cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Kamil-din

Maidə / 3 "الیوم اکملت لکم دینکم و اتممت علیکم نعمتی.؛ Bu gün dininizi sizin üçün kamil etdim,və sizə olan nemətimi tamamladım"...

Show more
Advertising posts
1 448
Subscribers
-424 hours
+67 days
+2730 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Photo unavailableShow in Telegram
🥰 2
Photo unavailableShow in Telegram
Əziz izləyicilər, Aşağıdakı kateqoriyada olan Çooox gözəl kanallar tapmışam. Vaxt azdır, Abunə olmağa tələsin. Hazırladı: https://t.me/seherfilm
Show all...
☢️ FƏLƏSTINDƏN XƏBƏRLƏR
⁉️ SUAL - CAVAB
📚 PDF KİTABXANA
✒️ AFORIZMLƏR
🎥 İRAN FİLMLƏRI
🎼 DİNİ MP3LƏR
🌐 XƏBƏRLƏR
🖇️ ELMI KANALLAR
🩺 SAĞLAM YAŞAM
📖 HƏDİSLƏR
📔 FƏTVALAR
💊 PSIXOLOJI MƏSLƏHƏTLƏR
💡 DÜŞÜNDÜRÜCÜ MÖVZULAR
🕌 DİNİ PAYLAŞIMLAR
❇️ TOXUN VƏ QOŞUL ❇️
🖊️Hüseyn ibn Həmdan  deyir: "Əttab ibn Yunus Deyləmi doqquzuncu imam Muhəmməd Cavadın (ə) xidmətçisi Əskərdən, Əli ibn Musa ibn Cəfərdən, o da Cəfər ibn Muhəmməddənətçisi Əskərdən, o, salamı olsun onların hamısının üzərinə!) nəql edərək dedi: 🗣️"Bir gün Kufə şiələrindən bir dəstə İmam Sadiqin (ə) yanına gəlib soruşdular: "Ey Peyğəmbər övladı, bütün peyğəmbərlər Allaha ibadət etmişlər, elə isə babanız Əli ibn Hüseyn (ə) nə üçün "abidlərin ağası" adlandırılıb?" İmam (ə) buyurdu: "Məgər Allah-taalanın belə buyurduğunu eşitmədinizmi? "Biz istədiyimiz kimsəni dərəcələrlə yüksəldərik" (Yusif surəsi, Ayə 76) "Onların öz Rəbbi yanında dərəcələri var" (Ənfal surəsi, ayə 4) "Biz peyğəmbərlərin bəzisini digərlərindən üstün etdik". (İsra surəsi, ayə 55) Niyə inkar edirsiniz?" Dedilər: “İstəyirik ki, sualımıza cavab alaq!" İmam (ə) buyurdu: "İblis Allaha belə səsləndi: "İlk zamandan Əli ibn Hüseynin dövrünə qədər Sənə ibadət edən qullarını gördüm. Lakin onların arasında Əli ibn Hüseyn kimi Sənə daha çox ibadət edən və itaətkar birini görmədim. Ey Tanrım, onun səbrini yoxlamağım üçün hiylə qurub, onu sınamağıma icazə verərsənmi?" Allah-taala ona bu işi qadağan etdi. Amma İblis həmin qadağaya baxmayaraq, qiyam halında namaza məşğul olan İmam Zeynülabidinə (ə) nəhəng bir ilan surətində göründü. Həmin ilanın on başı, sivri haça dilləri və tərsinə çevrilmiş qırmızı gözləri var idi. O, İmamın (ə) səcdə etdiyi yerdəki torpağın altından çıxdı, sonra qibləyə tərəf uzandı. (İlanın bu halı) İmamı (ə) nə hürkütdü, nə də qorxutdu. İmam (ə) heç başını çevirib belə, ilana baxmadı. İblis (Allahın lənəti onun üzərinə olsun!) ilan surətində torpağın altına çəkildi və İmam Zeynülabidinin (ə) ayaq barmaqlarının onuna da diş keçirtdi. İlan öz sivri dili ilə barmaqları sancıb, onların üzərinə içindəki alovu üfürməyə başladı. Lakin bütün bunlara baxmayaraq, İmam (ə) gözünün ucu ilə belə, ilana baxmadı, ayaqlarını olduğu yerdən tərpətmədi, namazda və onun qiraətində şəkk- şübhəyə düşüb səhvə yol vermədi. Çox keçmədi ki, İblisin (Allahın lənəti onun üzərinə olsun!) üzərinə səmadan yandırıcı alov parçası düşdü. İblis onu hiss edən kimi nalə çəkdi və İmam Zeynülabidinin (ə) yanında əvvəlki surəti ilə dayanıb dedi: "Ey Əli, həqiqətən də, sən adlandırıldığın kimi, abidlərin ağasısan! Mən isə günahlarımın nəticəsində İblis olmuşam. Allaha and olsun ki, atan Adəmdən indiyə qədər peyğəmbər və elçilərin ibadətlərini gördüm. Lakin sənin kimi ibadət edəni görmədim. İstərdim ki, Allahdan mənim üçün bağışlanmaq diləyəsən. Bəlkə Allah məni bağışladı?" Sonra İblis İmamı (ə) tərk edərək ərək qaçdı. İblisin danışığı onu namazından məşğul etməmişdi. İmam (ə) namazını mükəmməl şəkildə bitirdi". 📕Şeyx Hüseyn Xəsibi, (r.ə) "Əl-Hidayətul-Kubra", səh 239-240. Bakı çapı https://t.me/kamil_din
Show all...
👍 2 1
Show all...
Əqidə ◇ Əhkam ◇ Əxlaq

Allahın adı ilə. Həmd olsun aləmlərin rəbbi olan Allaha. Kanalın açılmağında mədsəd insanların düzgün əqidəyə, kamil şəriətə və gözəl əxlaqa yiyələnməsi üçündür. Kanalımızda elmi mövzular, tarix, şübhələrə cavab və s, mövzularda da paylaşımlar olacaq.

😍 1
Photo unavailableShow in Telegram
Əziz izləyicilər, Aşağıdakı kateqoriyada olan Çooox gözəl kanallar tapmışam. Vaxt azdır, Abunə olmağa tələsin. Hazırladı: https://t.me/seherfilm
Show all...
📚 PDF KİTABXANA
🎥 İRAN FİLMLƏRI
🌐 XƏBƏRLƏR
📜 MƏSUMLARDAN HƏDISLƏR
✒️ AFORIZMLƏR
🖇️ ELMI KANALLAR
🩻 SAĞLAM YAŞAM
⚠️ FƏLƏSTINDƏN XƏBƏR
⁉️ SUAL - CAVAB
🎶 DİNİ MP3LƏR
⭕ DAHA ÇOX KANAL ⭕
✅ PULSUZ FAYDALAN ✅
Photo unavailableShow in Telegram
وقال صلى الله عليه وآله: لولا أن الشياطين يحومون على قلوب بني آدم لنظروا إلى ملكوت السماوات والأرض Peyğəmbər (s) buyurdu: “Əgər şeytanlar Adəm övladlarının qəlblərinin üzərində dolaşmasaydı, onlar göylərin və yerin mələkutuna baxa bilərdilər”. Əllamə Məclisi, “Bihərul-Ənvar”, cild 60, səhifə 332.
Show all...
2🕊 2
🖊️ İmam Sadiq (ə) buyurur: 🗣️"Əsli möhtərəm olanın qəlbi yumşaq olar. Ünsürü (xasiyyəti) sərt olanın qəlbi qatı olar." 📙Şeyx Hərrani, (r.ə) "Tuhəful-Uqul", səh 375. https://t.me/kamil_din
Show all...
👍 2
🖊️Fəth əl-Curcani dedi: “İmam Rzaya (ə) dedim: “Sənə fəda olum, məgər uca Yaradandan başqa yaradan da var?” İmam Rza (ə) buyurdu: “Allah təbarəkə və təala buyurur: 🗣️“Yaradanların ən gözəli olan Allah nə qədər uludur!” (Muminun surəsi, 14) Bununla da O, bəndələri içərisində yaradanların olduğundan xəbər vermişdir. Onlardan biri Məryəmin oğlu İsadır (ə). O, Allahın iznilə palçıqdan quşa bənzər bir surət yaradıb ona üfürmüş, o da Allahın izni ilə quşa çevrilmişdi. (Onlardan biri də Samiridir.) Samiri onlar üçün (Musanın qövmü üçün) böyürən bir buzov heykəli yaratmışdı”. 📓Şeyx Səduq, “Tovhid”, bab 2, səhifə 63, hədis 18. https://t.me/kamil_din
Show all...
👍 2
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.