cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Gencexeber.az

Qadan alım, ay Gəncəm 😎💙 Gəncə və Gəncəbasar əhalisinin bilməli olduğu bütün son xəbərlər və maraqlı məlumatlar burada. Sayt: https://gencexeber.az/ Instagram: https://www.instagram.com/gencexeber.az/ Facebook: https://www.facebook.com/Gencexeber.a

Show more
Advertising posts
17 019
Subscribers
+824 hours
+197 days
-30230 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

00:39
Video unavailableShow in Telegram
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Suverenliyi Günü ilə bağlı paylaşım edib 🇦🇿
Show all...
IMG_6894.MP413.71 MB
👍 3 2😡 2🔥 1🥰 1🤡 1😍 1
Photo unavailableShow in Telegram
Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür! Bu gündən etibarən Prezident İlham Əliyevin Sərəncamına əsasən sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Bu qərar ötən ilin bu günündə antiterror əməliyyatının uğurla başa çatması münasibətilə verilib. Rəşadətli Azərbaycan ordusu Qarabağ iqtisadi rayonunda cəmi 23 saat ərzində törədilən genişmiqyaslı təxribatların qarşısının alınmasına və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılmasına, eləcə də həmin ərazilərdə Azərbaycan konstitusiya quruluşunun bərpa edilməsinə nail olub.
Show all...
👍 4 3🔥 1😡 1
Repost from Sumqayıt 24
00:32
Video unavailableShow in Telegram
Bu gün axşam saatlarında Sumqayıt səmasında qeyri-adi hadisə baş verib. İzləyicilərdən redaksiyaya daxil olan məlumata görə, səmada alov şarları və partlayış səsləri eşidilib. Deyilənlərə görə, havada fırlanan iki böyük şardan yerə qırıntılar da tökülüb. Bir çoxları bunu UNO-larla və ya meteorla əlaqələndirib. Görüntüləri təqdim edirik. Qeyd edək ki, anomal hadisə ilə bağlı rəsmi qurumların açıqlaması yoxdur.
Show all...
IMG_9310.MOV3.59 MB
👎 5😱 2👍 1 1🤯 1🙏 1
Photo unavailableShow in Telegram
“Turan Tovuz”un növbəti oyununun biletləri satışa çıxarılırdı Azərbaycan Premyer-liqasının 7-ci turu çərçivəsində keçiriləcək “Turan Tovuz” - “Araz-Naxçıvan” qarşılaşmasının biletlərinin satışı başlanılıb. Gencexeber.az “Turan Tovuz” PFK-ya istinadən məlumat verir ki, biletlərin qiyməti 2 manatdır, VİP biletlər isə 5 manata satılır. Biletləri stadionun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə etmək mümkündür. Xatırladaq ki, oyun sentyabrın 21-i saat 18:00-da Tovuz şəhər stadionunda baş tutacaq.
Show all...
👍 4
Photo unavailableShow in Telegram
Nazir vətəndaşlarla görüşüb Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Göygöl rayonunda Göygöl və Daşkəsən rayonlarının sakinlərini qəbul edib. Gencexeber.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən məlumat verir ki, qəbuldan əvvəl S.Babayev və Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Görüşdə vətəndaşlar məşğulluq, əlillik, mənzil təminatı, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub. Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb. Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq  proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.
Show all...
😁 2💩 2
Photo unavailableShow in Telegram
“Musiqinin gücü" layihəsi çərçivəsində konsert keçirilib Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında tədbir olub. Gencexeber.az Filarmoniyaya istinadən məlumat verir ki, “Musiqinin gücü" layihəsi çərçivəsində konsert proqramı təşkil edilib. Xalq Çalğı Alətləri Orkestri və Kamera Orkestrinin müşayiəti ilə baş tutan konsertdə Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra”, "Cəngi", "Arazbari", "Leyli və Məcnun" operasından Müqəddimə səsləndirilib. Həmçinin Əməkdar artist Kəmalə Tağızadə, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, solistlər Rüstəm Cəfərov, Elmir Pişnamazzadə bəstəkarın "Sənsiz", "Sevgili canan" romanslarını, Müslüm Maqomayevin “Nərgiz” operasından “Nərgizin mahnısı”nı, Fikrət Əmirovun "Azərbaycan elləri", Niyazinin "Vətən nəğməsi", Süleyman Ələsgərovun "Neylərəm" əsərlərini ifa ediblər.
Show all...
2👍 1
🇦🇿Antiterror əməliyyatları zamanı şəhid olan polis əməkdaşlarını qürurla anırıq!
Show all...
🕊 9🙏 4👍 1😭 1
00:54
Video unavailableShow in Telegram
İstənilən döyüş tapşırığını yerinə yetirməyə hazır və qadir artilleriyamız🇦🇿
Show all...
17.09.2024 ANTİTERROR YENİ VERSİYA VERTİCAL.mp441.93 MB
7👍 3🙏 2😡 1
Photo unavailableShow in Telegram
Müharibə veteranlarının müavinəti artırıla bilər Hazırda 80 manat təşkil edən müharibə veteranlarının müavinətinin artırılması gündəmə gələ bilər.  Bunu "Unikal"a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.  O bildirib ki, bunun üçün böyük vəsait tələb olunmur: "Bu, ölkə üzrə təqribən 180 min müharibə veteranını əhatə edir. Mediada və parlamentdə dəfələrlə bu məsələ qaldırılıb. Ola bilər ki, ilk olaraq müharibə veteranlarının müavinətində müəyyən artım olsun. Hazırda 80 manat olan məbləğin 100-120 manata qədər qaldırılması mümkündür". Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 998 milyon manat olması nəzərdə tutulur. Bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 13,8 % çoxdur.
Show all...
👍 2🙏 1😡 1
Photo unavailableShow in Telegram
Aqrar sahə üzrə könüllülük proqramına qeydiyyat başlayıb Bəzi rayonlar üçün könüllülük proqramı təşkil olunacaq. Gencexeber.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən məlumat verir ki, Aqrar Sığorta Fondu tələbə və məzunlar üçün Könüllülük Proqramına start verib. Layihə oktyabr ayında başlayacaq və 3 ay davam edəcək. Könüllülük Proqramı iki hissədən – təlim və praktikadan ibarətdir.  Burada Aqrar Sığorta Mexanizmində iştiraka maraqlı, korporativ mühitdə kommunikasiya qabiliyyətini inkişaf etdirmək istəyən Şəmkir və Goranboy gəncləri iştirak edə bilərlər. Könüllülük Proqramına qoşulan şəxslərə Aqrar Sığorta Fondu tərəfindən proqramda iştirakını təsdiq edən sertifikat veriləcək. Müraciət etmək istəyənlər aşağıda qeyd olunan link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://lnkd.in/eN3UY_NS.
Show all...
👍 2
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.