cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Kəlam və əqidə

Kəlam elmi və əqidə məsələləri ilə tanışlıq. @Talibi_qomnam

Show more
Advertising posts
976
Subscribers
-124 hours
+47 days
+3830 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

2⃣3⃣-cü Dərs: 🔰BİR NEÇƏ ŞÜBHƏNİN HƏLL EDİLMƏSİ ☑️Peyğəmbərlərin besətinin zəruri olmasına dair gətirilən dəlil və bürhanlar ətrafında müəyyən suallar və şübhələr meydana gəlir. İndi onları cavabları ilə birlikdə qeyd edirik: 1⃣Əgər ilahi hikmət bütün insanların hidayəti üçün peyğəmbərlərin göndərilməsini tələb edirsə onda nə üçün onların hamısı xüsusi coğrafi bir məntəqədə (Mərkəzi Asiyada) məbus olunmuşlar,yer üzünün sair məntəqələri isə bu nemətdən məhrum olmuşlar? Xüsusilə bunu nəzərə alsaq ki,qədimdə kütləvi informasiya vasitələri məhdud və zəif idi,xəbərlərin bir məntəqədən digər məntəqəyə nəql olunması çox zəif baş verirdi.Bəlkə də peyğəmbərlərin dəvətindən ümumiyyətlə heç bir məlumat əldə edə bilməyən müəyyən qövmlər və millətlər də olmuşdur. 📌Bu sualın cavabı budur ki, əvvəla, peyğəmbərlərin gəlişi xüsusi məntəqə ilə məhdudlaşmamışdır. Quran ayələri göstərir ki, hər qövm və ümmət üçün bir peyğəmbər olmuşdur. “Fatir” surəsinin 24-cü ayəsində buyurulur: “ Elə bir ümmət yoxdur ki, ondan bir peyğəmbər gəlib getməsin.” “ Nəhl” surəsinin 36-cı ayəsində buyurulur: “ Hər bir ümmətə rəsul (peyğəmbər) göndərdik (ki, onlara belə desin:) Allaha ibadət edin və tağutdan (şeytani qüvvələrdən) çəkinin.” Quranda yalnız bir neçə peyğəmbərin adının çəkilməsi onların saylarının qeyd olunanlarla xülasələnməsi demək deyildir. Quranın özündə aşkar şəkildə göstərilir ki, peyğəmbərlərdən bir çoxunun adı bu kitabda qeyd olunmamışdır. “Nisa” surəsinin 164-cü ayəsində buyurulur: “ Və elə peyğəmbərlər ki, onların hadisəsini sənə nəql etmədik.” 🔸İkincisi,yuxarıdakı bürhan bunu çatdırır ki, camaatın hidayət olunması üçün hiss və əqlin fövqündə dayanan bir yol olmalıdır. Amma ayrı-ayrı fərdlərin hidayət olunmasının gerçəkləşməsinin iki şərti vardır: Biri budur ki, onların özləri bu ilahi nemətdən bəhrələnmək istəsinlər, ikincisi, başqaları onların hidayət olunmasına maneçilik törətməsi. Camaatın çoxunun peyğəmbərlərin hidayətindən məhrum qalması onların pis seçim etmələrinə görə olmuşdur. Digər çoxlu məhrumiyyətlər də başqalarının peyğəmbərlərin dəvətinin yayılması yolu üzərində yaratdıqları maneələr üzündən olmuşdur. İlahi peyğəmbərlər həmişə bu maneələrin aradan qaldırılmasına çalışmış, Allah düşmənləri, xüsusilə zalımlar və güclülərlə mübarizə aparmış, onların çoxu ilahi risalətin təbliğ olunub camaatı hidayət etmək yolunda canlarını fəda etmişlər. Onlar özləri üçün müəyyən qədər ardıcıl və köməkçi tapdıqları halda, Allah dininin yayılması yolunda maneçilik törədən ən mühüm amillərlə, yəni zalımlarla və zülmkar dövlətlərlə mübarizəyə başlamışlar. Diqqət yetirmək lazımdır ki, insanın təkamül istiqamətindəki hərəkətinin ixtiyari olmaq kimi xüsusiyyəti bu hadisə və cərəyanların hamısının haqq və batil tərəfdarları üçün yaxşı, yaxud pis seçki şəraiti hazır ola biləcək bir tərzdə baş verməsini tələb edir. Amma əgər zorakı qüvvələrin və batil əhlinin hökmranlığı müəyyən bir həddə çatıb başqalarının hidayət yolunu tamamilə bağlasa və onlar cəmiyyətdə haqq və hidayət nurunu söndürsələr, bu halda Mütəal Allah qeyri-adi və qeybi yollarla haqq tərəfdarlarına yardım edəcəkdir. Əgər peyğəmbərlərin yolu üzərində belə maneələr olmasaydı, onların dəvəti bütün dünya insanlarına çatar, hamılıqla vəhy və nübüvvət kimi ilahi nemətdən bəhrələnərdilər. Deməli, camaatın əksəriyyətinin peyğəmbərlərin hidayətindən məhrum olmasının günahı onların dəvətinin yayılmasının qarşısını alan şəxslərin öhdəsindədir. T.me/kelam_ve_eqide
Show all...
Kəlam və əqidə

Kəlam elmi və əqidə məsələləri ilə tanışlıq. @Talibi_qomnam

👍 1
Photo unavailableShow in Telegram
Əziz izləyicilər, Aşağıdakı kateqoriyada olan Çooox gözəl kanallar tapmışam. Vaxt azdır, Abunə olmağa tələsin. Hazırladı: https://t.me/seherfilm
Show all...
☢️ FƏLƏSTINDƏN XƏBƏRLƏR
⁉️ SUAL - CAVAB
📚 PDF KİTABXANA
✒️ AFORIZMLƏR
🎥 İRAN FİLMLƏRI
🎼 DİNİ MP3LƏR
🌐 XƏBƏRLƏR
🖇️ ELMI KANALLAR
🩺 SAĞLAM YAŞAM
📖 HƏDİSLƏR
📔 FƏTVALAR
💊 PSIXOLOJI MƏSLƏHƏTLƏR
💡 DÜŞÜNDÜRÜCÜ MÖVZULAR
🕌 DİNİ PAYLAŞIMLAR
❇️ TOXUN VƏ QOŞUL ❇️
https://youtube.com/shorts/d9YSYOLkP1I?si=GgqjZ5WRu66FnZFi 🎥Əllamə Əmini. 🔅O,kəs ki,20 cild Əmirəlmöminin İmam Əlinin (ə) müdafiəsində kitab yazmışdır,Şiə və sünni arasında vəhdətə dəvət etməsi! 🌐Youtube kanalımıza üzv olmağı unutmayın🌹 T.me/shubhelere_cavablar
Show all...
O,kəs ki,20 cild Əmirəlmöminin müdafiəsində kitab yazmışdır,vəhdətə dəvət etməsi!

#Əllamə_əmini #şiə #sünni #vəhdət #islam #din #namaz #dua #Quran #qardaş #vətən #Azərbaycan #şəhid #oruc #vacib #follow #halal #haram #dərs #məktəb #motivation

1
2⃣2⃣-ci Dərs: 🔰PEYĞƏMBƏRLƏRİN GÖNDƏRİLMƏLƏRİNİN FAYDALARI 🔰İlahi peyğəmbərlər insanın həqiqi təkamülü üçün düzgün yol göstərməkdən, vəhy alıb camaata çatdırmaqdan əlavə, insanların təkamülündə digər mühüm təsirlərə də malik olmuşlar ki, onların ən mühümləri aşağıdakılardır: 1⃣İnsan əqli çox mətləbləri dərk edə bilər. Lakin bunun üçün zamanın keçməsinə və çoxlu təcrübə əldə etməyə ehtiyac var. Bir yandan da insanların maddi işlərə baş qoşması, heyvani xislətlərin və meyllərin onlara qələbə çalması nəticəsində qəflət və unutqanlığa düçar olmaq və yaxud da düzgün olmayan təlimlər və pis təbliğatlar sayəsində bu mətləblər xalq kütlələrindən gizlin qalır. Belə mətləblər peyğəmbərlərin vasitəsilə bəyan olunur, ardıcıl xatırlatmalar vasitəsilə onların tamamilə unudulmasının qarşısı alınır, düzgün və məntiqi təlimlərlə pis təlimatlara və çaşdırıcı fikirlərə sipər çəkilir. Buradan da peyğəmbərlərin müzəkkir (xatırladan) və nəzir (ilahi əzabdan qorxudan), Qurani-kərimin isə zikr (xatırlatma) və təzkirə adlanmasının mühüm səbəbi aydınlaşır. Əli (ə) peyğəmbərlərin besətinin hikməti barəsində belə buyurur: “Mütəal Allah Öz peyğəmbərlərini bir-birinin ardınca göndərmişdir ki, öz fitri əhdi-peymanlarına vəfa etməyi camaatdan istəsin, unudulmuş nemətləri onlara xatırlatsın, həqiqətlərin təbliğ və bəyan edilməsi ilə höccəti onlara tamam etsin.” 2⃣İnsanın təlim-tərbiyə, inkişaf və təkamül amillərindən ən mühümü davranış və rəftarda nümunə və ülgünün olmasıdır. Bunun əhəmiyyəti psixologiya elmində sübut edilmişdir. İlahi peyğəmbərlər kamil insanlar və Allahın tərbiyə etdiyi şəxslər olmaqla bu rolu ən gözəl formada ifa edir, müxtəlif təlimatlardan əlavə, insanların ruhən təlim-tərbiyəsinə və ruhlarının aludəliklərdən təmizlənməsinə səy edirlər. Bildiyimiz kimi, Qurani-kərim təlim (elm öyrətmə) və təzkiyəni (saflaşdırma) yanaşı zikr etmişdir, hətta bəzi hallarda təzkiyə təlimdən qabaqda gəlir. 3⃣Peyğəmbərlərin insanların arasında olmasının bərəkətlərindən biri də budur ki, lazımi şərait yarandıqda camaatın ictimai-siyasi və mühakimə nəzərindən rəhbərliyini öz öhdələrinə alsınlar. Aydındır ki, məsum və günahsız bir rəhbər Allahın cəmiyyətə təqdim etdiyi ən böyük nemətlərdən biridir; onun vasitəsilə ictimai pozuntuların çoxunun qarşısı alınır, cəmiyyət ixtilafdan, pərakəndəlikdən, əyintilərdən xilas olaraq istənilən kamala doğru hidayət olunur. T.me/kelam_ve_eqide
Show all...
Kəlam və əqidə

Kəlam elmi və əqidə məsələləri ilə tanışlıq. @Talibi_qomnam

👍 1
Photo unavailableShow in Telegram
Əziz izləyicilər, Aşağıdakı kateqoriyada olan Çooox gözəl kanallar tapmışam. Vaxt azdır, Abunə olmağa tələsin. Hazırladı: https://t.me/seherfilm
Show all...
📚 PDF KİTABXANA
🎥 İRAN FİLMLƏRI
🌐 XƏBƏRLƏR
📜 MƏSUMLARDAN HƏDISLƏR
✒️ AFORIZMLƏR
🖇️ ELMI KANALLAR
🩻 SAĞLAM YAŞAM
⚠️ FƏLƏSTINDƏN XƏBƏR
⁉️ SUAL - CAVAB
🎶 DİNİ MP3LƏR
⭕ DAHA ÇOX KANAL ⭕
✅ PULSUZ FAYDALAN ✅
2⃣2⃣--ci Dərs: 🔰BƏŞƏR ELMİNİN ÇATIŞMAZLIĞI VƏ KİFAYƏT ETMƏMƏSİ ☑️Düzgün həyat yolunun özünün bütün yönlərində aydın olması üçün insanın varlığının başlanğıcı və sonu, başqa varlıqlarla olan bağlılığı, öz insan növləri və sair varlıqlar arasında bərqərar etdiyi rabitə, müxtəlif rabitələrin onun xoşbəxt və ya bədbəxt olmasında göstərə biləcəyi təsirlər aydın olmalıdır. Həmçinin, müxtəlif fayda və qazanclar, məsləhətlər və zərərlər arasında hesab-kitab ayırd edilməli və dəyərləndirilməlidir ki, müxtəlif ruhi və fiziki xüsusiyyətlərə malik olan, müxtəlif təbii və ictimai şəraitlərdə yaşayan milyardlarla insanın vəzifəsi müəyyən olunsun. Lakin bu işlərin hamısının öhdəsindən gəlmək nəinki bir və ya bir neçə nəfər üçün müyəssər deyildir, hətta minlərlə mütəxəssis belə, insanla əlaqədar, onların fərdi və ictimai, maddi və mənəvi, dünya və axirət mənafeyinə zəmanət verə biləcək, müxtəlif mənfəət və zərərlər arasında yaranan qarşıdurmalarda daha mühüm olan məsləhəti təyin edəcək elm sahələrinin mürəkkəb formullarını kəşf edərək dəqiq qayda-qanunlar şəklində bəyan edə bilməzlər. Tarix boyu bəşəriyyətdə baş verən qanuni və hüquqi dəyişikliklərin inkişafı göstərir ki, minlərlə mütəxəssis və alimin yorulmaz tədqiqatları və səyləri min illərlə davam etsə də, hərtərəfli, kamil və hüquqi bir sistem yarada bilməmiş, dünyanın bütün hüquqi və qanunçu təşkilatları özlərinin yaratdıqları qanunların yetərli olmadığını dərk etmiş, müəyyən müddəaları əlavə etməklə, yaxud qüvvədən salmaqla təkmilləşdirib islah etmişlər. Unutmaq olmaz ki, bu qanunların yaradılmasında belə ilahi hüquq sistemlərindən və asimani şəraitlərdən çox istifadə etmişlər. Diqqət yetirməliyik ki, bütün hüquqçuların və qanunçuların səy və himmətlərinin hamısı ictimai və dünyəvi məsləhətlərin təmin olunmasına sərf olunur. Onlar insanların axirət məsləhətlərinin təmin olunmasına, maddi və dünyəvi məsləhətlərinin axirət ilə uyğunlaşdırılmasına heç vaxt səy göstərməmişlər və bu cür ən mühüm cəhətə riayət etmək istəsələr belə, heç vaxt qəti bir nəticəyə çata bilməzlər. Çünki maddi və dünyəvi məsləhətləri elmi təcrübələrlə müəyyən qədər ayırd etmək olar, amma mənəvi və axirət məsləhətləri təcrübə ilə hiss olunmağa qabil deyildir və onları dəqiq şəkildə dəyərləndirmək, maddi və dünyəvi məsləhətlərlə qarşıdurma yarandığı şəraitdə onlardan hər birinin əhəmiyyətinin dəyərini təyin etmək olmaz. Bəşər qanunlarının mövcud vəziyyətinə diqqət yetirməklə insanların elminin min, yaxud yüz minlərlə il qabaq nə qədər yararlı olmasını təxmini ehtimal vermək və belə bir qəti nəticəyə çatmaq olar ki, ibtidai insanlar həyatın düzgün yolunu ayırd etməkdə müasir insanlardan çox-çox aciz imişlər. Müasir dövrdəki insanların min illik təcrübələrdən istifadə edərək düzgün, kamil və hərtərəfli bir sistemə çatdığını və belə bir sistemin əbədi və axirət səadətinə də zəmanət verməsini fərz etsək, yenə belə bir sual yaranır ki, tarix boyu milyardlarla insanı boşlayıb onları cəhalətdə qoymaq ilahi hikmət və insanların yaradılmasında olan məqsədlə necə uyğun gələ bilər?! Bir sözlə, insanların əvvəldən axıra qədərki yaradılışında hədəf o zaman gerçəkləşə bilər ki, hiss və əqldən başqa həyat həqiqətlərini, fərdi və ictimai vəzifələrin ayırd edilməsində digər bir yol mövcud olsun və o, vəhy yolundan başqa bir şey olmayacaqdır. Həmçinin , aydın olur ki, bu bürhana əsasən ilk insan Allah peyğəmbəri olmalıdır ki, düzgün həyat yolunu vəhy vasitəsilə tanısın, yaradılışın hədəfi onun barəsində həyata keçsin və sonra başqa insanlar onun vasitəsilə hidayət olunsunlar. T.me/kelam_ve_eqide
Show all...
Kəlam və əqidə

Kəlam elmi və əqidə məsələləri ilə tanışlıq. @Talibi_qomnam

👍 1
2⃣2⃣-ci Dərs: 🔰BƏŞƏRİN VƏHY VƏ NÜBÜVVƏTƏ OLAN EHTİYACI 📌PEYĞƏMBƏRLƏRİN GÖNDƏRİLMƏ ZƏRURƏTİ ☑️Nübüvvət bölməsinin ən əsaslı məsələlərindən ibarət olan bu məsələni isbat etmək üçün aşağıdakı üç müqəddiməni təqdim edirik: 1⃣İnsanın yaradılışında əsas hədəf, onun ixtiyari işləri yerinə yetirməklə təkamülə, son kamala doğru yolunu qət etməsidir. Elə bir kamal ki, ixtiyar və seçki yolundan başqa bir şeylə ələ edilmir. Başqa sözlə desək, insan buna görə yaradılmışdır ki, Mütəal Allaha itaət və ibadət etməklə, kamil insanın xüsusiyyətlərindən olan ilahi rəhmətləri əldə etməyə ləyaqət tapsın. Allahın hikməti ilk növbədə insanın kamal və səadətə çatmasını iradə edir. Amma bu səadət və yüksək məqam ixtiyari felləri yerinə yetirməkdən başqa yolla hasil olmadığından insanın həyat yolu iki istiqamətdə qərar verilmişdir ki, onun üçün istədiyini seçməyə şərait yaransın. Təbiidir ki, onlardan biri insanı bədbəxtçiliyə və əzaba doğru aparacaqdır və bu da ilahi iradədən asılı olaraq baş verir. (Yəni ilahi iradəyə tabedir). Bu müqəddimə ilahi ədalət və hikmət bəhslərində də aydın oldu. 2⃣Agahlıq üzündən olan seçki və ixtiyar bir işin görülməsinə qüdrət və bacarığın, müxtəlif işlər üçün xarici şəraitlərin və insan daxilində onlara doğru meylin varlığından əlavə yaxşı və pis işləri, layiqli və nalayiq yolları seçməkdə düzgün mərifətə də ehtiyac duyulur. İnsan o zaman özünün təkamül yolunu azadlıq və agahlıq üzündən seçə bilər ki, həm hədəfi, həm də ona aparan yolu tanıya bilsin, onun eniş-yoxuşlarından, uçurum və ya döngələrindən agah olsun. Deməli, Allahın hikməti belə bir mərifətin əldə edilməsi üçün lazım olan vasitələri insanın ixtiyarında qoymasını tələb edir. Əks halda, bu iş bir kəsi qonaqlığa dəvət edib amma evinin yolunu ona göstərməyən şəxsə bənzəyər. Aydındır ki, belə rəftar hikmətin əksinə və məqsədin ziddinədir. Bu müqəddimədə artıq izaha ehtiyac duyulmur. 3⃣Əql və hiss vasitəsilə əldə olunan adi insanlar arasındakı mərifətlər həyat və məişət ehtiyaclarının təmin olunmasında mühüm əhəmiyyət ifa etməsinə baxmayaraq fərdi və ictimai, maddi və mənəvi, dünya və axirət yönlərində həqiqi səadət və kamal yollarını tanımaqda kifayət deyildir. Əgər bu ehtiyacların təmin olunması üçün başqa bir yol olmasa, Allahın insanı yaratmaqdakı hədəfi gerçəkləşməyəcəkdir. Bu üç müqəddimədən belə nəticə alırıq ki, Allahın hikməti hərtərəfli təkamül yolunu tanımaq üçün əql və hissdən kənarda olan digər bir yolun bəşərin ixtiyarına qoyulmasını tələb edir ki, insanlar birbaşa, yaxud başqa şəxs və ya şəxslərin vasitəsilə onlardan bəhrələnə bilsinlər. O da peyğəmbərlərin (ə) ixtiyarına verilən vəhy yolundan ibarətdir ki, onlar birbaşa , başqaları da onların vasitəsilə həmin yollardan bəhrələnir, son kamal və səadətə çatmaq üçün lazım olan şeyləri əldə edirlər. Bu bürhanın müqəddimələri arasında sonuncu müqəddimədə şəkk edilə bilər. Buna görə də bunun ətrafında daha artıq şərh veririk ki, bəşər elminin insanın hərtərəfli təkamül yolunu ayırd etmək üçün naqis olması, eləcə də vəhy yoluna ehtiyacı olması tamamilə aşkar olsun. T.me/kelam_ve_eqide
Show all...
Kəlam və əqidə

Kəlam elmi və əqidə məsələləri ilə tanışlıq. @Talibi_qomnam

👍 1
2⃣1⃣-ci Dərs: 🔰KƏLAM ELMİNDƏ TƏHQİQ METODU ☑️Qeyd olunanları nəzərə almaqla fəlsəfə ilə kəlam elmi arasındakı əsas fərqlər aydın olur. Çünki fəlsəfə yalnız əqli dəlillər vasitəsilə isbat olunan məsələlərə, kəlam elmi isə nəqli və təəbbüdi dəlillərdən başqa bir şeylə isbat oluna bilməyən məsələlərə şamildir. Başqa sözlə desək: Fəlsəfə məsələləri ilə kəlam elmi məsələləri arasında ümum-xüsus min vəch münasibəti vardır. Yəni kəlam və fəlsəfə müştərək məsələlərə malik olmaqla yanaşı, təəqqülü üslubla (əqli yolla) isbat olunurlar. Onların hər biri də bu məsələlərdə özünəməxsus mövzulara malikdir. Fəlsəfənin təəqqülü üslubla bəyan olunan xüsusi məsələləri vardır, amma kəlam elminin xüsusi məsələlərində belə deyildir; onlar nəqli üslublarla isbat olunur. Başqa sözlə desək, kəlam elmində təhqiqat metodu iki yönlüdür. Onda həm təəqqülü, həm də təəbbüdü yoldan istifadə olunur. Bir sözlə, fəlsəfə ilə kəlam arasında iki əsas fərq vardır: 1. Onlardan hər biri öz aralarında müştərək məsələlərə malik olmaqla yanaşı (Allahı tanımaq məsələsində olduğu kimi), digərində araşdırılmayan xüsusi məsələyə də malikdir. 2. Bütün fəlsəfi məsələlərdə təhqiq metodu təəqqülü metoddur, amma kəlam elmində bəzi məsələlərdə (kəlam və fəlsəfə arasında müştərək məsələlər kimi) təəqqülü metoddan, bəzi məsələlərdə (imamət məsələsi kimi) nəqli yollardan, bəzilərində isə (məad məsələsində olduğu kimi) hər iki yoldan istifadə olunur. Qeyd olunmalıdır ki, kəlam elminin nəqli yolla isbat olunan xüsusi məsələlərinin hamısı eyni səviyyədə deyildir. Mətləblərin bir qrupu, o cümlədən, Peyğəmbəri-Əkrəmin (s) söz və əməlinin (yəni sünnətin) höccət olması birbaşa Quran ayələri vasitəsilə (əqli dəlil vasitəsilə Quranın haqq olması sübuta yetdikdən sonra) isbat olunur. Sonra o Həzrətin (s) canişininin təyin olunması və məsum imamların (ə) sözlərinin höccət olması kimi digər məsələlər bəyan olunur. Aydındır ki, nəqli dəlillərdən əldə olunan nəticə o vaxt yəqin gətirən olacaqdır ki, qəti dəlillər vasitəsi ilə onların sənədinin mötəbər olması müəyyən olsun. T.me/kelam_ve_eqide
Show all...
Kəlam və əqidə

Kəlam elmi və əqidə məsələləri ilə tanışlıq. @Talibi_qomnam

👍 1
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.