cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəsmi kanalı - https://smb.gov.az - https://twitter.com/smbgovaz - https://facebook.com/smb.gov.az - https://instagram.com/smb.gov.az - https://linkedin.com/company/kobia

Show more
Advertising posts
2 956
Subscribers
-224 hours
-107 days
-2130 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Photo unavailableShow in Telegram
Sahibkarların KOB evlərinə müraciətləri və marağı artır Sahibkarların fəaliyyətinin müxtəlif dövrlərində dəstək və xidmətlərə ehtiyacı yaranır. Biznesə göstərilən dövlət xidmətlərinin yaxşılaşdırılması, bu xidmətlərə asan və rahat çıxışın təmin olunması, sahibkar məmnunluğunun artırılması məqsədilə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturunda KOB evləri yaradılıb. KOB evlərində xidmətlərin vahid məkanda təqdim ediməsi sahibkarın vaxtına qənaet edir, əməliyyat xərclərini azaldır. Xidmətlərin şəffaf və operativ təşkili sahibkar məmnunluğunu artırır, xidmət səviyyəsini ölçüləbilən edir. Bu ilin ötən dövründə Bakı, Xaçmaz və Yevlax şəhərlərində fəaliyyət göstərən KOB evlərində sahibkarlara ümumilikdə 300 minə yaxın xidmət göstərilib. Bu xidmətlərin 268 minə yaxını dövlət qurumları, 32 mindən çoxu isə özəl qurumlar tərəfindən göstərilən xidmətlərdir. Ətraflı - https://bit.ly/3ZuEBo8
Show all...
Photo unavailableShow in Telegram
Azərbaycan Ticarət Forumu keçiriləcək Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının birgə təşkilatçılığı, “PAŞA Holding”in dəstəyi ilə oktyabrın 1-də Azərbaycan Ticarət Forumu keçiriləcək. “KOB-lar üçün imkanlar, mövcud vəziyyət və çağırışlar” mövzusuna həsr olunacaq forumun məqsədi sahibkarların iştirakı ilə idxal-ixrac əməliyyatları ilə bağlı mövcud vəziyyəti və imkanları, onların ixracda payının artırılmasını və ticarət sahəsində əməkdaşlıq perspektivlərini müzakirə etməkdir. Forumda dövlət rəsmilərinin, idxal-ixrac, istehsalat, logistika, gömrük təmsilçiliyi və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələrinin iştirakı nəzərdə tutulur. Azərbaycan Ticarət Forumu ilə bağlı ətraflı məlumat və qeydiyyatdan keçmək üçün: https://forum2024.agtl.org.az/#form
Show all...
Photo unavailableShow in Telegram
Növbəti “KOB FEST” sərgi-satış yarmarkası Naxçıvanda keçiriləcək Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə növbəti “KOB FEST” sərgi-satış yarmarkası Naxçıvanda keçiriləcək. 4-6 oktyabr tarixlərində təşkil olunacaq yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən Naxçıvan şəhərindən və ətraf rayonlardan olan KOB subyektləri sentyabrın 26-dək Agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər: https://smb.gov.az/az/nav/sergilerde-istiraka-destek (“İştirak etmək istədiyiniz tədbir” bölümündə “KOB Fest – Naxçıvan” qeyd olunmalıdır). KOB-ların yarmarkada iştirak etməsi üçün ödəniş nəzərdə tutulmur. “KOB FEST” sərgi-satış yarmarkasının məqsədi KOB subyektlərinin istehsal etdiyi məhsul və xidmətləri tanıtmaq və onların satış imkanlarını genişləndirməkdir. Yarmarka çərçivəsində mədəni-əyləncəli proqram və master klasslar da təşkil olunacaqdır.
Show all...
Photo unavailableShow in Telegram
KOB-ların təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi ilə bağlı 6-cı qrant müsabiqəsi elan edilir Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) KOB-ların təhsil, elm, tədqiqat və dəstək istiqamətləri üzrə layihələrinin maliyyələşdirilməsi məqsədilə 6-cı qrant müsabiqəsi elan edir. Qalib layihələrin hər birinə 20 min manata qədər qrant ayrılacaq. Müsabiqəyə sənədlərin qəbulu 24 sentyabr 2024-cü il tarixindən başlanılacaqdır. Ətraflı - https://bit.ly/4d9uTdZ
Show all...
Azərbaycan - İraq Biznes Şurası yaradılır Azərbaycan və İraqın işgüzar dairələri arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Azərbaycan-İraq Biznes Şurası yaradılır. Bununla bağlı Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İraq Ticarət Palataları Federasiyası arasında sənəd imzalanıb. Bakıda keçirilən Azərbaycan-İraq biznes forumu çərçivəsində sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və İraq Ticarət Palatalar Federasiyasının prezidenti Abdulrazaq Al-Zuheyri imzalayıblar. Hər iki ölkədən biznes nümayəndələrinin təmsil olunacağı Biznes Şura sahibkarların təşəbbüslərini dəstəkləyəcək, onlar arasında birbaşa əlaqələrin qurulmasına, qarşılıqlı səfərlərin, görüşlərin və müxtəlif tədbirlərin təşkilinə kömək edəcək, iş adamları arasında informasiya mübadiləsini həyata keçirəcəkdir.
Show all...
Azərbaycanda 170-ə yaxın İraq şirkəti fəaliyyət göstərir Bu gün Azərbaycanda müxtəlif sektorlar üzrə 170-ə yaxın İraq şirkəti fəaliyyət göstərir. Bunu Azərbaycan-İraq biznes forumunda çıxış edərkən iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Nazirin sözlərinə görə,  Azərbaycan şirkətlərinin də İraqda fəaliyyəti üçün geniş potensial mövcuddur. Azərbaycan şirkətləri İraqda böyük infrastruktur layihələrində podratçı qismində iştirak edib və hazırda bu ölkədə inşaat, enerji və su təchizatı, yol və körpülərin tikintisinə tələbin mövcudluğu yerli şirkətlərimiz üçün yeni imkanlar açır. M.Cabbarov bildirib ki, ikitərəfli iqtisadi, xüsusilə də ticarət və investisiya əlaqələrinin möhkəmlənməsi üçün KOB-lar arasında qarşılıqlı təmasları artırmaq vacibdir. Yaradılacaq Azərbaycan-İraq Biznes Şurası KOB-lararası işbirliyinin daha da artırılmasında faydalı olacaq. ("Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı)
Show all...
02:07
Video unavailableShow in Telegram
Masallı rayonu. 13-15 sentyabr 2024-cü il. "KOB FEST" sərgi-satış yarmarkası.
Show all...
IMG_5430 (1).MP4230.72 MB
Photo unavailableShow in Telegram
Ekoloji, Sosial və Korporativ İdarəetmə (ESG) üzrə vahid rəqəmsal platforma konsepsiyasının təqdimatı keçiriləcək Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun “Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları” üzrə alt-qrupunun fəaliyyəti çərçivəsində 20 sentyabr 2024-cü il tarixində saat 14:30-da “Bakı KOB evi”ndə tədbir təşkil olunacaq.  Tədbirdə ESG üzrə vahid rəqəmsal platforma konsepsiyasının təqdimatı keçiriləcək, platformanın yaradılmasından irəli gələn məsələlər müzakirə ediləcək, ESG üzrə beynəlxalq ekspertlərin təklif və tövsiyələri dinləniləcək. Həmçinin, altqrupun üzvləri ilə birgə konsepsiyanın layihə icra formatı üzrə fikir mübadiləsi aparılacaqdır. İclasda altqrupa üzv olan dövlət orqanlarının, eləcə də yerli və beynəlxalq özəl şirkət və təşkilatların məsul şəxsləri iştirak edəcəkdir.
Show all...
00:58
Video unavailableShow in Telegram
Məmnuniyyətlə elan edirik ki, 2024-cü ilin 8-9 oktyabr tarixlərində Bakıda ilk dəfə olaraq Azərbaycan Halal Biznes Forumu (AZHAB Forum) keçiriləcəkdir. We are proud to announce that Azerbaijan will host an inaugural Azerbaijan Halal Business Forum (AZHAB Forum), on October 8-9, 2024 in Baku.
Show all...
AzHab mp4.mp497.92 MB
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.