
+1430 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Photo unavailableShow in Telegram
#Nifaq Fudeyl ibn İyad (rahiməhullah) buyurmuşdur: "Qəlbdə olan nifaqın əlamətlərindən biri də, özündə olmayan bir şeyə görə təriflənməyi sevmək və səndə olan xoşagəlməz bir şeyə görə də məzəmmət olunduqda bundan xoşlanmamaqdır. Həmçinin sənə eybini göstərən kəsə nifrət etməyin, dostlarından birinin eybini eşitdikdə ona sevinməyi də nifaqın əlamətidir. (📚 تنبيه المغترين ١٣٣/١٣٢) https://t.me/xeyirinacari
Show all...
Xeyirin Açarı

"Nə xoş o insanın halına ki, Allah Təala xeyirin açarını onun əlində edib."

https://www.instagram.com/xeyirinacari/

⚠️ Kanalda olan bütün paylaşımları götürüb başqa yerdə paylaşa bilərsiniz.

Photo unavailableShow in Telegram
📌Həqiqətən bu çox hikmətli sözdür. İnsan nə qədər abid olsa da, gecələr namaz qılıb gündüzlər oruc tutsa da heç vaxt nə Allahın haqqını ödəyə bilər nə də verilən nemətlərə görə haqqı ilə şükr edə bilər. Əgər insan nemətləri sayıb qurtara bilməzsə, onların şükrünü necə edə bilər!? Ona görə də bəndələrə düşən Allaha daima tövbə edib günahlarının bağışlanmasını istəməkdir. Allah Rəsulu ﷺ keçmiş və gələcək günahları bağışlandığı halda gündə 100 dəfə tövbə və istiğfar edərdi. https://t.me/xeyirinacari
Show all...
Photo unavailableShow in Telegram
⚠️Vitr namazı haqqında xatırlatma. Şeyxul-islam ibn Teymiyyə (rahiməhullah) buyurur ki: "Vitr namazı müsəlmanların icması ilə təkid olunan sünnədir. Heç bir müsəlman onu tərk etməməlidir. Vitr namazı gündüz edilən bütün nafilə ibadətlərdən əfzəldir məsələn duha namazı kimi namazlardan. Ümumən fərz namazlarından sonra ən fəzilətli namaz gecə namazlarıdır. Bunların içərisində ən üstün olanı da vitr və sübh namazının sünnətidir". (Məcmul fətəva 23/88) ⚠️Hətta imam Əhməddən vitri tərk edən kəs barəsində soruşulduqda o dedi: "Hər kim vitr namazını qəsdən tərk edirsə o pis kişidir və onun şahidliyi qəbul olunmaz". (📌Ona görə də əziz müsəlman, bir rükət də olsa vitr namazını qıl ki özünü bu xeyirdən məhrum etməyəsən.) https://t.me/xeyirinacari
Show all...
Photo unavailableShow in Telegram
📌Allahu təalə salehləri islah etdiyi kimi bizləri də islah etsin. Qəlblərimizdən müslümanlara qarşı kin-küdurəti, paxıllığı və həsədi aparsın. Oranı imanla, təqva ilə, elm və hikmət ilə doldursun. https://t.me/xeyirinacari
Show all...
Photo unavailableShow in Telegram
📌Allahu təalə mömin qulu üçün xeyirdən başqa heç bir şey istəməz və insan Allahın ona yazdığı yazıdan heç vaxt qaça bilməz. https://t.me/xeyirinacari
Show all...
#əmanət Bir kişi Salman əl Farisinin (radiyallahu anhu) yanına gəldikdə ona dedi ki: Filankəs sənə salam deyirdi. -Salman əl Farisi ona dedi ki: Nə vaxtda bəri? -Kişi də dedi ki: Bir neçə gün olar. -Salman əl Farisi ona belə cavab verdi: "Əgər bunu etməsəydin bu sənin boynunda qaytarmalı olacağın bir əmanət olaraq qalacaqdı". (📚 ابن أبي شيبة ٢٦٢١٩ ) ⚠️ Bu incəliyə diqqət etmək lazımdır. Əgər kimsə sənə desə ki, filankəsə mənim "salamımı" çatdırarsan, o zaman əgər sən "yaxşı çatdıraram" deyib bu işi öhdənə götürmüsənsə bunu yerinə yetir. Çünki o salamı çatdırmaq bir əmanət sayılır. Yox əgər çatdıra bilməyəcksənsə o zaman yalandan söz verib onu öz öhdənə götürmə. https://t.me/xeyirinacari
Show all...
Xeyirin Açarı

"Nə xoş o insanın halına ki, Allah Təala xeyirin açarını onun əlində edib."

https://www.instagram.com/xeyirinacari/

⚠️ Kanalda olan bütün paylaşımları götürüb başqa yerdə paylaşa bilərsiniz.

Photo unavailableShow in Telegram
📌 Bu da mühüm bir faydadır. Salam vermək ən gözəl əməllərdən sayılır. Amma bəzən salam vermək qarşı tərəf üçün həmin anda sıxıntı yarada bilir. Xüsusilə də bir ibadətə yönəlmiş insana salam vermək həmin an onun fikrini dağıdır və ibadətdən yayındır. Məsələn kimsə Qur'an oxuyursa, cümə vaxtı xütbəyə qulaq asırsa o əsnada onlara salam vermə. https://t.me/xeyirinacari
Show all...
#Tarixdə_bu_gün 16 sentyabr 1931 ci il. 📌 Ömər Muxatrın (rahiməhullah) şəhadəti. Tam 93 il bundan öncə, 16 sentyabr 1931 ci ildə Libya mücahidlərinin komandiri çöl aslanın Ömər Muxtar işğalçı italiyalılar tərəfindən edam edildi. Ömər Muxtar 20 il boyunca İtaliya işğalına qarşı tam 263 savaş keçirdi. 1931 ci ildə 73 yaşında cihad etmiş bir mücahid olaraq şəhid edildi. Allahu təalə şəhadətini qəbul etsin. https://t.me/xeyirinacari
Show all...
Photo unavailableShow in Telegram
⛔️İçkinin murdarlığını onun zərərlərinin çoxluğuna və ağlı örtməsinə görədir. Onun günahların anası olmasına səbəb isə içki içən insanın başqa günahları asanlıqla etdiyi üçündür. Həqiqətən insan diqqət yetirsə görər ki, böyük cinayətlərin və fuhuşların əksəriyyətini insanlar içkili olduğu halda edirlər. İçkinin haram olması və onun edənin məzəmmət olunması haqqında şəriətdə çoxlu qorxuducu dəlillər varid olub. Bir hədisdə Rasulullah ﷺ buyurmuşdur: "İçki düşkünü kəs bütə ibadət edən kimdir". (Səhih ibn Macə 2720) Başqa hədisdə də : "İçki aludəçisi cənnətə girməz" deyilir (Səhih ibn Macə 2721). https://t.me/xeyirinacari
Show all...
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.