cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Məsumlar_14 Official

Məqsədimiz dini yaymaqdır, İnstagram səyfəmiz👇 https://instagram.com/mesumlar_14.official YouTube kanalımız👇 https://www.youtube.com/@Mesumlar_14

Show more
Advertising posts
808
Subscribers
-124 hours
-167 days
+2130 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Əzizlər bu kanal fəaliyətini dayandirir artiq yeni kanal budur linkə qoşulub paylaşimlari ordan izləyə bilərsiz👇👇👇👇👇👇👇 https://t.me/Mesumlar_313
Show all...
Məsumlar_14 Official

Məqsədimiz dini yaymaqdır, İnstagram səyfəmiz👇

https://instagram.com/mesumlar_14.official

YouTube kanalımız👇

https://www.youtube.com/@Mesumlar_14

🕊 2
Bəсilə qəbiləsinin arasında gələn Abdullah ibn Huseyn Əzdi uсa səslə belə fəryad etdi: “Ey Hüseyn! Sanki təmiz və zülal (kimi olan) səmaya bənzəyən bu suya baxmırsan? Allaha and olsun ki, sən susuz ölənə kimi bu sudan bir damсı da olsun dadmayaсaqsan!” İmam Hüseyn (ə) dedi: “Pərvərdigara! Onu ağzı susuz olan halda öldür və onu heç vaxt bağışlama!” Həmid ibn Müslim deyir: “Allaha and olsun! Mən Kərbəla hadisəsindən sonra xəstələnəndə, ona baş çəkdim. Ondan başqa pərəstişə layiq olmayan Allaha and olsun! Gördüm ki, su içirdi və qarnı dolurdu.Sonra çevirirdilər və o, fəryad edirdi: “Susuzam, susuzam!” O, yenidən su içər və qarnı dolardı. Sonra çevirərdilər və (o, fəryad edib) susuzluqdan yanardı. Bu vəziyyətində onun сanı çıxdı. (Əl-İrşad, səh 342-343.) #Paylaşaq
Show all...
176-cı xütbə Azeri İmam Əli əleyhis-salamın (xalqa öyüd-nəsihət verdiyi və Qur’ani-Kərimin fəzilətləri barəsindəki) xütbələrindəndir (ki, onu öz xilafətinin əvvəllərində buyurub). Azeri Allahın (Qur’ani-Kərimdəki dünya və axirət barəsindəki) söhbətindən faydalanın (ki, o, fayda və mənfəətlərin ən yaxşısıdır). Allahın (Həzrət Peyğəmbərin dili ilə olan) öyüdlərindən bəhrələnin (ki, nicat tapasınız). Allahın nəsihətini qəbul edin (ki, əzabın çətinliklərindən qurtulasınız). Çünki Allah (hamıya) aşkar olan dəlillərlə sizə (günahkarlarınıza görə) əzab vermək üçün bəhanə yeri qoymayıb (onlar «biz bilmirdik, bizə nə üçün əzab verirsən?»deyə bilməyəcəklər) və (bütün) dəlilləri sizə çatdıraraq tamamlayıb. [1] Həmçinin əməllərdən hansını sevdiyini (yerinə yetirilməsini əmr etdiyini) və pis hesab etdiyini (yerinə yetirilməsini qadağan etdiyini Qur’ani-Kərimdə və Həzrət Peyğəmbərin sünnəsində) sizin üçün bəyan edib ki, Onun sevdiyinə tabe olub pis hesab etdiyindən uzaqlaşasınız. Çünki Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) buyurardı ki: «Cənnət çətinliklərə (narahatçılıq və əziyyətlərə dözmək, itaətdə səbrli olmaq və günahlardan çəkinməyə), od isə (nəfsi) istəklərə (və günah və itaətsizliklərə) bürünüb.» Azeri Bilin ki, Allahın itaəti olan şeylərin hər birinin yerinə yetirilməsi (insana) ağır gəlir və Allaha itaətsizlik olan hər bir şey meyl və istəyə müvafiqdir. (Çünki nəfsin şəhvət qüvvəsinə tabe olması ağıl qüvvəsinə tabeçiliyindən çoxdur.) Buna görə də Allah o şəxsi bağışlasın ki, şəhvəti özündən uzaqlaşdıraraq nəfsin istək və arzularına tabe olmur. Çünki nəfs, (şəhvətpərəstliyinin) cilovlanması ən çətin şeydir və o, həmişə istək və arzuları nəticəsində itaətsizliyə meyllidir. Azeri Ey Allahın bəndələri, bilin ki, mömin öz nəfsinə qarşı bədbin olmayınca, ona həmişə nöqsan tutmayınca və ondan yerinə yetirdiyindən (ibadət və bəndəlikdən) daha artıq tələb etməyincə gecəni səhər etməz və səhərini axşama çatdırmaz. (Odur ki, nəfs möminə hakim ola və onu aldada bilmir.) Belə isə (Allahın rəhmətinə qovuşmaqda) sizdən qabağa düşmüş və önünüzdən keçmiş o kəslər kimi olun ki, dünyadan çadırlarını köçən adamın öz çadırını sökməsi kimi sökdülər və onu (onun yaşayış müddətini) mənzillərin qət edilməsi kimi sona çatdırdılar (dünyaya və onun malına qətiyyən bağlılıqları olmadı). Azeri Bilin ki, bu Qur’an (düz yola istiqamətləndirməsində) xəyanət etməyən öyüdverən, azdırmayan bələdçi və (söhbətində) yalan deməyən natiqdir. Bu Qur’anla oturan (onu oxuyaraq barəsində fikrə dalıb düşünən) elə bir kəs yoxdur ki, onun yanından duranda hidayət və qurtuluşu artmamış və ya korluq və azğınlığı azalmamış olsun. Heç kəs Qur’andan (onu öyrənəndən, mənalarında düşünəndən və hökmlərinə əməl edəndən) sonra (öz dünya və axirəti üçün bir şey öyrənməyə) möhtac olmaz. Və (həmçinin) heç kəs Qur’andan (onunla tanış olandan) qabaq (öz xeyir və ziyan yolunu müxtəlif elm və kitablar vasitəsi ilə tapacağını güman edib ondan) ehtiyacsız olmaz. Buna görə də (zahiri və batini, ruhi və cismani) xəstəlik və dərdlərinizin sağalmasını ondan istəyin və çətinliklərdə,bəlalara məruz qalanda ondan kömək diləyin. Çünki Qur’anda ən böyük xəstəlik olan küfr, nifaq (ikiüzlülük), həlakət və azğınlıq üçün şəfa və əlac mövcuddur. Odur ki, onun vasitəsi ilə (Qur’ana tabe olmaqla şəfanı) Allahdan istəyin və onu sevməklə (Qur’ana əməl etməklə) Allaha üz tutun. Onu (Allahın) bəndələrindən bir şey istəmək vasitəsi etməyin. Çünki bəndələr Qur’an kimi heç bir şeylə Allaha üz tutmayıblar. (Allahdan bir şey istəmək və Ona yaxınlaşmaq üçün Qur’anı ən yaxşı vasitə hesab ediblər.) Azeri Bilin ki, Qur’an (qiyamətdə) şəfaəti qəbul ediləcək şəfaətçi və sözü təsdiq ediləcək doğruçudur. Qur’an qiyamət günü kimə şəfaət etsə (kimin söz və əməlinin doğruluğuna şəhadət versə), onun həmin şəxs barəsindəki şəfaəti qəbul olunar. Həmçinin Qur’an qiyamət günü (eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın hüzurunda) kimi çirkin və nalayiq bilsə (küfr, ikiüzlülük, pis davranış və şəhvətpərəstliyi barəsində şəhadət versə), sözü həmin şəxsin ziyanına təsdiqlənər. #NəhcülBəlağə
Show all...
01:06
Video unavailableShow in Telegram
Muxtar Səqəfi kimdir #SeyyidElman
Show all...
6.19 MB
👍 2
Photo unavailableShow in Telegram
#İmamMəhdi
Show all...
00:42
Video unavailableShow in Telegram
Bismillahsız kəsilən heyvanən ətini yemək olarmı #ŞəriətHökümü
Show all...
3.69 MB
جوان اوغول روضه سی 1403.mp319.99 MB
مداح : بهنام تخت مینا تبریزی
Show all...
جوان قیز روضه سی 1403.mp321.04 MB
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.