cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Maliyyə sektorunda vakansiyalar

Banklarda, BOKT-larda, Sığorta, Lizinq, İnvestisiya və digər maliyyə şirkətlərində vakaniyalar

Show more
Advertising posts
2 193
Subscribers
+824 hours
+667 days
+25630 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Bank BTB-yə əməkdaşlar axtarılır Peşəkar və dinamik komandamıza qoşulun! Sizə uyğun vəzifənin adını qeyd edib CV-nizi (Azərbaycan dilində) [email protected] e-mail adresinə göndərə bilərsiniz. Aktiv vakansiyalar: 1. Komplayens şöbəsinin Kiçik mütəxəssis / Mütəxəssis / Aparıcı mütəxəssisi Ətraflı ⬇️ https://www.btb.az/az/vacancy/komplayens-soebesinin-kicik-muetexessis-muetexessis-aparici-muetexessisi-bas-muetexessisi-66 2. “Gənclik-1” şöbəsi, Müştəri xidmətləri şöbəsinin Baş mütəxəssisi / Aparıcı mütəxəssisi / Mütəxəssisi / Kiçik mütəxəssisi Ətraflı ⬇️ https://www.btb.az/az/vacancy/genclik-1-soebesi-muesteri-xidmetleri-soebesinin-bas-muetexessisi-aparici-muetexessisi-muetexessisi-kicik-muetexessisi-67 3. “Sumqayıt” filialı, Xəzinə şöbəsi, Kiçik mütəxəssis-xəzinədar /mütəxəssis-xəzinədar/aparıcı mütəxəssis-xəzinədar/ baş mütəxəssis-xəzinədar Ətraflı ⬇️ https://www.btb.az/az/vacancy/sumqayit-filiali-xezine-soebesi-kicik-muetexessis-xezinedar-muetexessis-xezinedar-aparici-muetexessis-xezinedar-bas-muetexessis-xezinedar-65 4. İstehlak kreditləri bölməsinin təcrübəçisi Ətraflı ⬇️ https://www.btb.az/az/vacancy/istehlak-kreditleri-boelmesinin-tecruebecisi-64 5. Maliyyə departamentinin Maliyyə hesabatlığı şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi Ətraflı ⬇️ https://www.btb.az/az/vacancy/maliyye-departamentinin-maliyye-hesabatligi-soebesinin-muetexessisi-aparici-muetexessisi-58 6. Hüquqi dəstək şöbəsinin mütəxəssisi Ətraflı ⬇️ https://www.btb.az/az/vacancy/huequqi-destek-soebesinin-muetexessisi-60 7. “Əcəmi” filialı, Müştəri xidmətləri şöbəsinin Baş mütəxəssisi / Aparıcı mütəxəssisi / Mütəxəssisi / Kiçik mütəxəssisi Ətraflı ⬇️https://www.btb.az/az/vacancy/ecemi-filiali-muesteri-xidmetleri-soebesinin-bas-muetexessisi-aparici-muetexessisi-muetexessisi-kicik-muetexessisi-59 8. Müştəri xidmətləri departamenti, Pərakəndə bankçılıq şöbəsi, İstehlak kreditləri bölməsi, Aparıcı mütəxəssis Ətraflı ⬇️ https://www.btb.az/az/vacancy/perakende-bankciliq-soebesi-istehlak-kreditleri-boelmesi-aparici-muetexessis-54 9. İstehlak kreditləri şöbəsi üzrə Kiçik mütəxəssis/Aparıcı mütəxəssis/Baş mütəxəssis Ətraflı ⬇️ https://www.btb.az/az/vacancy/istehlak-kreditleri-soebesi-uezre-kicik-muetexessis-aparici-muetexessis-bas-muetexessis-51 10. Xəzinədarlıq departamenti, Dilinq şöbəsi, Kiçik mütəxəssis/mütəxəssis Ətraflı ⬇️ https://www.btb.az/az/vacancy/xezinedarliq-departamenti-dilinq-soebesi-kicik-muetexessis-49 11. “Əcəmi” filialı, Korporativ Bankçılıq şöbəsi, Kiçik mütəxəssis/Mütəxəssis/Aparıcı mütəxəssis Ətraflı ⬇️ https://www.btb.az/az/vacancy/ecemi-filiali-korporativ-bankciliq-soebesi-kicik-muetexessis-muetexessis-aparici-muetexessis-50 12. Risklərin idarə edilməsi departamenti, Kreditlərə nəzarət şöbəsi, Kreditlərin monitorinqi bölməsinin Mütəxəssisi və ya Aparıcı mütəxəssisi Ətraflı ⬇️ https://www.btb.az/az/vacancy/risklerin-idare-edilmesi-departamenti-kreditlere-nezaret-soebesi-kreditlerin-monitorinqi-boelmesinin-muetexessisi-ve-ya-aparici-muetexessisi-46 13. “Həzi Aslanov” filialı, Korporativ Bankçılıq şöbəsi, Mikrokreditlər bölməsi, KOB üzrə mütəxəssis Ətraflı ⬇️ https://www.btb.az/az/vacancy/hezi-aslanov-filiali-korporativ-bankciliq-soebesi-mikrokreditler-boemesi-kob-uezre-muetexessis-43
Show all...
KREDİT MÜTƏXƏSSİSİ tələb olunur “International BOKT” ASC Bakı filialları (Əcəmi, İnşaatçılar, Binəqədi, Bakıxanov, Əhmədli, Gənclik, Qarayev, Sumqayıt, Xırdalan) və region filialları (Ağcabədi, Gəncə, Beyləqan, Bərdə, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Astara, Goranboy, Göyçay, İmişli, Mingəçevir, Qazax, Sabirabad, Şirvan, Salyan, Şəmkir, Tovuz, Tərtər, Yevlax, Quba, Xaçmaz) üzrə Kredit mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. Əgər karyeranızı kredit mütəxəssisi sahəsində qurmaq və bu istiqamətdə bilik və bacarıqlarınızı inkişaf etdirmək istəyirsinizsə, sizi peşəkar komandamıza qoşulmağa dəvət edirik. Vəzifə öhdəlikləri: - Aktiv satış təbliğatını aparmaq və yeni potensial müştəriləri cəlb etmək - Kredit portfelinin keyfiyyətinə nəzarət etmək və müştərilərlə mütəmadi əlaqə saxlamaq - Müştərilərə operativ və keyfiyyətli xidmət göstərmək, daxil olan tələb və şikayətləri araşdırmaq - Kredit müraciətlərinin vaxtında icra olunmasını və lazımi sənədlərin düzgün tərtib edilməsini təmin etmək İş qrafiki: - Bazar ertəsi – Cümə: 09:00 – 18:00 - Əməkhaqqı: 400-800 AZN Namizədə tələblər: - Ali və ya orta ixtisas təhsili - Fərdi və komanda ilə işləmə bacarığı - Yüksək ünsiyyətqurma və müştərilərlə işləmə bacarığı - Microsoft Office proqramlarında (Word, Excel) işləmə qabiliyyəti Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini [email protected] elektron ünvanına, Mövzu hissəsində Kredit mütəxəssisi qeyd etməklə göndərmələri xahiş olunur. İnternational BOKT
Show all...
Data Analitik tələb olunur İşəgötürən: İndi Market Tələblər • Data Elmləri (Data Science), Statistika, Biznes, İqtisadiyyat və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi • Data analitiki və ya məhsul analitiki vəzifəsində minimum 2-3 illik iş təcrübəsi • SQL və data analitikasına dair proqramlaşdırma dilləri (Python) üzrə yüksək biliklər • Analitik alətlərlə (məsələn,Tableau, Power BI və ya Looker) üzrə təcrübə Vəzifə öhdəliyi • Məhsulun performansı, istifadəçi davranışı və bazar tendensiyaları haqqında faydalı anlayışları təmin edən ətraflı hesabatların və panellərin (dashboard) yaradılması; • Məhsul menecerləri, mühəndislər, marketoloqlar və satış qrupları ilə onların data ehtiyaclarının anlaması və məhsul strategiyasını idarə edən anlayışların təmin edilməsi üçün sıx əməkdaşlıq edilməsi; • Məhsulun təkmilləşdirilməsi, funksionallığın artırılması və strateji təşəbbüslər üçün data əsaslı tövsiyələrin verilməsi; • Nəticələrin hazırlanması və menecerlər də daxil olmaqla maraqlı tərəflərə təqdim edilməsi və s. İş barəsində • 5 günlük ( 09:00-18:00 ) iş qrafiki • Əmək haqqı müsahibə əsnasında təyin olunur • İş yeri - Yasamal rayonu , İzmir 5A. İzmir Plaza "Data Analitik " qeyd edib Cv’nizi [email protected] poçt ünvanına yönləndirərdiniz.
Show all...
Biznesə dəstək üzrə mütəxəssis tələb olunur İşəgötürən: Golden Pay Vakansiyanın tələbləri: Təhsil: Ali; İş təcrübəsi: müvafiq sahə üzrə 3 il; Azərbaycan dili: səlis; Sql, mysql, MobaXterm, Jira, SoapUİ, GitLab postgresql və s. üzrə biliklər; Java, python üzrə biliklər arzuolunandır; Kollektivdə işləmək bacarığı. Vəzifə öhdəlikləri: Xidmətlərin qoşulması; Agentlərin qoşulması; Agentlərə texniki dəstək; Şirkətin bütün departamentlərinə texniki dəstək; Qoşulan xidmətlərə texniki dəstək; Şirkətin müxtəlif layihələr üzrə tərəfdaşlarından gələn biznesin dəstəklənməsi sahəsinə aid tələbləri müvafiq qaydada icra etmək; Şirkətin digər strukturlarından gələn tələblər əsasında məlumat bazasında təhlillər aparmaq, hesabatlar hazırlamaq. İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək. Müraciət etmək üçün, CV-nizi [email protected] email adresinə vakansiyanın adını "Biznesə dəstək üzrə mütəxəssis" qeyd etməklə göndərməyinizi xahiş edirik. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. Son müraciət tarixi: 30.09.2024
Show all...
1
Repost from Qadın işləri
“Güvənli MMC” kredit təşkilatı Məlumat mərkəzi mütəxəssisi vəzifəsi üzrə işçi qəbulu elan edir İş haqqında məlumat : Müştərilərdən daxil olan telefon zənglərinə cavab vermək; Müştərilərə kredit məhsullarımız barədə ətraflı məlumat vermək; Müştəri şikayətlərinə baxılması, müştəri məmnuniyyətini təmin etmək üçün lazımi tədbirlərin həyata keçirilməsi; İş qrafiki: 1-5-ci günlər saat 09:00-dan 18:00-dək, şənbə günü 10:00-dan 16:00-dək. Əmək haqqı : artan əmək haqqı+bonus Tələblər : (Xanim namizedler) Zəngləri müsbət enerji ilə cavablandırmaq ,telefonda ünsiyyət bacarığı; Özünə inam, diqqətli və səbrli olmaq, eynilikdən qaçmaq, tənqidləri qəbul etmək; Müsbətə fokuslanmaq, işini və müştəriləri sevmək; Dissiplin və subardinasiya qaydalarına riayyət etmək, məsuliyyətli olmaq Komandada işləmək bacarığı; Kompüter bilikləri: MS Office proqramları, komputerdə çevik işləmək bacarığı; Səs tonu önəmlidir (Özünə güvən), savadlı nitq və gözəl düzgün diksiya; Mükəmməl kommunikasiya qabiliyyəti, mülayim və xoşməramlı olmaq; Satışa meyli, telefonla satış etmə bacarığı; Zəng edən bütün müştərilərə xüsusi yanaşma və təmkinli davranış. Qeyd olunan tələblərə uyğun namizədlər CVlərini [email protected] elektron ünvanına “Məlumat mərkəzi mütəxəssisi ” qeyd etməklə göndərə bilərlər. Əlaqə nömrəsi:(+994) 51 201 50 68
Show all...
Photo unavailableShow in Telegram
TANINMIŞ MAĞAZALARA İŞÇİLƏR TƏLƏB OLUNUR - ÜNVANA GET İŞƏ SAHİB OL Sinteks Şirkətlər Qrupuna daxil olan SSI Retail şirkəti 18.09.2024 tarixində saat14:00 - 18:00 -dək "AÇIQ QAPI VƏ İŞƏ QƏBUL" günü keçirəcək. Ünvan: Next Gənclik Mall Mağazalar: Mango, Next, New Yorker, Terranova, Calliope, Oxxo Aktiv vakansiyalar: 1. Nəzarətçi 2. Satış Təmsilçisi 3. Xəzinədar 4. Anbardar 5. Xadimə Sizə uyğun vəzifənin adını qeyd edib (050 235 35 73) whatsapp nömrəsinə müraciət edə bilərsiniz. (050) 235 35 73
Show all...
Azərbaycan Universitetinə müəllimlər tələb olunur Azərbaycan Universitetində aşağıda adları qeyd edilmiş fənləri (yaz və payız semestri üzrə - Azərbaycan bölməsində) tədris edə biləcək təcrübəli müəllim tələb olunur 1. Layihələrin idarə edilməsi 2. Biznes layihələrinin idarə edilməsi 3. İnnovasiya menecmenti 4. Menecment Namizədə əsas tələblər: 1. Minimum magistr dərəcəsi (Elmi dərəcənin olması üstünlükdür) 2. Müvafiq sahə üzrə pedaqoji təcrübə (mütləq şərtdir) Uyğun namizdələr CV-lərini [email protected] email ünvanına göndərərək müraciət edə bilərlər. Qeyd edim ki, vakansiya qısa müddətdə bağlanacaq.
Show all...
Kassir tələb olunur İşəgötürən: AFB Bank NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: Ali təhsil; Bank və ya bank olmayan kredit təşkilatında 1 il iş təcrübəsi; Azərbaycan dilində sərbəst danışıq bacarığı , ingilis və rus dilini bilmək arzu olunandır; Ünsiyyət qurmaq və komandada işləmək bacarığı; MS Office proqramlarında işləmək bacarığı; İntensiv rejimdə işləmək bacarığı; Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti. İŞİN TƏSVİRİ: Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək; Nağd pul və kassa sənədlərinin vaxtında təhvil-təslim edilməsini təmin etmək; Qaydalara uyğun valyuta mübadiləsini həyata keçirmək; Dövriyyəyə yararsız pul əskinazlarının qəbul edilməsini və dəyişdirilməsini həyata keçirmək; Bank kartları üzrə məxaric əməliyyatlarını aparmaq; Müştərilərə çek kitabçalarını vermək; Filialda nağd pul və digər qiymətlilərin gündəlik uçotunu və hesabatını aparmaq. İş qrafiki: 09:00 - 17:00 (Bazar ertəsi – Şənbə) Ünvan: Bakı şəhəri, Salyan şossesi 14-cü km (Bakı Baş Gömrük İdarəsinin ərazisi) Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Kassir” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.
Show all...
“Zəfərdən Zəhmətə“ həqiqi hərbi xidməti bitirmiş şəxslər üçün təcrübə proqramı Nəzərinizə çatdırmaq istərdik ki, “Azerfloat” QSC 11.09.2024 – cü il tarixindən “Zəfərdən Zəhmətə “ adlı həqiqi hərbi xidməti başa vurmuş gənclər üçün xüsusi təcrübə proqramına başlayır. Təhsil müəssisənizin məzunları üçün proqramda iştirak imkanları yaradaraq onların şəxsi və peşəkar inkişafına töhfə vermək niyyətindəyik. " AzerFloat" QSC float texnologiyası əsasında ildə 8 mln. m2 müxtəlif çeşiddə vərəqə şüşə lövhələr istehsalını həyata keçirir. 2021-ci ildən tam fəaliyyətə başlamış şirkətimiz məhsullarının 80%-ni “Karabagh Glass” brendi adı altında ixrac edərək dünya bazarında ciddi diqqət çəkmişdir. Ən müasir istehsalat və idarəetmə texnologiyaları əsasında istehsal olunan qlobal rəqabət qabiliyyətli məhsulumuz yeniliyə və inkişafa yüksək dəyər verən peşəkar komandımızın uğurudur. Azerfloat QSC olaraq Sizə Ali/natamam ali təhsilli; Həqiqi hərbi xidməti başa vurmuş; İş təcrübəsi olmayan həqiqi hərbi xidməti başa vurmuş gənclər üçün təşkil etdiyimiz “Zəfərdən Zəhmətə “ adlı xüsusi təcrübə proqramı ilə bağlı müraciət edirik. Proqramın məqsədi : Həqiqi hərbi xidməti başa vurmuş gənclərə təcrübə müddəti ərzində istehsalat proseslərində praktiki bilik və təcrübə qazandırmaq, gənclərin texniki biliklərinin inkişafına dəstək olmaq və Azerloat zavodunun işgüzar mühitinə inteqrasiyasını təmin etməkdir. Seçilmiş mentorlar təcrübəyə cəlb olunmuş gənclərə iş prosesini izah etməklə yanaşı, iş etikası, ünsiyyət bacarıqları, təhlükəsizlik qaydaları, komanda işi, liderlik, problem həll etmə və zamanın idarə olunması kimi bacarıqları aşılıyacaqlar. Proqram müddəti : “Zəfərdən Zəhmətə “ Təcrübə proqramı 3 ay müddətində davam edir. Seçim prosesi: 3 mərhələdən ibarət olacaq. Müraciətlərin qəbulu; Test; Fərdi müsahibə. Təcrübə keçiriləcək sahələr: 1.Mühasibatlıq 2.İstehsalat mühəndisliyi 3.İstehsalat üzrə operator 4.NÖC və Avtomatika mühəndisliyi 5.Mexanika mühəndisliyi 6.Sənaye qaz istehsalı 7.Elektrik mühəndisliyi 8.İnformasiya Texnologiyaları 9.Satış İş şəraiti: Əmək haqqı 315 azn/net; Servis; Nahar yeməyi; 5 günlük iş rejimi/ 08:00-17:00. Qeyd :Proqramı uğurla başa vuran iştirakçılara rəsmi sertifikatlar təqdim olunur və onlara işə qəbul imkanları təklif edilir. Son müraciət tarixi 01.10.2024 Namizədlər [email protected] email ünvanına təcrübə keçmək istədikləri sahənin adını mütləq şəkildə yazaraq cv ləri ilə müraciət edə bilərlər. Sizinlə bu layihə üzrə əməkdaşlıq etmək üçün hərbi xidmətdən qayıtmış məzunlarınızın proqramdan yararlanmasında köməklik göstərməyinizi xahiş edirik. Əməkdaşlıq üçün öncədən təşəkkür edirik.
Show all...
👍 4🥰 2🍌 1
Araz Supermarketlər Şəbəkəsi "Biznesə nəzarət üzrə aparıcı mütəxəssis" vakansiyası üzrə işə qəbul elan edir. Öhdəliklər: - Biznes üzrə maliyyə planlaması, proqnozlaşdırma, hesabat və təhlillərin aparılması; - Xüsusilə satışlar, xərclər və mənfəət marjası kimi maliyyə göstəriciləri ilə bağlı əsas fəaliyyət göstəricilərinin (KPI) trendlərinin təhlil edilməsi; - Satışların, əməliyyat xərclərinin təhlili (variance təhlilləri) daxil olmaqla idarəetmə hesabatlarının, dəqiq və vaxtında hazırlanması; - Aylıq və illik olaraq maliyyə proqnozlarının (Cash Flow & PnL) hazırlanması; - "Ad-hoc" biznes performans hesabatlarının hazırlanması və biznes ilə təhlil edilməsi; - Biznes analitikası vasitələrindən (Power BI & Excel) istifadə edərək hesabatların avtomatlaşdırılması və vizuallaşdırılması; - Strateji hədəflərin bəlirlənməsi üçün maliyyə modellərinin hazırlanması və təhlil edilməsi; - Biznesə uyğun olaraq segment üzrə PnL (Mənfəət-zərər) hesabatının hazırlanması və təhlillərin aparılması; Tələblər: - Ali ixtisas; - Aparıcı mütəxəssis olaraq 2 il İngilis dilində beynəlxalq sertifikatın olması üstünlükdür; - Excellə yüksək səviyyədə işləməyi bacarmalıdır; - Power BI ilə işləmə bacarığı olmalıdır; - Komanda ilə işləməyi bacarmalıdır; - Ünsiyyətqurma qabiliyyətli, nəticəyönümlü olmalıdır; - Namizədin analitik düşüncə tərzi olmaldır; Vakansiya ilə bağlı müraciət etmək istəyənlər aşağıdakı linkə keçid edərək və ya “Biznesə nəzarət üzrə aparıcı mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Show all...
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.