cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Guney AZfront

O taylı, bu taylı Azərbaycanımız!

Show more
Advertising posts
4 037
Subscribers
No data24 hours
-207 days
-7430 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Photo unavailableShow in Telegram
SEPAH rəsmisi: Pezeşkian sistemin təyin etdiyi çərçivədə hərəkət edəcək Pezeşkian ancaq sistem çərçivəsində hərəkət etmək istəyir və İslam Respublikası sistemi çərçivəsində müxtəlif təmayüllü kadrlardan ibarət hökumət quracaq. Bu sözləri SEPAH-nin kəşfiyyat bölməsinin keçmiş rəhbəri Hüseyn Taib deyib. O, bunu yeni Prezidentin əsas prioriteti olduğunu söyləyib. Qeyd edək ki, Taibin dediyi sistem konstitusiyanın icrasından daha çox ölkə rəhbərinin təlimatlarına əsaslanır. Məsud Pezeşkian isə seçildikdən sonra dəfələrlə Əli Xameneinin təlimatlarına sadiqliyi barədə bəyanatlar səsləndirib. Bu, ölkədə dəyişiklik ümidi ilə ona səs verənlərin bir qisminin məyusluq və narazılıqlarına səbəb olub. #İran
Show all...
💩 5🥱 4👎 1
Photo unavailableShow in Telegram
Kərəcdə 16 məhkum edam ediləcək İranın Buşehr və Xurrəmabad şəhərlərinin həbsxanalarında 2 məhkum edam edilib. Bu barədə insan haqları təşkilatları məlumat yayıb. Bununla yanaşı, Kərəc şəhərinin Qızılhasar həbsxanasında 16 məhkum edam ediləcək. İnsan haqları təşkilatlarının məlumatlarına görə, həmin məhkumlar edam qabağı hazırlıq üçün təkadamlıq kameralara köçürülüblər. Qeyd edək ki, cari ilin ilk 7 ayı ərzində İran həbsxanalarında 338 məhkum edam edilib. #GuneyAzerbaycan
Show all...
🤬 2👎 1
00:51
Video unavailableShow in Telegram
Azaranjomanın “Türklər İrandan kimi tanıyır?” reportajında İstanbulda yaşayan türklər ən çox azərbaycanəsilli məşhur şairləri, futbolçuları, alimləri və prezidentlərin adlarını söyləyiblər.  #GuneyAzerbaycan
Show all...
video_2024-08-05_13-54-43.ا..د.د.mp46.02 MB
Photo unavailableShow in Telegram
Evin həbsxanasında həbsdə olan vəkil Tahir Nəqvi fiziki vəziyyətinin pis olmasına baxmayaraq, lazımi müalicədən məhrum edilib. O, prostat xəstəliyindən əziyyət çəkir və xüsusi müalicəyə ehtiyacı var. Lakin həbsxana rəhbərliyi onun həbsxanadan kənar tibb məntəqələrinə göndərilməsinin qarşısını alır. Bu da həmin vəkilin ailəsinin və yaxınlarının narahatlığının artmasına səbəb olub. #GuneyAzerbaycan
Show all...
😢 1
01:03
Video unavailableShow in Telegram
Savalan dağının zirvəsində gözəl mənzərəli göl Savalan gölü Güney Azərbaycanın Ərdəbil əyalətindəki Savalan vulkanik dağında yerləşir. Bu göl İranın yeganə krater gölüdür və 4784 metr hündürlüyü ilə İranın və dünyanın ən hündür göllərindən biridir. Bu gölün sahəsi 1,0 hektardır, dərinliyi 15 metrə qədərdir və həcmi 80 min kubmetrə qədərdir. #GuneyAzerbaycan
Show all...
video_2024-08-05_14-01-41.mp44.76 MB
9
Photo unavailableShow in Telegram
Güneyli məhkuma görə onlarla təşkilat birgə bəyanat yaydı 31 insan haqları təşkilatı Rəşt şəhərinin Lakan həbsxanasında saxlanılan, edama məhkum edilmiş güneyli işçi hərəkatı fəalı Şərifə Məhəmmədi ilə bağlı bəyanat yayıb. Bu barədə insan haqları təşkilatlarının media hesablarında məlumat verilib. İran və başqa bir neçə ölkədən olan insan haqları qurumlar Şərifə Məhəmmədi barədə irəli sürülən ittihamların əsassız olduğunu yazıb, onun edam hökmünün ləğv edilməsini və sərbəst buraxılmasını tələb ediblər. Bəyanat müəllifləri, məhkəmənin işçi hərəkatı fəalına qarşı ədalətsiz qərarını Tehran hökumətinin hüquqlarını tələb edən qadınlara qadınlara qarşı münasibətinin nümunəsi kimi dəyərləndirib, qadınların hüquqlarının pozulmasına son qoymağı istəyiblər. Qeyd edək ki, 5 dekabr 2023-cü ildə həbs edilən Şərifə Məhəmmədi  "xaricdə sistemə müxalif olan təşkilata üzv olmaq" ittihamına görə edama məhkum edilib. #GuneyAzerbaycan
Show all...
👍 1
ABŞ müttəfiqlərinin və tərəfdaşlarının qüvvələrini İranın mümkün hücumuna qarşı İsraili kollektiv şəkildə müdafiə etmək üçün səfərbər edəcək. Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin müavini Fayner CNN telekanalına müsahibəsində bildirib. “Biz bu hücumu dəf etmək üçün aprelin 14-də İranın İsrailə hücumuna hazırlaşdığımız kimi, hər fürsətə hazırlaşırıq”, – deyə o vurğulayıb. #ABS #İran #İsrail
Show all...
Photo unavailableShow in Telegram
İranın yeniyetmə voleybolçuları Asiyanın vitse-çempionu olub İranın yeniyetmə voleybolçulardan ibarət milli komandası əvvəlki dövrdə olduğu kimi, 18 yaşadək voleybolçulardan ibarət Asiya turnirinin final oyununda da ikinci yeri tutub. #İran
Show all...
1
Photo unavailableShow in Telegram
Sürgün cəzası ilə bağlı Abbas Lisaniyə xəbərdarlıq edilib Ərdəbil şəhərində yaşayan keçmiş siyasi məhbus və milli hərəkat fəalı Abbas Lisaniyə barəsində bundan əvvəl çıxarılmış Yəzd şəhərinə sürgün cəzasının icrası ilə bağlı xəbərdarlıq məktubu göndərilib. Bu barədə yerli mənbələr məlumat yayıb. Bununla bağlı ona Ərdəbil əyalətinin Məhkəmə Xidmətləri İdarəsi çağırış məktubu göndərib. Məktubda Abbas Lisanidən bu gün, avqustun 5-də adı çəkilən idarəyə getməsi istənilib. "Əks təqdirdə sizin saxlanılmanız üçün tədbirlər görüləcəkdir", – deyə məhkəmənin çağırış məktubunda xəbərdarlıq edilib. Qeyd edək ki, 2023-cü il fevralın 21-də Ərdəbildəki həbsxanada 50 ay həbs çəkdikdən sonra Yəzd şəhərinə iki illik sürgünə göndərilən Abbas Lisani "məcburi sürgün hökmünə tabe olmayacağam" bəyanatı yayıb və fevralın 23-də Ərdəbilə geri dönüb. Abbas Lisani 2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib. #GuneyAzerbaycan
Show all...
👍 4🤬 2
Photo unavailableShow in Telegram
ABŞ dövlət katibi Blinken G7 üzrə həmkarlarına deyib ki, İran və Hizbullahın İsrailə hücumu bu gündən başlaya bilər. Bu barədə “Axios” mənbələrə istinadən xəbər verir. #ABS #İsrail #Hizbullah
Show all...
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.