cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

İnşaatçı, memar, mühəndis işləri

İnşaat və istehsalat sektorunda vakansiyalar

Show more
Advertising posts
1 461
Subscribers
+724 hours
+377 days
+11430 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

METAK-da YENİ İŞLƏR VƏZİFƏLƏR: 1. Prorab (İş icraçısı) 2. SƏTƏM üzrə aparıcı mütəxəssis 3. Planlama üzrə kiçik mütəxəssis 4. Marketinq üzrə aparıcı mütəxəssis 5. Back-end Developer (Middle) 6. Mühəndis elektronçu Sizə uyğun vəzifənin adını qeyd edib [email protected] e-mail adresinə göndərə bilərsiniz. https://job.metak.az/ 📍Böyükşor 15A, AZ1029, Bakı, Azərbaycan
Show all...
SƏTƏM tələb olunur İşəgötürən: ESEN Tekstil Əmək haqqı : 1000 Manat Nəqliyyat və nahar şirkət tərəfindən qarşılanır. Şirkət Saray-Novxanı yolunun 1.5 km yerləşir. Vəzifə öhdəliyi: Şirkətdə Əməyin mühafizəsi və təhlükəsizliyinin idarəetmə sistemini yaratmaq və onun tətbiqini təmin etmək; Şirkətin SƏTƏM baxımından fəaliyyətini təhlil etmək və bütün SƏTƏM məsələləri üzrə rəhbərliyə hesabatlar təqdim etmək, fəaliyyətin təkmilləşdirilməsi üzrə tədbirlər təklif etmək; İş şəraitində riskləri qiymətləndirmək və ona uyğun tədbirlər planını hazırlamaq; Sahədə mütamadi yoxlamalar apararaq nöqsan və qayda pozuntuları ilə bağlı tədbirlər keçirmək, onların aradan qaldırılması üzrə müvafiq prosedurlar hazırlayaraq tətbiq etmək; SƏTƏM-ə dair statistik məlumatların toplanılmasını təşkil və təmin etmək və risklərin qiymətləndirilməsi prosesinə nəzarət etmək, rəy bildirmək; Hadisələrin və qəzaların səbəblərinin təhlili, onların qarşısının alınması üçün tədbirlərin işlənib hazırlanması və bu hadisələrdən örnək dərslərinin çıxarılması üçün hadisələrin araşdırılmasına rəhbərlik etmək; Peşə və ya vəzifəyə uyğun olaraq tələb olunan təlimləri təşkil və təmin etmək; Keçirilmiş daxili yoxlamaları qeydə almaq və üzə çıxmış qayda pozuntuları ilə bağlı tədbirlər keçirmək; İş prosesində hadisələri qeydə almaq və göstəriciləri rəhbərliyə təqdim etmək; İstehsalat zədələrinin və peşə xəstəliklərinin səbəblərini müəyyən etmək, onların qarşısının alınması və aradan qaldırılması məqsədi ilə onları təftiş və təhlil etmək ; Baş vermiş hadisələrin araşdırılmasında, məlumatların toplanmasında və bu cür hadisələrin təkrarlanmaması istiqamətində mühüm önləyici addımlar atmaq; Tabeçiliyində olan şöbə əməkdaşlarını düzgün idarə etmək, onlar arasında tapşırıqları bölüşdürmək, fəaliyyətlərinə nəzarət edərək qiymətləndirmək. Xüsusi tələblər: Kişi namizəd müvafiq vəzifə üzrə azı 5 il iş təcrübəsi; Əməyin təşkilinin əsaslarını; Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyenanın norma və qaydalarını; SƏTƏM üzrə təlimatların işlənib hazırlanmasını; Rus və ingilis dilləri yaxşı səviyyədə; Sərbəst istifadəçi səviyyəsində Microsoft Word, Excel, Outlook proqramlarını. Texniki sahə üzrə ali təhsil; Yüksək davranış və ünsiyyəti; Düzgün təhliletmə və qərarvermə; Məsuliyyəti üzərinə götürmə və problemi həlletməni; Detallara diqqət yetirmə; İş barədə məlumat: İş saatı: 08-00-dan 18-00-dək; İş günü: Həftənin 5 günü; İstirahət günü: Bazar-Şənbə günləri; Azerbaycan Respublikasının ƏM-nə uyğun sənədləşmə; Qeyd olunan tələblərə uyğun namizədlər şəkilli CV -nizi e-mailin mövzu hissəsində “SƏTƏM” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərlər. [email protected]
Show all...
👎 1
Sahə Mühəndisi tələb olunur (Region) İşəgötürən: AZCD Group İş şərtləri: İş qrafiki: Tam iş günü (6 gün), bazar istirahət İş yeri –Region Nahar yeməyi Kirayə ev təmini Könüllü tibbi sığorta Rəqabətə davamlı əmək haqqı Tələblər: Təhsil: Ali təhsilli (İnşaat mühəndisi) Təcrübə: Tikinti sahəsi üzrə 5 il Yaş həddi: 28-45 yaş; Vəzifə öhdəlikləri: Sahənin istehsal-təsərrüfat fəaliyyətinə rəhbərlik, briqadanın işinin təşkili və idarə edilməsi; Layihədə tikinti-quraşdırma işlərini, işçi çertyojlarının və ümumi işlərin aparılmasının normativ sənədlərə uyğunluğunun monitorinqi; Layihə üzrə tələb olunan sənədlərin hazırlanması; İnşası başa çatmış obyektlərin, eləcə də tikililərin obyektlər üzrə ayrı-ayrı hazır iş komplekslərinin sifarişçiyə təhvil verilməsində iştirak; Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığın riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət; Tikinti prosesi zamanı təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət etmək; Obyektdə işləyən işçi briqadaları təyinatı üzrə yönləndirmək və onların istehsalat tapşırıqlarını müəyyənləşdirmək; Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Sahə mühəndisi” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.
Show all...
Sahə rəisi tələb olunur (Region) İşəgötürən: AZCD Group İş şərtləri: - İş qrafiki: Tam iş günü (6 gün); - Əmək haqqı: Rəqabətə davamlı - Nahar yeməyi - Kirayə ev təmini - Könüllü tibbi sığorta - İş yeri (Region) Tələblər: - Təhsil: İnşaat sahəsində təhsil mütləqdir; - Təcrübə: İnşaat mühəndisi üzrə 5 il (beton işlərində) ; - Yaş həddi: 30-45 yaş; Vəzifə öhdəlikləri: - Sahənin istehsal-təsərrüfat fəaliyyətinə rəhbərlik etmək; - Obyektlərin müəyyən edilmiş vaxtda istismara verilməsi üzrə tapşırıqların, eləcədə tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini təmin etmək; - Tikinti-quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texnik şərtlərə, texnoloji xəritələr,əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil etmək; - Sahədə tikinti-quraşdırma işlərinin texnoloji ardıcıllıqla aparılmasını təmin etmək; - İşlərin kompleks mexanikləşdirmə səviyyəsinin yüksəldilməsi, yeni texnika və əməyin elmi təşkilinin tətbiqi, əmək məhsuldarlığının yüksəldilməsi üçün ehtiyatlardan istifadə edilməsi, tikinti-quraşdırma və buraxılmış-sazlama işlərinin dəyərinin azaldılması, materiallardan və əmək haqqı fondlarından qənaətlə istifadə edilməsi üzrə tədbirləri həyata keçirmək və əməyin qabaqcıl üsul və metodlarının yayılması üzrə iş aparmaq; - Tikinti obyektləri üçün texniki sənədin alınmasını və saxlanmasını təmin etmək; - İnşaat maşınlarına, nəqliyyat, mexanizasiya vasitələrinə, materiallara, detallara, alətlərə,əşyalara sifarişlər vermək və onların səmərəli istifadəsini təmin etmək; - İşlərin istehsalat layihəsinə uyğun yerinə yetirilməsini təmin etmək, icra üzrə jurnal və yerinə yetirilmiş işlərin uçotu üzrə sənədləri hazırlamaq, üstü örtülü işlərə aid aktları tərtib etmək və texniki icra sənədlərini hazırlamaq; - İnşası başa çatmış obyektlərin, eləcədə tikililərin obyektlər üzrə ayrı-ayrı hazır mərhələ iş komplekslərinin sifarişçiyə təhvil verilməsində iştirak etmək; - Tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin həcminə, əmək məhsuldarlığına nəzarət etmək, ustalara, icrası nəzərdə tutulan tapşırıqlar vermək və onların icrasına nəzarət etmək; - Subpodrat (xüsusiləşdirilmiş) təşkilatların gördükləri işlərə nəzarət etmək və bitmiş işləri təhvil almaq; - Fəhlələrin əmək mühafizəsi təlimatlarına əməl etməsinə nəzarət etmək, fərqlənən işçiləri mükafatlandırmaq, istehsalat və əmək intizamını pozanlara qarşı isə intizam töhmətlərinin verilməsi haqqında təkliflər vermək, kollektivdə tərbiyəvi iş aparmaq, fəhlələrin ixtisas artırmasını təşkil etmək; Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Sahə rəisi” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.
Show all...
Kiçik sahə mühəndisi tələb olunur İşəgötürən: “Polatoğlu Metal” A.Ş. Vəzifə öhdəlikləri: • Layihədə gündəlik görülən işlərin hesabatının hazırlanması və layihə rəhbərinə təqdim olunması; • Layihə rəhbərinin tapşırdığı digər işlərin icra edilməsi. Namizədə dair tələblər: • Ali təhsil (İnşaat Mühəndisliyi, Memarlıq və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi); • Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı; • Məsuliyyətli, öyrənmək və inkişafa həvəsli olmalı; • Yaş: 21-27. Digər məlumatlar: • İş təcrübəsi tələb olunmur; • İş yeri: Bakı şəhəri; • 6 günlük iş rejimi; • Yemək və fərdi mühafizə vasitələri şirkət tərəfindən təmin olunur; • Korporativ telefon nömrəsi və danışıq paketi; • Əmək haqqı 500 – 600 manat Müraciət forması: Uyğun namizədlər CV-lərini mövzu hissəsinə “Kiçik sahə mühəndisi” yazmaqla [email protected] mail ünvanına göndərə bilərlər. Qeyd: Universiteti yeni bitirmiş namizədlərə üstünlük veriləcəkdir.
Show all...
👎 6👍 3
ŞİRKƏTDƏ MÜXTƏLİF VƏZİFƏLƏR ÜZRƏ VAKANSİYALAR İşəgötürən: North West Construction 📍 Məkan: Müxtəlif regionlar və Qarabağ İqtisadi Rayonu VƏZİFƏLƏR: 1. Layihə rəhbəri (yol tikinti) 2. Keyfiyyətə Təminat/Keyfiyyətə Nəzarət (KT/KN) Mühəndisi 3. Topoqraf (Regionlar) 4. Layihə rəhbəri (mülki tikinti) 5. Sənəd nəzarəti üzrə mütəxəssis 6. SƏTƏMM üzrə mütəxəssis (Regionlar) 7. İT Mütəxəssis (Daşkəsən) 8. Resepşionist (Baş ofis) 9. Texnik/Laboratoriya (Region) 10. Tikinti rəhbəri (yol tikinti) 11. Anbar sistemi operatoru (Füzuli) 12. Sahə elektrik mühəndisi (Region) 13. Sahə mexaniki işlər mühəndisi (Region) 14. Tabelçi (Qarabağ) 15. Architect (Dizayn komandası) 16. Anbar təftişi üzrə mütəxəssis Sizə uyğun vəzifənin adını (Məs:Tabelçi (Qarabağ)) qeyd edərək [email protected] və ya [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. Daha ətraflı linkdə - https://www.nwconstruction.com/en/career/job-opportunities/
Show all...
👍 2
Tikinti və dizayn şirkətinə menecer tələb olunur İşəgötürən: "Shah Design Construction" MMC Vakansiyanın adı: Satış və Müştəri Xidmətləri üzrə menecer Tələblər: Xanım, 23-35 yaş aralığında - Ali təhsil - Təmir-tikinti sahəsində təcrübə üstünlükdür - Dil bilikləri: Azərbaycan dili (səlis nitq), Rus dili (danışıq) - Satış və müştəri xidməti sahəsində təcrübə üstünlükdür - Kompüter bilikləri (MS Office və s.) - Danışıqlar aparma, inandırma və problem həll etmə bacarığı - Məsuliyyətli, dəqiq və diqqətli olmaq - Yüksək kommunikasiya bacarıqları və müştəriyönümlü yanaşma Vəzifələr: Vəzifə öhdəliyinə aid olan işlər Rəsmi əməkhaqqı: Stabil əmək haqqı və bonuslar (müsahibə əsasında təyin olunacaq) İş yerinin ünvanı: Bakı şəh. İsmayıl Qutqaşınlı küç. 86 (Dost Agentliyinin qarşısı) *Müraciət qaydası:"Satış və Müştəri Xidmətləri üzrə menecer" CV-nizi [email protected] mail adresinə göndərə bilərsiniz. Əlavə məlumat üçün əlaqə: 055-342-22-62 Müraciət üçün son tarix: 31.10.2024
Show all...
40- A YAXIN VƏZİFƏLƏR ÜZRƏ VAKANSİYA -ƏLƏTDƏ İŞ Ələt qəsəbəsində planlaşdırılan yeni işçi proekti ilə əlaqədar olaraq, aşağıda qeyd edilən vəzifələr üzrə CV bazası toplanılır. Bununla əlaqəli, Ələt qəsəbəsində və ətraf ərazi üzrə iş axtarışında olan şəxslərdən öz CV-lərini, mövzu hissəsinə “Ələt proekti üzrə iddia edilən vəzifənin adını (MƏS: Elektrik-qaynaqçısı) qeyd edərək” [email protected] ünvanına göndərmələri xahiş olunur. Xidmət sahələrinin xüsusiyyətlərini nəzərə alaraq, müəyyən vəzifələr üzrə ingilis və rus dilləri üzrə bilik tələb olunur (vəzifələrin qarşısında qeyd olunub). VƏZİFƏLƏR: 1. Anbardar 2. Buraxılış məntəqəsi üzrə müfəttiş 3. Yükdaşıyan 4. İdxal üzrə anbardar köməkçisi 5. İxrac üzrə anbardar köməkçisi 6. Müştəri xidmətləri üzrə mütəxəssis 7. Müştəri xidmətlərinin operatoru 8. Xüsusi maşın sürücüsü (BC, BCD, BCDE kateqoriyası və mexaniki nəqliyyat vasitələrinin idarəedilməsi bacarığı tələb olunur) 9. Dizel mühərrikləri üzrə mütəxəssis 10. Hidravlik sistemlərinin təmiri üzrə mütəxəssis 11. Xüsusi texnikanın aqreqatlarının təmiri üzrə texnik 12. Avtomobillərin təmiri üzrə çilingər 13. Elektrik-qaynaqçısı 14. Çilingər-elektrik 15. Avtomobil rəngsazı 16. Vulkanizatorçu 17. Dəmirçi-tənəkçi 18. Akkumulyatorçu mütəxəssis 19. Ventelyasiya və kondisioner sisteminin təmiri üzrə çilingər 20. Avtomobil təmiri üzrə mühəndis-elektronçu 21. Avtomobil təmiri üzrə mühəndis-mexanik 22. Qazanxana avadanlıqları üzrə operator 23. Elektrik avadanlıqlarının təmiri üzrə çilingər 24. Kadr işləri üzrə aparıcı mütəxəssis 25. Planlaşdırma və koordinasiya şöbəsinin mütəxəssisi – En/Rus dili biliyi tələb olunur 26. Xarici iqtisadi fəaliyyətin təminatı üzrə mütəxəssis – En/Rus dili biliyi tələb olunur 27. Logistika üzrə koordinator-mütəxəsiss 28. Uçuşqabağı hazırlıq üzrə dispetçer – En/Rus dili biliyi tələb olunur 29. Perronda xidmət üzrə supervayzer – En/Rus dili biliyi tələb olunur 30. SƏTƏMM üzrə aparıcı mühəndis – En/Rus dili biliyi tələb olunur 31. Təlimin təşkili üzrə mütəxəssis – En/Rus dili biliyi tələb olunur 32. Proqram təminatı şöbəsinin aparıcı mütəxəssisi 33. Sistem və şəbəkə üzrə aparıcı mütəxəssis 34. İP telefon və CCTV üzrə müəxəssis 35. Gəlirlərin uçotu üzrə mühasib 36. Maliyyə işləri üzrə iqtisadçı 37. Xərclərin uçotu üzrə mühasib 38. Yük xidmətləri üzrə xəzinədar 39. Hüquq-məsləhətçisi – En/Ru dili biliyi tələb olunur
Show all...
👍 4
Elektrik mühəndisi tələb olunur İşəgötürən: "Aktiv Enerji" MMC şirkəti Tələblər: 1. Müvafiq sahə üzrə ali təhsil 2. Müvafiq sahə üzrə 5-7 il iş təcrübəsi (elektrik mühəndisi vəzifəsində iş təcrübəsinin olması vacibdir) və eyni zamanda dərəcəsi olmalıdır 3. MS Office (Word, Excel), OUTLOOK, AutoCAD proqramlarında işləməyi bacarmalı 4. Kollektivdə işləməyi bacaran, cəld, işgüzar və bacarıqlı olmalı 5. Standartın tələbinə uyğun şəkildə elektrik quraşdırma və işlərin təşkili qaydalarını bilməli 6. Sürücülük vəsiqəsi olmalı (maşının olması arzuolunandır) 7. Sahə üzrə sertifikatlarının olması arzuolunandır Vəzifə: 1. İşlərin planlaşdırılması və müvafiq planın hazırlanması 2. Elektrik xətlərinin layihəyə uyğun olaraq quraşdırılmasının təşkil edilməsi 3. Layihə həyata keçiriləcək ərazilərə baxış keçirilməsi, layihəyə əsasən smetanın çıxarılması və işlərin gedişatının planlaşdırılması 4. İşlərin keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi 5. Rəhbərliyin tapşırıq və göstərişlərinin yerinə yetirilməsi, mütəmadi olaraq rəhbərliyə hesabatlar (FORMA 2, FORMA 3) hazırlanıb təqdim edilməsi Əmək haqqı: Razılaşma yolu ilə Müraciət etmək istəyən namizədlər CV-lərini [email protected] e-mail ünvanına mövzu hissəsinə "elektrik mühəndisi" qeyd edərək göndərə bilərlər.
Show all...
👍 2 1
Texniki şöbənin rəhbəri tələb olunur Oşəgötürən: OMG-International Əmək haqqı - 3000 AZN və daha çox ola bilər (bilik və bacarıqdan asılı olaraq) Ali - texniki təhsil Minimum 3 il mülki tikinti sahəsində rəhbər vəzifəsində iş təcrübəsi; Dil: Azərbaycan; Rus dili arzuolunandır. Əsas vəzifə öhdəlikləri: Şöbənin işinin təşkili; İş həcmlərinin(smeta) layihə və işçi eskizlərə görə bu günkü bazar qiymətlərinə uygun tərtib olunması; Yerinə yetirilmiş işlər üzrə forma 2 və forma 3-rin hazırlanması; Tikinti norma və qaydalarına əsasən normativ sənədlərin hazırlanması, texniki məzmunda olan məktubların və digər sənədlərin hazırlanması; Sifarişçi təşkilatın nümayəndəsi ilə əlaqəli işləməli və lazım gəldikdə texniki məsələləri həll etmək; Tenderlərin texniki hissəsinin hazırlanması. "Texniki şöbənin rəhbəri " qeyd edib CV-nizi [email protected] e-mail ünvanına göndərə bilərsiniz.
Show all...
👍 1
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.