cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Əcəbsəndəl

Oxuduqlarımdan ibarət raqu

Show more
Advertising posts
770
Subscribers
No data24 hours
No data7 days
No data30 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Yaxşı müsahibədir
Show all...
Repost from Mashalli
"If minimum wage workers pay the cost of sanctions, indeed you have a problem" ("Əgər sanksiyaların dəyəri minimal əməkhaqqı alan işçilərin çiyinlərinə düşürsə, deməli sizdə problem var") - bu yaxınlarda "Novaya Gazeta. Europe" Toma Pikettidən indi baş verən hadisələr ilə bağlı müsahibə gotürüb (ingilisrus). Bəzi fikirləri çıxmaq şərti ilə (misal üçün, özü qeyd edir ki, Qərb ölkələri riyakardır, özü də sonra deyir ki, "I think when Western countries look at this 10-20 years from now, they will feel very ashamed of how little has been done". Riyakarda birdən birə vicdan oyanır? Multfilmlərdə bu olur, amma kapitalistik cəmiyyətdə...) tamamilə razılaşmaq olar. Əvvələ çıxardığım fikrə dair mən də bir neçə dəfə yazmışam. Avropada maraqlı bir vəziyyət yaranıb. Qiymət artır, amma hökumətlər müxtəlif spekulyasiyaların qarşısını almaq yerinə dövlət büdcəsi hesabına vətəndaşlara əlavə ödəmələr edir. Düzdür, vətəndaş nöqteyi-nəzərindən bu yaxşı addımdır - qiymət artır və hökumət dəstək göstərir. Reallıqda əgər dövlət özünü xüsusi subyekt hesab etsə idi, o inzibati üsullardan istifadə edib müvafiq enerji resursların qiymətini tənzimləyərdi (bir dəfə bu barədə yazmışam, enerji istehsalında maya dəyəri ciddi artmayıb. Nəticə etibarilə enerji şirkətləri rekord mənfəətlər əldə edirlər) və qiymət artımının qarşısını alardı. İndi isə faktiki dövlət büdcəsinin vəsaitləri (yəni əsasən siravi vətəndaşlardan toplanmış vergilər) müxtəlif sahibkarların ciblərinə axır (vətəndaşlara verilən əlavə ödəmələr vasitəsilə). Bir tərəfdən bunu "sosial siyasət" adlandırırlar. Amma reallıqda sadəcə bir qrup sahibkarın qazancının artması deməkdir. Dövriyyədə boş pulların həcmi (maya dəyəri ki, artmır) artdıqca pul kanalları dolur və nəticə etibarilə inflyasiya artır (Piketti də qeyd edir ki, "It’s good to print money to solve the problem in the middle of an emergency" (fövqəladə vəziyyətin ortasında pul çap etmək problemi həll etmək cəhətindən yaxşı üsuldur"), amma həll yolu deyil). Bu da problemlərin daha da dərinləşməsinə səbəb olur..
Show all...
Berlin konfransı. 17 iyul-02 avqust 1945-ci il Hökümət başçılarının ikinci iclasından qeydlər. 18 iyul 1945-ci il. 16:18 Çörçill: Mən bir məsələni qaldırmaq istəyirəm. Fikir vermişəm ki, burada “Almaniya” sözü işlədilir. “Almaniya” indi nə deməkdir? Müharibədən əvvəlki mənada başa düşmək olarmı? Trümen: Sovet deleqasiyası bu sualı necə başa düşür? Stalin: Almaniya müharibədən sonra nədirsə, odur. Başqa Almaniya indi yoxdur. Mən belə başa düşürəm. Trümen: 1937-ci ildə mövcud olmuş Almaniya haqqında danışmaq olarmı? Stalin: 1945-ci ildə necədirsə elədir Trümen: 1945-ci ildə o hər şeyini itirdi. Faktiki olaraq Almaniya indi mövcud deyil. Stalin: Almaniya, necə deyərlər, coğrafi anlayışdır. Hələlik belə başa düşək. Müharibənin nəticələrini inkar etmək olmaz. Trümen: Bəli, amma “Almaniya” anlayışına hansısa açıqlama verilməlidir. Mən güman edirəm ki, 1886-cı ilin və ya 1937-ci ilin Almaniyası indi olan, 1945-ci ilin Almaniyası deyil. Stalin: o müharibə nəticəsində dəyişmişdir, biz onu belə qəbul edirik. Trümen: mən bununla razıyam, amma yenə də, “Almaniya” anlayışı açıqlanmalıdır. Stalin: Məsələn, Çexoslovakiyanın Sudet ərazisində alman administrasiyası olacaqmı? Almanlar ordan çexləri qovmuşdular. Trümen: Bəlkə biz Almaniya haqda danışarkən müharibədən əvvəlki, 1937-ci ildə olan Almaniyanı nəzərdə tutaq? Stalin: Formal olaraq belə başa düşmək olar, amma mahiyyət üzrə belə deyil. Əgər Köniqsberqdə alman administrasiyası peyda olarsa, biz onu qovacağıq, mütləq qovacağıq. 
Show all...
Photo unavailableShow in Telegram
Və masanın üzərində almalar... Taleyin ironiyası: Gəncə və Dnepr qardaşlaşmış şəhərlərdir. 2005-ci ildən. https://azerbaijan.mfa.gov.ua/az/ekonomichne-spivrobitnictvo/ukrayna-ve-azerbaycan-respublikasinin-regionlari-arasinda-emekdasliq
Show all...
00:37
Video unavailableShow in Telegram
Ukrayna azərbaycanlılarının yeni il təbriki
Show all...
11.67 MB
Leninin tapşırığı ilə Maksim Qorki 1906-da ABŞ-a gəlir, məqsəd də amerikan cəmiyyətindən Rusiya inqilabına maddi və mənəvi dəstək almaqdır. Əvvəlcə işlər super gedir, hətta Mark Tven kampaniyaya qoşulur. Sonra birdən məlum olur ki, sən demə Qorkinin yanındakı qadın onun rəsmi həyat yoldaşı deyilmiş, yumşaq desək, başqa qadındır. Skandal qopur, özü də nə skandal. Nyu York Taymsda hətta bir məqalə də var, immiqrasiya üzrə kommissardan soruşurlar ki, bu əxlaqsızlığa görə Qorkini Amerikadan deportasiya edə bilərsizmi, o məmur da cavab verir ki, sən allah məni qatmayın, nazir Metkalfa müraciət edin.
Show all...
01:02
Video unavailableShow in Telegram
Bu da ABŞın müvəqqəti işlər vəkilinin təbriki
Show all...
6.46 MB
01:51
Video unavailableShow in Telegram
Britaniya səfiri təbrik edir
Show all...
8.91 MB
37:06
Video unavailableShow in Telegram
Bahmut
Show all...
167.16 MB
Photo unavailableShow in Telegram
Herman Hesse: "Bir eşq var, bir güc var, bir xilas var, bir xoşbəxtlik var. Bunların çoxunu sizə ancaq bir pişik verə bilər".
Show all...
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.